Anar Əliyev DSMFnin 2026cı il üçün gəlirlərini açıqladı
Digərləri 20 Noy 2025 15:54:00 66 0
Dövlət sosial müdafiə fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz gəlirlərindən 705,7 milyon manat və ya 9,3% çoxdur.
Bu xəbəri də oxu: Sabah 21 dərəcə isti olacaq
Son.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Fondun 2026-cı il üçün gəlirlərinin 79,2% və ya 6,6 milyard manatının məcburi dövlət sosial sığorta daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10% çoxdur.
Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil edir.
Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6% və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1% və ya 520,3 milyon manat artımla proqnozlaşdırılmışdır.
Məşhur türkiyəli aktyor və bəstəkar Deniz Ərdoğan sinəsində şiddətl
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Son 7 ildə 4 mln. vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat z�
Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xər
"Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyy
Dağıstanda baş verən "Ka-226" helikopter qəzasında sağ qalan pi
Son zamanlar mətbuatda TƏBİB-də diplomsuz əməkdaşların çalışdığı b
"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkim
Azərbaycanda fəaliyyət göstərən qida şirkətinin istehsal etdiyi məhsull
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, 22 noyabr saat 00:00-dan et
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ölüm hadisəsi i
Müğənni Rəqsanənin qızı Yağmur (Yana) sosial şəbəkədə paylaşımı
Astrologiyada müəyyən dövrlərdə bəzi bürclərin maliyyə şansı digər
"Biz stomatoloqlara işin keyfiyyətinin artırılması məqsədilə ciddi
Azərbaycanda avtomobil nömrələrində mühüm dəyişiklik edilib.
