Yeni enerji arxitekturası: Azərbaycanın “yaşıl gələcəy”ində Naxçıvanın rolu


Digərləri 02 Dek 2025 18:49:00 72 0

Yeni enerji arxitekturası: Azərbaycanın “yaşıl gələcəy”ində Naxçıvanın rolu

Azərbaycanın enerji strategiyasında "yaşıl transformasiya" artıq ayrıca istiqamət deyil, milli inkişafın əsas sütunlarından birinə çevrilib. Ölkənin ümumi elektrik enerjisi istehsal gücü hazırda 9732,5 MVt təşkil edir ki, bunun 1829,6 MVt-ı, yəni təxminən 19 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Bu göstəricilər təkcə mövcud vəziyyəti deyil, eyni zamanda qarşıya qoyulan iddialı hədəfləri də aydın şəkildə ortaya qoyur. Azərbaycan 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının ümumi generasiya gücünü 6 min meqavata çatdırmağı, bərpa olunan enerjinin quraşdırılmış gücdə payını isə 38 faizə yüksəltməyi planlaşdırır. Bu məqsədlə quruda və dənizdə yüzlərlə meqavatlıq yeni layihələrin icrası nəzərdə tutulur ki, bu da enerji təhlükəsizliyi ilə yanaşı, yeni sənaye sahəsinin formalaşması deməkdir.

Bu ümummilli "yaşıl enerji" hədəflərinin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası xüsusi strateji əhəmiyyət daşıyır. Günəş şüalanmasının yüksək səviyyəsi, əlverişli iqlim şəraiti və coğrafi mövqeyi Naxçıvanı bərpa olunan enerji üçün təbii laboratoriyaya çevirib. Muxtar Respublika uzun illər enerji təminatında məhdudiyyətlərlə üzləşsə də, bu gün həmin üstünlüklər "yaşıl enerji" layihələri üçün mühüm imkanlara transformasiya olunur. Naxçıvanın günəş və su enerjisi potensialından istifadəsi yalnız regional enerji müstəqilliyini möhkəmləndirmir, eyni zamanda Azərbaycanın 2030-cu il "yaşıl enerji" strategiyasının reallaşmasında mühüm dayaq nöqtələrindən birinə çevrilir.

Bu gün Naxçıvanda bərpa olunan enerjinin payı quraşdırılmış gücdə 44 faiz, istehsalda isə 48 faiz təşkil edir ki, bu göstərici respublika üzrə orta səviyyəni xeyli üstələyir. Yaxın illərdə istifadəyə verilməsi planlaşdırılan 50 MVt-lıq günəş elektrik stansiyası, eləcə də Tivi və Ordubad su elektrik stansiyaları bu payın daha da artacağını deməyə əsas verir. Beləliklə, faktiki olaraq Naxçıvan Azərbaycanın "yaşıl enerji zonası" kimi formalaşır.

Bu proses təsadüfi deyil, planlı dövlət siyasətinin nəticəsidir. "Yaşıl Enerji Zonası" Konsepsiyası çərçivəsində 2026-2030-cu illər üçün 12 prioritet istiqamətin müəyyənləşdirilməsi Naxçıvanın enerji inkişafında institutlaşmış yanaşmanın tətbiq olunduğunu göstərir. Məqsəd təkcə enerji istehsal etmək deyil, bu sahəni iqtisadi inkişafın lokomotivinə çevirməkdir.

Enerji idarəçiliyində institusional dönüş

Bu dönüş nöqtəsinin əsas hüquqi sütunu 2024-cü il 23 noyabr tarixli 235 nömrəli Prezident Fərmanı oldu. Fərmana əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin istehsal və ötürmə funksiyalarının "Azərenerji" ASC-yə həvalə edilməsi muxtar respublikanın enerji sektorunu ölkənin vahid enerji sisteminə tam şəkildə inteqrasiya etdi.

"Azərenerji"nin balansında yaradılan "Naxçıvan Enerji" MMC çərçivəsində yeni struktur quruldu, 400-dən çox yerli mütəxəssis işlə təmin olundu, enerji sahəsində insan kapitalı gücləndirildi.

İnfrastruktur: köhnədən yeniyə keçid

Naxçıvanın enerji sistemində problemlər əsasən ötürücü şəbəkənin köhnəlməsi ilə bağlı idi. Bu gün isə mənzərə tam dəyişir. 110 kV-luq "Naxçıvan", "Babək", "Çeşməbasar" yarımstansiyalarında aparılan yenidənqurma işləri, ölkədə ilk qapalı tipli yarımstansiyanın tikintisi enerji təhlükəsizliyini və idarəolunma çevikliyini əsaslı şəkildə artırır. "Yeni Culfa" yarımstansiyası isə istismara hazırlıq mərhələsindədir. Bu proses paralel olaraq rəqəmsallaşdırma ilə müşayiət olunur. Regional SCADA Mərkəzinin inşası Naxçıvanın enerji idarəçiliyini real vaxt rejimində və mərkəzləşdirilmiş şəkildə həyata keçirməyə imkan verəcək. Bu isə artıq klassik enerji modeli yox, ağıllı enerji sistemi deməkdir.

Regional enerji qovşağına doğru

Naxçıvanın "yaşıl enerji" strategiyası təkcə daxili təminatla bitmir. Bölgənin Türkiyə vasitəsilə Avropa enerji bazarlarına çıxışı real, texniki cəhətdən əsaslandırılmış layihəyə çevrilib. "Cəbrayıl-Naxçıvan" (330 kV) və "Naxçıvan-Türkiyə" (400 kV) xətlərinin, eləcə də çevirici yarımstansiyanın inşası planı bu baxımdan strateji əhəmiyyət daşıyır.

Bu infrastruktur regionda "yaşıl enerji"nin transmilli nəqli üçün yeni mərhələnin əsasını qoya bilər. Başqa sözlə, Naxçıvan istehsalçıdan ixracatçıya doğru addımlamaqdadır.

Bu gün Naxçıvanda fəaliyyət göstərən 5 su, 3 günəş, 1 külək və 1 hibrid elektrik stansiyası artıq istehsalın təxminən 50 faizini "yaşıl enerji" hesabına formalaşdırır.

Beləliklə, Naxçıvanda həyata keçirilən "yaşıl enerji" layihələri taktiki addımların cəmi yox, uzunmüddətli dövlət baxışının tərkib hissəsidir. Burada məqsəd yalnız daha çox enerji istehsal etmək deyil, enerji təhlükəsizliyini dayanıqlı əsaslara uyğunlaşdırmaq, iqtisadiyyatı yeni mərhələyə daşımaq və bölgənin regional rolunu yenidən formalaşdırmaqdır. TREND

Peşə təhsili almaq istəyənlərə ŞAD XƏBƏR like
  • 02 Dek 18:30  
Digərləri Peşə təhsili almaq istəyənlərə ŞAD XƏBƏR

Bu gün Baku Marriott Hotel Boulevard-da Peşə Təhsili üzrə Dövlət Agentli

arrow Ətraflı
Özünə 2 milyon dollara EV ALDI like
  • 02 Dek 18:00  
Şou-biznes Özünə 2 milyon dollara EV ALDI

Məşhur türkiyəli aktrisa Hande Erçel Rivada özünə yeni ev alıb.

arrow Ətraflı
Sosial şəbəkələrdə trend olan arıqlama iynələri  Gözəllik, yoxsa gizli təhlükə? like
  • 02 Dek 17:50  
Digərləri Sosial şəbəkələrdə trend olan arıqlama iynələri Gözəllik, yoxsa gizli təhlükə?

Sosial şəbəkələrdə arıqlama iynələrinin istifadəsinin artması ilə ba

arrow Ətraflı
Baş nazirdən XİNlə bağlı qərar like
  • 02 Dek 17:49  
Digərləri Baş nazirdən XİNlə bağlı qərar

Xarici İşlər Nazirliyinin kollegiyası üzvlərinin sayı və tərkibi təsdi

arrow Ətraflı
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib like
  • 02 Dek 17:31  
Siyasət Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
Sumqayıtda nəqliyyat sistemi dəyişir: Yeniliklər nədir? like
  • 02 Dek 17:30  
Digərləri Sumqayıtda nəqliyyat sistemi dəyişir: Yeniliklər nədir?

Sumqayıt Dəmiryol Vağzalı qarşısında yeni yaradılan nəqliyyat mübadil�

arrow Ətraflı
Federika Moqerini Belçikada saxlanıldı  Tender qalmaqalı böyüyür like
  • 02 Dek 17:27  
Dünya Federika Moqerini Belçikada saxlanıldı Tender qalmaqalı böyüyür

Belçikada polis Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məs

arrow Ətraflı
"Elşad Xose mənim adıma kreditə telefon götürüb, ödənişini ETMƏYİB" like
  • 02 Dek 17:24  
Şou-biznes "Elşad Xose mənim adıma kreditə telefon götürüb, ödənişini ETMƏYİB"

Aktyor İlkin Həsəni reper Elşad Xose ilə bağlı qalmaqallı açıqlama ver

arrow Ətraflı
Gələn il Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq like
  • 02 Dek 17:19  
Digərləri Gələn il Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq

Gələn il Novruz bayramı ilə əlaqədar ardıcıl 7 gün qeyri-iş günü ola

arrow Ətraflı
2026cı ilin bayram günləri açıqlandı  QƏRAR like
  • 02 Dek 17:13  
Digərləri 2026cı ilin bayram günləri açıqlandı QƏRAR

2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən

arrow Ətraflı
"Porsche"lər Rusiyada bloklandı like
  • 02 Dek 17:10  
Digərləri "Porsche"lər Rusiyada bloklandı

Rusiyada "Porsche" avtomobillərinin bloklanması qeydə alınıb.

arrow Ətraflı