50 manatdan 3000 manatadək... Şam ağaclarının qiymətləri kəskin artır
Digərləri 02 Dek 2025 15:40:00 68 0
Qarşıdan Yeni il bayramı gəlir. Bu bayramın əsas simvollarından biri isə şam ağacıdır. Paytaxtda müxtəlif qiymət aralığında şam ağaclarına rast gəlmək mümkündür.
Bu xəbəri də oxu: "Əlimyandı"dan maşın aldı, altı "yamaq" çıxdı VİDEO
Bəs qiymətlər necədir?
Son.az xəbər verir ki, bayrama yaxın şam ağaclarının qiymətləri daha da artır. Sadə şam ağaclarının qiyməti 50 manatdan 3000 manata qədər dəyişir. Bu isə kifayət qədər yüksək məbləğdir. Buna görə də bir çox insanlar alış-verişi ya təxirə salır, ya da ümumiyyətlə almamağa üstünlük verirlər.
Satıcıların sözlərinə görə, qiymətlər hər il artmaqda davam edir.
Marketoloq Sərvan Aslanov bildirir ki, bayram atributlarının qiyməti Yeni il ərəfəsində süni şəkildə qaldırılır:
"Buna səbəb müddətin qısa olması və həmin dövrdə tələbin kəskin şəkildə artmasıdır. Bəzi sahibkarlar isə bu fürsətdən sui-istifadə edərək qiymətləri əsasız şəkildə yüksəldirlər".
Məlum olduğu kimi, şam ağacı oyuncaqlarının əksəriyyəti Çin və digər ölkələrdən idxal olunur. Bu səbəbdən problem yalnız qiymətlərlə məhdudlaşmır - aşağı keyfiyyətli materiallardan hazırlanan oyuncaqların sağlamlığa təsiri də narahatlıq doğurur.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, alıcılar mütləq sertifikatlı məhsullara üstünlük verməlidirlər:
"Hər bir məhsulun təhlükəsizlik və mənşə sertifikatı olmalıdır. Sertifikatda məhsulun saxlanma qaydası, istifadə təlimatı və tərkibi göstərilir".
Qeyd edək ki, Yeni il alış-verişində həm cibimizi, həm də sağlamlığımızı qorumaq üçün mənşəyi məlum və sertifikatlı məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Aysel Əkbər Son.az
Circus Sea Breeze bu qış mövsümündə tamaşaçılara tamamilə yeni formatd
Türkiyənin "Emmi" mükafatlı aktyoru Haluk Bilginerin aktyor Feyyaz
Bəzi qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz önü bağlanılan c
Son günlər Azərbaycanda yumurtanın bahalaşması ilə bağlı xəbərlər ya
Xanəndə Cahangir Zeynalov canlı yayımdakı çətin anları ilə diqqət çə
Türkiyənin hibrid mühərrikli peyki - "FGN-TUG-S01" ABŞ-nin Vanden
Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol-nəqliyyat h
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar apar
Dekabrın 2-si axşamdan 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasınd
"Qiymətlərlə bağlı Dövlət Turizm Agentliyinin hər hansı müdaxilə
Müğənni Mətanət Əsədova həmkarı, Əməkdar artist Vasif Məhərrəmlini
Sərfəli mobil operator "Nar" "Özəl sektorun KSM siyasətində
Dövlət Statistika Komitəsinin məlumatına görə, Şəkidə ötən dövrdə
Tele-aparıcı Vüsalə Əlizadənin bahalı saatı marağa səbəb olub.
