Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib


Digərləri 19 Noy 2025 12:06:00 65 0

Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Noyabrın 18-19-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki "Diri Baba" türbəsinə, İsmayıllı rayonundakı "Basqal" Dövlət Tarix-Mədəniyyət və "Lahıc" Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

Ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan və dövlət mühafizəsinə götürülən "Diri Baba" türbəsində jurnalistlərə məlumat verilib ki, türbə 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən birinin şərəfinə tikilib. Türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verir.

"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda media mənsublarına bildirilib ki, qoruq İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir. "Basqal" Qoruğu ərazisində tarixi müdafiə istehkamları, 1531-ci ildə inşa edilən Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına aid Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, XVII əsrə aid tarixi hamam, sənətkarlıq karxanaları, tarixi evlər kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Basqal həm də 500 ilə yaxın yaşı olan, 1563-cü ildə əkilmiş tarixi çinar ağacı ilə məşhurdur.

Bildirilib ki, Dövlət Turizm Agentliyi "Basqal" Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir. 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfər çərçivəsində "Basqal" Qoruğu ərazisinə də baş çəkib, burada aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Son dövrlərdə Basqalda sayca üçüncü küçə tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib, mərasim evi yaradılıb. Bununla yanaşı, Qoruğun ərazisində XIX əsrin ortalarında inşa edilmiş Hacı Bədəl məscidində, İkinci Dünya müharibəsi dövründə İtaliyada partizan kimi döyüşlərdə iştirak etmiş Məmməd Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi ərazisində bərpa və konservasiya işləri davam etdirilir.

Mediaturda iştirak edən jurnalistlər "Basqal" Qoruğu ərazisində kəlağayı istehsalı emalatxanasında ustalarla görüşərək ipəyin boyanması və kəlağayının qəliblənməsi proseslərini yaxından izləyiblər. Bildirilib ki, 2014-cü ildə "Qadın baş örtüyü Kəlağayının hazırlanması və simvolikası" UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Sonda qonaqlar Basqal mətbəxinin incisi, Basqal halvasının hazırlanması prosesi ilə tanış olublar. "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunda mediatur iştirakçılarına bildirilib ki, qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qoruq ərazisində dövlət mühafizəsinə götürülmüş onlarla tarixi yaşayış evi yerləşir.

Ukraynaya növbəti dron hücumu  36 yaralı var like
  • 19 Noy 11:56  
Dünya Ukraynaya növbəti dron hücumu 36 yaralı var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinə "Geran-2"

arrow Ətraflı
Azərbaycan maliyyə ekosistemi kibertəhlükəsizliklə güclənir like
  • 19 Noy 11:52  
Digərləri Azərbaycan maliyyə ekosistemi kibertəhlükəsizliklə güclənir

"Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş

arrow Ətraflı
Orxan Zeynallı Heydər Əliyev Sarayında səhnəyə çıxacaq like
  • 19 Noy 11:50  
Şou-biznes Orxan Zeynallı Heydər Əliyev Sarayında səhnəyə çıxacaq

Reper Orxan Zeynallı 3 günlük konsert proqramı ilə səhnəyə çıxmağa ha

arrow Ətraflı
Bakıda yataqxanada yanğın, təxliyə edilənlər var  VİDEO like
  • 19 Noy 11:44  
Digərləri Bakıda yataqxanada yanğın, təxliyə edilənlər var VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Azərbaycanda qadın ərinin sinif yoldaşına zəng etdiyinə görə döyüldü like
  • 19 Noy 11:38  
Digərləri Azərbaycanda qadın ərinin sinif yoldaşına zəng etdiyinə görə döyüldü

Lənkəranda qadına qarşı zorakılıq hadisəsi baş verib.

arrow Ətraflı
Elçin Əmirbəyov Efiopiyada işgüzar səfərdə olub  FOTO like
  • 19 Noy 11:33  
Siyasət Elçin Əmirbəyov Efiopiyada işgüzar səfərdə olub FOTO

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayənd

arrow Ətraflı
30 min manata analıq təklif olunur  Kirayə, bilet pulu da verilir: Qanun nə deyir? like
  • 19 Noy 11:30  
Digərləri 30 min manata analıq təklif olunur Kirayə, bilet pulu da verilir: Qanun nə deyir?

Sosial şəbəkələrdə qadınlara şirnikləndirici təkliflər edilir.

arrow Ətraflı
Şikayətlər nəzərə alındı  Həmin yolda qaydalar dəyişdi  VİDEO like
  • 19 Noy 11:28  
Digərləri Şikayətlər nəzərə alındı Həmin yolda qaydalar dəyişdi VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətin

arrow Ətraflı
Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi like
  • 19 Noy 11:25  
Şou-biznes Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi

Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz

arrow Ətraflı
Yeni "Corolla Cross" yenilənmiş SUV üslubu ilə qarşınızdadır like
  • 19 Noy 11:20  
Digərləri Yeni "Corolla Cross" yenilənmiş SUV üslubu ilə qarşınızdadır

Toyota ailə dostu funksionallığı və müasir zərifliyi ilə yenilənmiş Co

arrow Ətraflı
Bakıda marşrut avtobusunda sərnişin öldü like
  • 19 Noy 11:16  
Digərləri Bakıda marşrut avtobusunda sərnişin öldü

Paytaxtın Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksinin ərazisin

arrow Ətraflı
Kredit portfeli sürətlə böyüyür: Bank aktivləri 56.1 milyard manatı aşdı like
  • 19 Noy 11:11  
Digərləri Kredit portfeli sürətlə böyüyür: Bank aktivləri 56.1 milyard manatı aşdı

"2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 ay

arrow Ətraflı
"Rəqssiz yaşaya bilməyən" Roza Cəlilova kim idi?  Kanadadan Çinədək uzanan sənət yolu... like
  • 19 Noy 11:05  
Kriminal "Rəqssiz yaşaya bilməyən" Roza Cəlilova kim idi? Kanadadan Çinədək uzanan sənət yolu...

Xəbər verdiyimiz kimi, Azərbaycan rəqs sənətinin əfsanəsi, xalq artisti,

arrow Ətraflı
Ağ evdə 1 trilyonluq mühüm görüş  Şahzadə Trampa nə vəd etdi? like
  • 19 Noy 11:00  
Dünya Ağ evdə 1 trilyonluq mühüm görüş Şahzadə Trampa nə vəd etdi?

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampl

arrow Ətraflı