Çin vətəndaşları Azərbaycanda 357 min manat ələ keçirdilər
Digərləri 27 Noy 2025 19:49:00 76 0
Azərbaycana gələn Çin vətəndaşları Abşeron rayonunda villanı qarət edib.
Bu xəbəri də oxu: Bağçalarda qiymət qalmaqalı Nazirlikdən valideynlərə xəbərdarlıq!
Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" yaşayış kompleksinin ərazisindəki villalardan birində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Vey Jijian və dostu, 1991-ci il təvəllüdlü Vey Honqfu Bakıda yaşayan Vey Hi adlı tanışının dəvəti ilə Çindən Azərbaycana iş üçün gəliblər. Vey Hi onları Bakıda qarşılayıb və özü yaşadığı evə aparıb. O, hər iki şəxsin onunla qalmasına razılıq verib və onların pasportlarını alıb. Bir neçə gündən sonra Vey Hi onlara bildirib ki, Abşeron rayonu ərazisində imkanlı şəxsin villası var və həmin villanı qarət etmək lazımdır. Bakıya iş dalınca gələn bu şəxslər əvvəlcə Vey Hinin təklifi ilə razılaşmasalar da, sonradan təklifi qəbul ediblər. Vey Hi onlara bildirib ki, əgər villanı qarət etməsələr, pasportlarını qaytarmayacaq.
Dostlar Vey Hinin təklifini qəbul ediblər və onunla birlikdə "Villa Badam" yaşayış kompleksinə gəliblər. Vey Hi villanı göstərərək onlara qapını qırmaq üçün çəkic də verib. Vey Jijian və Vey Honqfu villanın həyətinə daxil olublar, Vey Hi isə küçədə dayanıb ətrafı müşahidə edib. Villanın qapısını qıran Vey Jijian və Vey Honqfu evə daxil olaraq axtarışlara başlayıblar. Onlar evdə olan dəmir seyfi qıraraq içərisindən 228 650 manat dəyərində 134 500 ABŞ dolları və 10 000 manat, o cümlədən evdə olan külli miqdarda qızıl-zinət əşyalarını oğurlayıb hadisə yerindən qaçıblar. Onlar evdən ümumilikdə 357 194 manatlıq oğurluq ediblər.
Onlar oğurladıqları pul və qızıl əşyalarını Vey Hiyə verib, birlikdə yaşadıqları evə gəliblər. Vey Hi həmin puldan 80 min dollar Vey Jijiana, 30 min dollar isə Vey Honqfuya verib, özü ilə ölkədən qaçıb. Dostlar Hava Limanına gələrək həmin pulları Çinə, ailələrinə göndərmək istəyiblər. Hava Limanında məlum olub ki, onlar adambaşına cəmi 70 min dolları göndərə bilərlər. Vey Jijian 70 min, Vey Honqfu isə 30 min dolları Çinə ailələrinə göndəriblər. Daha sonra onlar qalan məbləği də manata dəyişib yenidən Çinə göndərmək istəyiblər. Həmin vaxt onlar polis əməkdaşları tərəfindən saxlanılıblar. Məlum olub ki, həmin şəxslər bu pulu oğurluq yolu ilə əldə ediblər.
Faktla bağlı cinayət işi başlanır və təqsirləndirilən şəxslər həbs olunublar. İş istintaq edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Vey Jijian 7 il 6 ay, Vey Honqfu isə 2 il azadlıqdan məhrum ediliblər. Son.az
Rusiya Ali Məhkəməsi ABŞ hüquqi şəxsi olan Korrupsiyaya Qarşı Mübariz�
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Müğənni Xuraman Şuşalı səsləndirdiyi səmimi etiraflarla diqqət çəkib
Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edi
Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən
Bank Respublikanın Marketinq Departamentinin direktoru vəzifəsindən azad olu
"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin
Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik
Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini o
Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat h
Alimlər damarlar vasitəsilə üzərək dərman çatdıra bilən və hədəfə
Bu il avqustun 23-də iş adamı Emil Ağacanovun Yasamal rayon ərazisində yer
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Əşrəf Əşrə
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-
Bildirilir ki, Bakının rayonlarında qış mövsümünə hazırlıq üzrə tə
