Atalara ŞAD XƏBƏR: Ödənişli məzuniyyət veriləcək
Digərləri 03 Dek 2025 12:59:00 45 0
Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.
Bu xəbəri də oxu: Ərdoğanın oğlu ilə səmimi GÖRÜNTÜSÜ
Son.az xəbər verir ki, sözügedən təkliflər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
Belə ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq, məcəlləyə "ailə vəzifələri olan işçi", "minimum əməkhaqqı" anlayışı daxil edilir.
Ailə vəzifələri olan işçi kateqoriyasına tibbi rəyə əsasən, qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə/arvadına, valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçilər daxil ediləcəklər.
Bundan başqa, BƏT-in 165 nömrəli Tövsiyəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 94-cü maddəsinin yenidən işlənməsi təklif edilir. Dəyişikliyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.
"Analığın mühafizəsi" Konvensiyasının tələblərinə əsasən isə Əmək Məcəlləsinə yeni hissə əlavə edilir.
Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Aysel Əkbər Son.az
Azərbaycanda bayram günlərinin sayı artırılıb.
Müğənni Xuraman Şuşalı aldığı kərə yağları ilə bağlı yaşadığ�
Tanınmış bloger Nail Kəmərli narkotik vasitələrə qarşı yeni "Nəf
"Apple" kiçik ekranlı dizaynı ilə öz dövründə böyük populya
"Baku Network" Təhlil və Araşdırmalar İctimai Birliyi rəsmi şə
İran parlamentinin plenar iclasından çəkilən görüntülər müzakirələr�
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən
Gələn ay idxal avtomobilləri kəskin bahalaşa bilər.
25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayan "E
Tiktokda çəkilən görüntülər maraq doğurub.
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil sat�
Azərbaycanda çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi
Sərfəli kredit axtarışında olanlar, bu xəbər sizin üçündür. Birbank d
