Manikürə görə reanimasiyaya düşdü FOTO
Digərləri 28 Noy 2025 16:12:00 69 0
Qadın manikürdən sonra reanimasiya şöbəsinə düşüb.
Bu xəbəri də oxu: Uşaq olan evə televizor düşməndir Nevroloq
Son.az xəbər verir ki, Sidney sakini Klaudiya Rufin manikürdən sonra ağır vəziyyətə düşüb.
Qadın bildirib ki, salon xidmətindən sonra nəfəs darlığı, görmə pozuntusu və ayaq barmaqlarında keyimə hiss edib. Bir neçə saat sonra böyük barmağı şişib, qolunda isə qızılı xəttlər əmələ gəlib ki, bu, infeksiyanın limfa yolları ilə sürətlə yayıldığının əlamətidir.
Növbəti gün barmaq qaralaraq vəziyyət kritik həddə çatıb. Rufin gözləyirmiş ki, həkimlər sadəcə dırnaq çıxaracaq, amma vəziyyət daha ciddi olub Cərrahlar streptokokk sepsisinin yayılmasının qarşısını almaq üçün yoluxmuş toxumaları kəsiblər.
18 gün ərzində qadın altı əməliyyat keçirib, dəri köçürülməsi olunub və 48 tikiş qoyulub. İlk həftə güclü ağrı və yüksək hərarət səbəbindən demək olar ki, heç nəyi xatırlamayıb.
Rufin bildirib ki, infeksiya manikür zamanı kütikulanın kəsilməsi nəticəsində orqanizmə daxil olub. O iddia edir ki, manikür ustası sterilizasiya olunmamış alətlərdən istifadə edib və onları həmkarları ilə paylaşıb.
Hazırda qadın sağalır, lakin barmağı hələ tam funksiyasını bərpa etməyib və hissiyyatın bir hissəsini itirib.
İsmayıl Son.az
Sentyabrın 27-dən gəmidə itkin düşmüş 33 yaşlı həkim Tural Sultanov h
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün dekabrın 19-da pe
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikada elektron siqaretlərin d
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktl
Azərbaycanda sərnişin daşımaları və dayanacaq məntəqələri ilə bağl�
Azərbaycanda rəqabəti məhdudlaşdırma ilə əlaqədar cinayət məsuliyyət
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni mövsümdə rep
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağ
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkd
Əməkdar artist Mətanət İsgəndərli yeni görüntüsü ilə diqqət çəkib
19 dekabr saat 20:30-da Bakı ilk dəfə olaraq Kamera və Orqan Musiqisi Zalın
Çin avtomobilləri ilə bağlı narazılıqlar bitmir.
Son günlər həm paytaxt Bakıda, həm də bölgələrdə qəzalı vəziyyətd�
