Holcim Azərbaycan ölkənin ən yaxşı ustasını seçdi FOTO
Digərləri 19 Noy 2025 14:55:00 71 0
Bakı Expo Mərkəzində "Holcim Azərbaycan" və İZİA-nın tərəfdaşlığı ilə keçirilən "USTA MƏNƏM! 2025" (2-ci sezon) müsabiqəsinin möhtəşəm final mərhələsi başa çatdı. Yarışın qalibi Balakən rayonundan Etibar Qaradayev oldu. O, finalda göstərdiyi dəqiqlik, ustalıq və peşəsinə məsuliyyətli yanaşması ilə digər iştirakçılar arasında fərqlənərək 1-ci yerin sahibi oldu və ölkənin ən yaxşı ustası adını qazandı.
Bu xəbəri də oxu: Daha bir serial "tutmadı" 5 seriya ilə yekunlaşdırdılar
May ayında start götürən müsabiqə ölkənin müxtəlif bölgələrindən böyük maraqla qarşılandı. İlkin mərhələyə 700-dən çox usta qatıldı. 17 bölgədən seçilmiş 400-dən çox usta nəzəri və praktiki tapşırıqlar əsasında öz bacarıqlarını nümayiş etdilər və yalnız ən yüksək nəticə göstərən 27 usta finala yüksəldi.
Final mərhələsi yüksək dinamika və real iş şəraitinə uyğun tapşırıqlar ilə yadda qaldı. Ustalar həm sürət, həm də keyfiyyət üzrə sınaqdan keçərək öz peşəkarlıqlarını ortaya qoydular. Bu çətin yarışın ən uğurlu iştirakçısı Etibar Qaradayev müsabiqənin baş mükafatı "Pick-up" tipli avtomobili qazandı.
Müsabiqənin digər qalibləri Lənkərandan Cəfərov Mirələm - 2-ci yer, Qubadan Hüseynov Fikrət isə 3-cü yer üzrə mükafatlandırıldılar. Onların göstərdikləri iş formalaşmış peşəkarlıq ənənəsinin gücünü bir daha nümayiş etdirdi. Qaliblər müvafiq olaraq 5000 və 3000 manat dəyərində hədiyyə kartları ilə təltif olundular.
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn aç
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantı
Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasi
Rio-de-Janeyrodakı 38 metrlik İsa Məsihin Xilaskar heykəli artıq Braziliyad
Bank kartlarına müdaxilə hallarına qarşı vətəndaşlara vacib xəbərdarl
Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatı
"33 yaşın var, camaatın 25 yaşlı oğlunu niyə bədbəxt edirsən?"
Dünyanın ən böyük mesajlaşma platformalarından biri olan "WhatsApp&q
Xalq artisti Roza Cəlilovanın dəfn yeri ilə bağlı dəyişiklik edilib.
Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən
Tanınmış meyxanaçı Ruslan Müşfiqabadlı qalmaqallı açıqlaması ilə di
"Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq
Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bir ço
Baku Tv-də Bakıda yaşayış binasındakı obyektlərin sakinlıri narahat et
