Qaraciyər yağlanıbsa ölüm riski 35 dəfə artır
Digərləri 18 Noy 2025 19:00:00 85 0
Qaraciyərin yağlanması xərçəngdən ölüm riskini 35 dəfə artırır.
Bu xəbəri də oxu: Qohum evliliyinə qadağa varsa, bəs cəza niyə yoxdur?
Son.az xəbər verir ki, İsveçin Karolinska İnstitutunun alimləri bu qənaətə gəliblər.
Tədqiqatın nəticələri "Journal of Hepatology" jurnalında dərc olunub.
Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (yağlı hepatoz) olan insanlarda erkən ölüm riski ümumi əhaliyə nisbətən iki dəfə yüksəkdir. Xüsusilə xərçəngdən ölüm riski bu xəstələrdə 35 dəfə arta bilər.
Alimlər 2002-2020-ci illər arasında təsdiqlənmiş yağlı hepatozu olan 13 mindən çox xəstənin sağlamlıq məlumatlarını təhlil ediblər. Yağlı hepatoz qaraciyərdə artıq yağın toplanması ilə xarakterizə olunur və ağır fəsadlara, o cümlədən sirroz və xərçəngə səbəb ola bilər.
Tədqiqat zamanı müəyyən olunub ki, yağlı qaraciyəri olan şəxslərin ümumi ölüm səviyyəsi müşahidə dövründə ümumi əhaliyə nisbətən təxminən iki dəfə yüksək olub. Bundan əlavə, bu qrupda xərçəngdən ölüm riski 35 dəfə çoxdur. Əvvəlki araşdırmalar göstərir ki, bəzi xəstələrdə xəstəlik fibroz və sirroza, nəticədə isə qaraciyər xərçənginə çevrilə bilər.
Yüksək erkən ölüm riski yalnız xərçəng və qaraciyər xəstəlikləri ilə bağlı deyil. Yağlı qaraciyəri olan insanlarda ürək-damar xəstəliklərindən ölüm 54%, qaraciyərdən asılı olmayan xərçəngdən ölüm isə 47% artıb. Həmçinin infeksiyalar, tənəffüs və həzm sistemi xəstəlikləri, endokrin pozuntular və digər xarici səbəblərdən ölüm hallarının da artdığı qeyd olunub.
Tədqiqatın müəllifi Aksel Vester bildirir ki, xəstəlik erkən mərhələdə əlamətsiz olur və xəstələr çox vaxt problemdən xəbərsiz qalırlar. Kompleks müayinə və erkən müdaxilə proqnozu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Ekspert vurğulayır ki, yağlı qaraciyər xəstəliyi riskini azaltmaq üçün sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət və diabet kimi risk faktorlarının idarə olunması vacibdir.
İsmayıl Son.az
Avstraliya sahillərində tapılan şüşə butulkadan I Dünya Müharibəsində
Bu gün Cəlilabad rayonunun bir neçə kəndində işıq olmayacaq.
"TikTok"da canlı yayımda nalayiq ifadələr işlədən kişi cəzala
Zəngilana səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan R
77 yaşlı model Kollin Haydmann sosial mediada izləyiciləri heyran edir.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşa ərazisində saxla
2025-ci il iyulun 1-dən Azərbaycanda qohum evlilikləri qadağan edilib.
Müğənni Əkbər Əliyev həmkarı Roza Zərgərli ilə reallaşmayan münasib
Azərbaycanın ən böyük göllərindən biri Hacıqabul gölünün qurumasın�
Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında k
BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitlik Qüvvələrinin yerl
Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
Hər zaman korporativ sosial məsuliyyət layihələrinə xüsusi önəm verən
