Messi və Ronaldodan "yaxşı" son futbolçuya vida - "bacarığı ayağında yox, beynində idi"


İdman 26 Okt 2017 16:08:00 304 0

Messi və Ronaldodan "yaxşı" son futbolçuya vida - "bacarığı ayağında yox, beynində idi"

Ronaldinyo Kaka haqqında "edə bilməyəcəyi heç nə yoxdur" demişdi. Həqiqətən də, Kaka necə istəsə o cür də idarə etdiyi karyerasını bitirdi...

 

"Artıq futboldan həzz almadığımı düşünürəm. Hər oyunu ağrılar içində bitirirəm. Bədənim artıq bu tempi qaldırmır. 35 yaşındaykən hər dəfə yenidən yaxşılaşmağa cəhd etmək çox çətindir"...

 

Kakanın "futbolu buraxıram" deməsi bu sözlərlə başladı. Son oyununda ağlamaqdan da çəkinmədi. Göz yaşlarında çoxlu hekayələr vardı. "Ballon d'Or", Dünya kuboku, Çempionlar Liqası, Santiaqo Bernabeu, A seriyası, "Milan" və daha çox şey. Onun uşaqlıqdan bəri 2 sevgisi vardı. Biri xanımı Karelina Seliso, digəri futbol. İndi birindən ayrıldığı üçün ağlayırdı.

 

Pele, Ronaldo, Romario, Robinyo, Roberto Karlos, Kafu, Rivaldo - Braziliyalı futbol ulduzlarından kimin adını çəkirsinizsə yoxsulluq içindən çıxıblar. Bütün bu adı çəkilənənlər Braziliyanın tozlu küçələrində, kasıb, bəzən də təhlükəli məhlələrində futbolçu olmaq xəyalı ilə oynadılar. Hamısı da əfsanəyə çevrildilər. Kaka isə varlı ailənin uşağı idi. Baxçalarında əsl qapı və orjinal topla küçələrdə oynayanlarla eyni arzunu paylaşırdı. Digərləri üçün futbol yoxsulluqdan xilas idisə, Kaka üçün futbol yaşamaq səbəbi idi, zövq idi. Futbola məcbur olmasa da, bitməyən həvəsə sahib idi. Mühəndis atası oğlununun tennisçi  olmağını arzulasa da, futbol istəyinin qarşısına keçmədi, əksinə dəstəklədi.

 

Rikardo İzekson dos Santos Leytenin kiçik qardaşı uşaqlıqda "Rikardo" adını təlləfüz edə bilmədiyi üçün, ona "Caca" deyirdi. Sonda isə bu ad Kaká oldu.

Kakanın dinə bağlılığı bir hadisədən sonra başlamışdı. 18 yaşında hovuza uğursuz düşməsi nəticəsində onurğa sütunundan ağır zədə aldı. Bu hadisə nəinki onun idman karyerasını yarımçıq saxlaya bilərdi, həm də ömürlük əlil arabasında qalmağına səbəb ola bilərdi. O gözləniləndən tez və tam sağala bildi. Sağalmasının Tanrının müdaxiləsi nəticəsində baş verdiyini düşünürdü. Kaka elə həmin vaxtdan həyatını dindar insan kimi yaşadı. Hər müsahibəsində “ən sevdiyi kitab hansıdır?” sualına “İncil” deyə cavab verirdi. Hər qol vuranda (237) əlini havaya qaldıraraq Tanrını xatırladı. 2017-ci ildə Çempionlar Liqası finalındakı qələbədən sonra meydanda yerə çökdü. “Mənim həyatımda bəzi dəyərlərim var” deyən Kaka bunları sona qədər qorudu. Heç dəyişmədi, həmişə özü kimi oldu. “Son dərəcə soyuqqanlı və sakit uşaqdır” deyirdi Ançelotti onun haqqında və dəfələrlə onun “bacarığı ayağında yox beynindədir” fikrini söyləyirdi. Ağlına gələnləri ayağı ilə reallaşdıran “varlı ailədən gələn uşaq” karyerasında həmişə bu bacarığı ilə diqqət çəkdi.

2007-də “Milan”la ÇL qalibi olan Kaka haqqında “Manchester United”in əfsanəsi Aleks Ferqyüsson “O dünyada yaşayan ən yaxşı 2 futbolçudan biridir” demişdi. Digəri isə Kriştiano Ronaldo idi...

 

2009-cu ildə BBC “Manchester United”in Kaka üçün 100 milyon funt-sterlinq təklif etdiyini yazdı. İşlər o vaxtdan dəyişməyə başladı. Kaka yayılan söz-söhbətlər sonrası “Mən “Milan”da yaşlanmaq istəyirəm” açıqlamasını verdi. Növbəti günlərdə “Milan” məni satmaq istəyirsə, oturub danışarıq” açıqlaması isə yaxında baş verəcəklərin anonsu oldu. Berluskoni “şəhərlilər”lə görüşdən sonra nəticənin uğursuz olduğunu açıqladı .Kakanın getmə ehtimalı azarkeşlərin narazılığı ilə qarşılandı, hətta bu etirazlar formasının yandırılmasına qədər irəlilədi. Onunla maraqlanan klublardan biri də “Chelsea” idi. “Milan”dan israrla “Kakanın satılmadığı” bildirilirdi. Qalliani də media vasitəsi ilə Abramoviçə “Kakadan əlini üz” mesajını göndərmişdi. Premyer Liqa klubları geri çəkildilər. Ancaq “Real Madrid” onu istədi və əldə etdi...

 

Kaka “mənim heç vaxt klubdan ayrılmaq kimi istəyim yox idi. Burda çox xoşbəxtəm və yaxşı dostlarım var” dedi, ancaq onu Madriddə daha yaxşı dostluqlar gözləyirdi. “Milan” azarkeşləri “Fiorentina” ilə oyun boyu braziliyalının qalması üçün çalışıb, “Kakanı satmayın” çağırışı etdilər. Filipe İnzaginin “zaman mənim haqlı olduğumu göstərəcək. Kaka karyerasını “Milan”da bitirəcək” sözləri belə Kakanın gedişinə mane olmadı. Bütün Milan Kakanın gələcəyi ilə bağlı qərar verərkən cibini deyil, ürəyini dinləməsini istədi... Kaka karyerasının qırılma nöqtələrindən birini “Milan”dan ayrılmaqla yaşadı.

 

Pelenin “mükəmməl oyunçu” hesab etdiyi Kaka karyerasında 1 pillə də yüksəlmək istəmişdi . Tam 6 il “Milan”da yüksək səviyyədə oynadı, “Qızıl topu”, ÇL kubokunu qazandı. “AS” nəşri ondan ispan klubu barədə soruşanda, bu diqqətin onun xoşuna gəldiyini bildirdi. İstəklər qarşılıqlı idi. “Qalaktikos” planları quran Fiorentino Perez Berluskoninin qapısını döydü. Çətin olmadı. 68,5 milyon avro Kakanı “Milan”dan qoparmağa yetdi. Əvvəlki prezidentin 6 ay heyətinə qatmaq üçün mübarizə apardığı sambaçınının transferini Perez 1 həftədə həll e