Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? Vəkil AÇIQLADI
Digərləri 27 Noy 2025 23:25:00 73 0
İstehlakçıları aldadan reklamlar və aldadıcı qiymət endirimlərini hər yerdə görə bilərik.
Bəs bununla necə mübarizə aparmaq olar?
Mövzu ilə bağlı Son.az-a vəkil Bəhruz Orucov açıqlama verərək bildirib ki, bunun üçün istehlakçılar ilk növbədə öz hüquqlarının bilməlidirlər:
"Eyni zamanda istehlakçılar aldadılma üsulları barədə məlumatlı olmalıdırlar. İstehlakçılar nə qədər maariflənsələr, bir o qədər də onların hüquqları az pozular. Bu aldadıcı və istehlakçıların hüquqlarını pozan bir neçə üsullar barədə danışaq və vətəndaşlarımız da məlumatlı olsunlar. Qeyd edim ki, bu aldatma üsulları beynəlxalq təcrübədə çox istifadə olunur və Azərbaycanda da bu üsullara hər yerdə rast gəlmək olur. Ən geniş yayılmış aldatma üsullarından biri icazəsiz etibarlılıq və ya keyfiyyət nişanının göstərilməsidir. Saxta İSO sertifikatı, halal və orqanik nişanı, Çin istehsalı məhsulda Avropa istehsalının qeyd edilməsi, saxta EcoTex certified nişanı kimi nümunələr buna bariz misaldır. Hətta yaxınlarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən belə hallar aşkar olunmuşdur. Belə ki, agentliyin məlumatında qeyd olunmuşdur ki, məişət avadanlıqlarının satışı ilə məşğul olan şirkətlər istehlakçıları aldadan və çaşdıran reklamlara yol verdikləri üçün araşdırma başlanmışdır. Belə ki, bu şirkətlər avadanlıqların istehsal mənşəyinə dair məlumatları yalan reklam etmiş və istehlakçıları aldatmışlar".
Vəkil qeyd edib ki, digər aldatma üsullarından biri də Tələ reklamıdır. Buna ölkəmizdə mütəmadi olaraq rast gəlirik. Görürük ki, mağaza bütün qış geyimlərinə 70% endirim reklamı edir, lakin istehlakçı mağazaya gedir və görür ki, yalnız bir iki köhnə model endirimdədir. Deməli yalan reklam etməklə müştəriləri mağazaya cəlb edirlər. Digər bir misal kimi göstərmək olar ki, onlayn mağaza elan yerləşdirir: Telefon cəmi 599 AZN, müştəri sayta daxil olur, amma sistem göstərir ki, məhsul tükənib və ya yalnız müəyyən şərtlərlə əldə edilə bilər, məsələn, kreditlə daha baha qiymətə, Burada 599 AZN-lik reklam "tələ"dir,yəni müştərini sayta cəlb edən tələ:
Dünyada uzun illər boyunca yeganə seçim kimi qəbul edilən ənənəvi tuale
İsti su baş dərisinin qoruyucu lipid təbəqəsini sürətlə həll edir.
Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda mina
Qala qəsəbəsi Xaşaxuna bağ massivinin sakinləri içməyə su tapmır.
Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb.
Hazırda 2026-cı il üçün ali təhsil müəssisələrinin akkreditasiya qrafi
2025-ci ilin 10 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Ya
Üzərində möhür olan dollarların banklar tərəfindən götürülməməsi,
Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin tanınmış "Demi
Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötə
"Son 10 ildir qadınlar aşırı gözəllik sindromuna tutulub. Sosial şə
Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.
