Jurnalist intihar məktubu paylaşdı


Digərləri 25 Noy 2025 14:48:00 62 0

Jurnalist intihar məktubu paylaşdı

Tanınmış jurnalist Nicat Qafuroğlu intihar məktubu paylaşıb.

Son.az jurnalistin paylaşımını təqdim edir:

"Əziz dostlar, bu, sizə ünvanladığım son statusumdur. Mümkün qədər qısa yazmağa çalışacağam. 

Bu gün həyatla vidalaşmaq qərarına gəldim.

Söhbət hazırda yaşadığımız, nəfəs aldığımız qısa müddətdən gedir - cəhənnəm və cənnət bölgüsündən öncəki zamandan.

Kimə görə ölümdən sonra heç nə yoxdur, kimə görə isə Rəbbimizin haqq-hesab günü var. Bütün səmavi dinlər bunu təsdiqləyir. Mən Allahın varlığına, əməllərimizə görə Onun qarşısında cavab verəcəyimizə bütün varlığımla inanan, inanclı bir insanam.

Mən bu ölkədəki on minlərlə Azərbaycalıdan biriyəm: gah namaz qılıb, gah içki içən, sonra yenidən tövbə edib, yenidən yolunu azan... İmanımı kamilləşdirə bilmədim.

Bəzən illərlə namaz qıldım, hətta gecələri Allaha olan sevgidən ağlayaraq ibadət etdim. Həmin dönəmlərdə dinin müsəlman kişisindən tələb etdiyi bütün qaydalara əməl etdim. Quranı demək olar ki, əzbər bilirəm. Hətta Kumeyl duasını Azərbaycan dilində səsləndirərək YouTube səhifəmdə paylaşdım, yüz minlərlə insan izlədi.

Lakin sonra elə oldu ki, aylarla içki içdim. Həmin dönəmlərimdə ssenarilər yazdım, filmlər çəkdim, musiqilər bəstələdim.

Bu ikili həyatım (gəldim, qayıtdım, gəldim, qayıtdım) qismən bioloji səbəblə də bağlıdır. Mən əkiz idim. Atam (Qafur Mustafayev), 1984-cü ildə Kürdəmirdə vəzifəli şəxs idi. O yaşda övlad istəmədiyi üçün (məndən öncə 5 övlad var idi) abort qərarı verildi. Lakin o zaman tibbi texnologiyalar zəif olduğu üçün əkiz tayımı götürdülər, mən isə necəsə sağ qaldım. Bir müddət sonra bu aydın olanda, yaşamağıma qərar verildi. Beləliklə, mən qoca valideynlərimin plandan kənar övladı kimi doğuldum. Atam ziyalı idi, tarix müəllimi, direktor, Kürdəmir təhsil şöbəsinin müdiri. Məni vətənpərvər ruhda böyütdü. (çox nahaq yerə).

17 yaşından mediada, 21 yaşımdan TV-də işləmişəm. Ölkənin ilk xəbər kanalının qurucularındanam. Bədii və sənədli filmlərim var. Ərsəyə gətirdiyim bütün işlərdə və verilişlərdə həmişə milli-mühafizəkar mövqedən çıxış etmişəm.

İndi, Allahdan başqa heç kimdən qorxumun olmadığı bu son anlarda səmimiyyətlə yazıram ki, **bu ölkəni, bu insanları və milli dəyərlərimizi çox sevmişəm.

Mənim faciəm ARB 24 TV-dəki Baş Prodüser işindən ayrılıb, yeni şirkət - NNET Medianı qurmaq qərarından sonra başladı.

İki il əvvəl şirkəti təsis edərkən plan fərqli idi: investor bir il ərzində vəsait ayıracaq, mən isə şirkəti özünü dolandıracaq vəziyyətə gətirəcəyəm. Mən maliyyə işlərinə qarışmayacaqdım. Lakin təəssüf ki, pulu ayıran investor yox, digər təsisçinin qeyri-adekvat davranışları səbəbindən maliyyə cəmi 4 ay sonra dayandırıldı. Mən yarımçıq avadanlıqlarla və borcla tək qaldım (məsələn, LED monitora 38700 AZN borc).

Kaş ki, o zaman hər şeyi dayandırıb kənara çəkiləydim. Lakin dövlət qurumlarından gələn sifarişlər və reallaşmayan digər vədlər məni ürəkləndirdi. Borc alaraq (icarə, əmək haqqı, vergi və s.) davam etdim. Sonra əmək haqqı gecikdiyi üçün bəzi əməkdaşlarım səbirsizlik edib, məni borc alaraq onların maaşlarını verməyə məcbur etdi. Onları qınamıram.

Ardınca iki dövlət qurumu (biri rüşvət istədiyi üçün, digəri texniki səbəblərdən) təhvil verdiyim işlərin vəsaitini aylarla gecikdirdi. Nəticədə mən icarə, vergi və digər ödənişləri etmək üçün sələm və faiz borclarına girdim.

Həmişə bu vəziyyətin düzələcəyinə inandım, amma getdikcə daha da pisləşdi. Hazırda çiyinlərimdə altından çıxa bilməyəcəyim bir yük var. Dərk etdim ki, mən bunu bacarmayacam.

Övladlarıma və qoca anama görə çox üzülürəm.

Ölümdən əvvəl bu yazını yazmaq istədim ki, məndən sonra əsassız şayiələr yayılmasın.

Mən uğursuz bir biznes planının qurbanıyam. Başqa heç nə.

Əslində o qədər sözüm var ki... səbrim çatmır yazmağa...

Sizi sevirəm! son xahişim o ki, Allaha məni bağışlaması üçün dua edin!"

Mina Mikayılova Son.az

Azərbaycanlı müğənni 600 min manatlıq EV ALDI like
  • 25 Noy 14:45  
Şou-biznes Azərbaycanlı müğənni 600 min manatlıq EV ALDI

Müğənni Əlikram Bayramov maraqlı açıqlama verib.

arrow Ətraflı
Ana, ata və 5 yaşlı qızı evdə ölü tapıldı  Güllələniblər... FOTO like
  • 25 Noy 14:30  
Digərləri Ana, ata və 5 yaşlı qızı evdə ölü tapıldı Güllələniblər... FOTO

Mardinin Kızıltepe rayonunda 33 yaşlı ana Berna Kaya , əri Mehmet Kaya və

arrow Ətraflı
Motoyürüşçü şou zamanı həlak oldu like
  • 25 Noy 14:22  
Dünya Motoyürüşçü şou zamanı həlak oldu

Braziliyadakı motoşou zamanı 23 yaşlı italiyalı motoyarışçı qəza edib

arrow Ətraflı
Aparılan təmir uzun tıxaclar yaradır  ŞİKAYƏT like
  • 25 Noy 14:12  
Digərləri Aparılan təmir uzun tıxaclar yaradır ŞİKAYƏT

Saray qəsəbəsində aparılan təmir işləri sakinlər və sürücülər aras

arrow Ətraflı
Kenan İmirzalıoğlunun arvadıyla bu görüntüləri gündəm oldu like
  • 25 Noy 14:00  
Şou-biznes Kenan İmirzalıoğlunun arvadıyla bu görüntüləri gündəm oldu

Türkiyəli məşhur aktyor Kenan İmirzalıoğlu siması olduğu KADEM-in qadı

arrow Ətraflı
UkraynaRusiya dialoquna yeni addım like
  • 25 Noy 13:44  
Dünya UkraynaRusiya dialoquna yeni addım

ABŞ-in ordu naziri Den Driskoll Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Ki

arrow Ətraflı
BYD saniyələr içində alışıb PARTLADI like
  • 25 Noy 13:30  
Digərləri BYD saniyələr içində alışıb PARTLADI

Çində park vəziyyətində olan "BYD" markalı elektrikli avtomobil

arrow Ətraflı
Maşın bazarı Ağdama köçürüləcək?  Rəsmi reaksiya like
  • 25 Noy 13:11  
Digərləri Maşın bazarı Ağdama köçürüləcək? Rəsmi reaksiya

Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbər

arrow Ətraflı
"Gündə yarım kilo acı bibər yeyirəm" like
  • 25 Noy 13:00  
Şou-biznes "Gündə yarım kilo acı bibər yeyirəm"

Türk müğənni Alişanın açıqlaması marağa səbə olub.

arrow Ətraflı
Zabitlər üçün yenilik: Hərbi xidmət müddəti 6 ay azaldılır! like
  • 25 Noy 12:56  
Digərləri Zabitlər üçün yenilik: Hərbi xidmət müddəti 6 ay azaldılır!

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma �

arrow Ətraflı
Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək like
  • 25 Noy 12:52  
Digərləri Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvə

arrow Ətraflı
Bu ölkədən Azərbaycana birbaşa uçuşlara başlanılır like
  • 25 Noy 12:44  
Dünya Bu ölkədən Azərbaycana birbaşa uçuşlara başlanılır

"Air Serbia" gələn yay Belqrad-Bakı birbaşa uçuşlarının açıl

arrow Ətraflı
Söyüş söyəndə bədənə "tok" verən qolbaq hazırlandı like
  • 25 Noy 12:30  
Digərləri Söyüş söyəndə bədənə "tok" verən qolbaq hazırlandı

İnsanı pis vərdişlərdən çəkindirmək məqsədi ilə elektron qolbaq haz�

arrow Ətraflı
Bu gündən bəzi ərazilərdə 4 gün su olmayacaq like
  • 25 Noy 12:24  
Digərləri Bu gündən bəzi ərazilərdə 4 gün su olmayacaq

Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində suyun v

arrow Ətraflı
Sabah Bakıda 18 dərəcə isti olacaq like
  • 25 Noy 12:23  
Digərləri Sabah Bakıda 18 dərəcə isti olacaq

Sabah Azərbaycanda hava necə olacaq?

arrow Ətraflı