AQTAdan ölümcül xəstəliyə səbəb olan uşaq qidası ilə bağlı XƏBƏRDARLIQ FOTO


Digərləri 21 Noy 2025 17:41:00 73 0

AQTAdan ölümcül xəstəliyə səbəb olan uşaq qidası ilə bağlı XƏBƏRDARLIQ  FOTO

Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.

Bu xəbəri də oxu: Sabah Bakıda yaz havası olacaq

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib.

Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib.

Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən, "clostridium botulinum" bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. "Clostridium botulinum" bakteriyası oksigensiz mühitdə təhlükəli "botulinum" toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahasızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma nəticəsində "ByHeart Whole Nutrition Infant Formula" adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər.

AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb.

INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcək.

UkraynaRusiya münaqişəsi üzrə yeni plan like
  • 21 Noy 17:39  
Digərləri UkraynaRusiya münaqişəsi üzrə yeni plan

Rəsmi Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin noyabrın 27-nə qəd

arrow Ətraflı
Lənkəranda ANİMAFİLM festivalı keçirilib  FOTO like
  • 21 Noy 17:35  
Digərləri Lənkəranda ANİMAFİLM festivalı keçirilib FOTO

Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının təşkilat

arrow Ətraflı
Kosmetoloji klinikalar standartlara niyə cavab vermir? like
  • 21 Noy 17:10  
Digərləri Kosmetoloji klinikalar standartlara niyə cavab vermir?

2025-ci ilin ilk 10 ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi t�

arrow Ətraflı
Bəhram Bağırzadə sənətdən getdi: "Bitdi o işlər" like
  • 21 Noy 17:00  
Şou-biznes Bəhram Bağırzadə sənətdən getdi: "Bitdi o işlər"

Əməkdar artist Bəhram Bağırzadə sənətdən getdiyini açıqlayıb. 

arrow Ətraflı
Bakıda AYNAnın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR  VİDEO like
  • 21 Noy 16:51  
Digərləri Bakıda AYNAnın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR VİDEO

Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yer

arrow Ətraflı
Qəzaya uğrayan"C130" təyyarəsi partladılıb?  Hesabat like
  • 21 Noy 16:50  
Digərləri Qəzaya uğrayan"C130" təyyarəsi partladılıb? Hesabat

Türkiyə Jandarm Kriminal Laboratoriyası Azərbaycan-Gürcüstan sərhədində

arrow Ətraflı
Kremldən Ukraynaya xəbərdarlıq: Vaxt tükənir like
  • 21 Noy 16:44  
Digərləri Kremldən Ukraynaya xəbərdarlıq: Vaxt tükənir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna rəhbər

arrow Ətraflı
Yaşlı kişini oğulları DÖYDÜ  Lalə Azərtaşın efirinə çıxdı  İDDİA like
  • 21 Noy 16:32  
Digərləri Yaşlı kişini oğulları DÖYDÜ Lalə Azərtaşın efirinə çıxdı İDDİA

"Təsir dairəsi" verilişində yaşlı kişinin iddiası hər kəsi h

arrow Ətraflı
Türk serialında "Ləzginka"  VİDEO like
  • 21 Noy 16:21  
Şou-biznes Türk serialında "Ləzginka" VİDEO

Türkiyədə yayımlanan "Veliaht" serialının növbəti bölümünd�

arrow Ətraflı
Prezident DTX ilə bağlı Fərman imzaladı like
  • 21 Noy 16:12  
Siyasət Prezident DTX ilə bağlı Fərman imzaladı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdi

arrow Ətraflı
Azərbaycan və Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiq edilib like
  • 21 Noy 16:10  
Siyasət Azərbaycan və Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiq edilib

"Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vye

arrow Ətraflı
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı  FOTO like
  • 21 Noy 16:10  
Digərləri Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı FOTO

Xəzər dənizinin Lənkəran sahillərinin geri çəkilməsi nəticəsində gen

arrow Ətraflı
Tanınmış aparıcı canlı efirdə ata olacağını öyrəndi  reaksiyası gündəm oldu like
  • 21 Noy 16:07  
Digərləri Tanınmış aparıcı canlı efirdə ata olacağını öyrəndi reaksiyası gündəm oldu

Türkiyədə idman xəbərləri təqdim edən məşhur aparıcı Gürler Akgün

arrow Ətraflı