Heyvan bazarları nə vaxt açılacaq?
Digərləri 26 Noy 2025 10:40:00 76 0
Bölgələrdə heyvan bazarının bağlanması sakinlərin narazılığını artırır.
Bu xəbəri də oxu: Dəsmallardakı lentlərin əsl məqsədi açıqlandı
Son.az xəbər verir ki, fermerlər artıq bazara məhsul çıxarda bilmədikləri üçün çətinliklə üzləşdiklərini bildirirlər:
"Yem almağa belə pulumuz yoxdur. 1 aydır ki, hər şeyi nisyə şəkildə əldə edirik".
Qeyd edək ki, Göygöl, Daşkəsən, Samux eləcə də qərb bölgəsində heyvandarlıqla məşğul olan insanların üz tutduqları məkan eynidir, yəni Göygöl mal bazarından söhbət gedir. Ərazisi təxmini 20 hektardan çox olan bu bazarda bir aya yaxındır satış dayandırılsa da, AQTA-nın göstərişinə əsasən, bazarda yenidənqurma işləri aparılır.
Bəs bərpa işləri nə yerdədir?
Ərazi üzrə nümayəndənin sözlərinə görə, yenidənqurma işləri yekunlaşır:
"Həmin yerdə hər şey təzələnib, yola da asfalt çəkilir. Müasir kəsim məntəqəsi də yaradılıb".
Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, fəaliyyəti müvəqqəti dayandırılan bazarlarda yenidənqurma və sanitar-gigiyenik tələblərə uyğunlaşdırılma prosesi davam edir. Uyğunsuzluqların aradan qaldırılması və agentliyin yekun qiymətləndirilməsindən sonra onların fəaliyyətinə icazə veriləcəkdir. Tələblərə cavab verməyən bazarlar isə açılmayacaq.
Aysel Əkbər Son.az
Zülfiyyə Qurbanova sürücünü ifşa etdi – “Maşın mənimdir, nə istə
Müğənni Amina Şirin qapalı geyim tərzi ilə bağlı yaranan suallara ayd�
"OpenAI" ChatGPT-nin yenilənmiş versiyasını təqdim edib.
Noyabrın 30-da Həzi Aslanov stansiyasındakı təmirin başlamasının 1 ili o
SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəy�
Tezliklə Prezident Zelenski və Prezident Putinlə görüşməyi səbirsizlikl�
Noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənili
Rusiyada Vladivostokun 1 nömrəli gimnaziyasında 8-ci sinif şagirdi dərs zam
Noyabrın 24-ü Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki 8
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bay
21 sentyabr 2025-ci il tarixində "Terror aktları və silahlı münaqişə
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Keçmiş Fəhlə prospektinə yeni radarlar quraşdırılıb.
Şamaxıda 6 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyy�
Soyuq hava ilə birlikdə buxarlanma şikayətləri artır, mütəxəssislər s
