Kasilyas Premyer Liqa klubunun hədəfində


İdman 26 Okt 2017 17:54:00 350 0

Kasilyas Premyer Liqa klubunun hədəfində

“Porto”nun qapıçısı İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 36 yaşlı qolkiperin xidmətində Premyer Liqa təmsilçisi “Liverpool” maraqlıdır. Qapıçı cəhətdən problem yaşayan mersisaydlıların bu problemi İspaniya millisinin qapıçısı ilə həll etməyi planlaşdırıdığı qeyd edilib. “Porto” da maliyyə məsələlərinə görə Kasilyası göndərməyin əleyhinə deyil.

Xatırladaq ki, qolkiper 2015-ci ildən “əjdahalar”ın uğurları üçün çalışır.