Çindən maşın gətirmək adı ilə 60 min manatı götürüb yoxa çıxdı FOTO
Digərləri 25 Noy 2025 17:20:00 49 0
Xaricdən avtomobil almaq istəyən üç qardaşın 60 min manatı ələ keçirilib.
Bu xəbəri də oxu: Azərbaycanda polkovnik vəfat etdi
Son.az oxu.az-a istinadla xəbər verir ki, Şahin Vahid oğlu İbrahimov şikayətində bildirib ki, Çindən avtomobil gətirmək üçün etibar etdikləri Fuad Elxan oğlu Cəfərzadə onlardan pul alıb, daha sonra isə əlaqəni kəsib.
Şahin İbrahimovun sözlərinə görə qardaşlar əvvəlcə ona otuz min dollar veriblər. Sonra isə gömrük və qeydiyyat üçün yeddi min yeddi yüz manat ödəyiblər. Maşınların gəlməsinə çox az vaxt qaldığı bir anda Fuad Cəfərzadə onlardan tələb edilən bütün sənədləri və pul vəsaitini götürüb uzaqlaşıb. Onlara isə səhər saat onda gömrük və qeydiyyat məsələlərinin həll olunacağını deyib. Lakin həmin gün axşam qardaşlar onunla danışmaq istəyəndə zəngləri cavabsız qalıb. Nömrəsinə zəng çatmayıb və yazdıqları məktublar da cavablandırılmayıb. Bundan sonra həmin şəxs onları tamamilə bloklayıb.
Qardaşlar daha sonra həmin şəxsin atasını tapıblar və vəziyyəti izah ediblər. Atası isə oğlunun harada olduğunu bilmədiyini söyləyib. Onlar baş verənlərlə bağlı Sumqayıt şəhər polisinin müvafiq şöbəsinə müraciət ediblər. Qardaşların sosial şəbəkələrdə yayımladıqları fotodan sonra onlarla çox sayda insan əlaqə saxlayıb. Bu şəxslər fotodakı adamın onları da müxtəlif məbləğlərdə aldadıb ziyana saldığını bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin nümayəndəsi Cəsarət Qənbərli isə açıqlamasında bildirib ki, vətəndaşlara xaricdən avtomobil gətiriləcəyi vədi verərək onların pullarını mənimsətməkdə şübhəli bilinən Fuad Cəfərzadə ilə bağlı müraciətlər araşdırılır.
"Faktlar üzrə zərərçəkənlərə dəyən zərərin miqdarı 58 700 manat təşkil edir. Hazırda əməli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür".
Şanlıurfanın Haliliye rayonunda ədliyyə binasının zirzəmisində partlay
Dövlət yol polisi idarəsinin paylaşdığı video müzakirələrə səbəb ol
Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı "Elgizlə izlə&quo
Moskvada 16 yaşlı azərbaycanlı yeniyetmə saxlanılıb. Hadisə noyabrın 23
Ali Məhkəmədə dələduzluqda və vəzifə cinayətlarında ittiham edilərə
"Bakı Metropoliteni" QSC sərnişin tələbatının qarşılanması v
Külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il həbsə məhkum edilə
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə saxla
2025-2026 tədris ili üzrə 63 özəl məktəbəqədər təhsil müəssisəsin�
Qardaşı şəhid olduqdan sonra səhnədən uzaqlaşan Xana Babayevanın (Xanı
Xəbər verdiyimiz kimi, Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais
Paytaxtın Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobil
Zabrat 2 qəsəbəsində yerləşən Əlillər binasında vətəndaşlar istiliy
Kanal D-də yayımlanan "Uzak Şehir" serialının son yayımlanan ser
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
