Bakıda iki şəhidin məzarı qarət edilib
Digərləri 19 Noy 2025 23:19:00 72 0
Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Hər şəhid məzarının qarşısında qoyulan güllər də, məzar önünə düzülən şəxsi əşyalar da...
Son.az Xəzər TV-yə istinadən bildirir ki, bir şəhidin müharibədə döyüş boyu ayağında olan çəkməsi, kaskası, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb.
Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.
Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. Şəhidin oğurlanan yeğanə əşyaları 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurdu.
Şəhidin yoldaşı deyir ki,Vətən uğrunda canından keçən qəhrəmanların yadigarlarını dağıdaraq oğurlayıb aparmaq hörmətsizlikdir.
Şəhid Fəxri Məmmədovun atası Habil Fəxri deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər: "Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar".
Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Son.az
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəs
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun aktyor oğlu Sənan Kaz�
Ərəb turistlər Bakının mərkəzində gecə yarısı səs-küy yaradıblar.
Dişləri həddindən artıq tez tez və çox güc tətbiq edərək fırçalamaq
Türkiyədə Mərmərə dənizində Panama bayraqlı yük gəmisində baş verə
Əməkdar artist Almaz Ələsgərova övladlarından danışıb.
Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandır
Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Tra
19.11.2025-ci il tarixində saat 20:40-da "Qaz İxrac" İdarəsinə m�
Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı stru
Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə məsci
"Finnair" aviaşirkətinin Banqkok-Helsinki marşrutu üzrə uçuşunu
Xəbər verdiyimiz kimi,dələduzluq ittihamı ilə həbs edilən müğənni Rə
Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabu
