Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr...
Digərləri 17 Noy 2025 22:18:00 71 0
2014-cü ildə ailə quran, lakin övladları olmadığı üçün sonda surroqat anaya müraciət edən cütlük məhkəmədə üz-üzə gəlib.
Bu xəbəri də oxu: Gədəbəydə 37 yaşlı kişi öldürüldü Atası tutuldu
Son.az teleqraf.com-a istinadən bildirir ki, Samir Məmmədov Səbail Rayon Məhkəməsinə müraciət edərək bildirib ki, onun üç uşağı surroqat anadan dünyaya gəldiyi üçün, övladlarının doğum haqqında şəhadətnamələrində, müvafiq olaraq, ana qrafalarında keçmiş həyat yoldaşı Nazilə Məmmədovanın (ad-soyadlar şərtidir) adı silinməlidir.
Bundan başqa, o, ərizəsində uşaqların Nazilə Məmmədovadan alınaraq ona verilməsini xahiş edib.
İddiaçı ərizəsində bildirib ki, vaxtilə çox lüks həyat yaşayıblar. Yüksək gəlirli işdə işlədiyi müddətdə ildə azı iki dəfə müxtəlif ölkələrə istirahətə gediblər. Bundan başqa, xanımına müxtəlif vaxtlarda 40 min avroya "Mercedes CLA-250 AMG", 66.000 ABŞ dolları dəyərində "Mercedes V-250" və daha sonra 51.000 manat dəyərində "Volkswagen İD-4 Crozz" markalı avtomobil alıb.
Eyni zamanda, Samir Məmmədov birgə nikah dövründə "Qrant Hayat"da, "Royal Park" yaşayış kompleksində, Şüvəlanda dəyəri milyon manatlarla ölçülən mülklər aldığını məhkəmənin diqqətinə çatdırıb. O, bu müddətdə uşaqlarını biri üçün illik xərci 6080 dollar olan bağçaya göndərdiklərini, 700 dollar qarşılığında iki Filippin vətəndaşını dayə tutduqlarını bildirib.
Onun sözlərinə görə, işdən çıxdıqdan xərcləri çox olması səbəbindən 200 min manata yaxın borc edib. "Qrant Hayat"da yaşayış kompleksindəki evi 550 min manata satdıqdan sonra borcları qaytarıblar. S.Məmmədovun iddiasına görə, işsiz olmasına baxmayaraq, həyat yoldaşı bədxərcliyindən geri qalmayıb:
Xroniki yorğunluğun gizli səbəbi aşkarlanıb.
Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsi Eduard Hacıyev
Əməkdar artist Vasif Məhərrəmli sərt açıqlması ilə diqqət çəkib.
İzmirdə lüks elektrikli avtomobil anidən alışıb. Qapılar enerji itkisi n
Son vaxtlar duetləri ilə diqqət çəkən müğənni Gülnar Zeynalova şəxsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən faciə ilə bağlı a�
Azərbaycanda beynəlxalq əməkdaşlıq üçün böyük imkanlar mövcuddur
Konqo Demokratik Respublikasında baş verən mədən faciəsini araşdırmaq ü
Türkiyəyə məxsus, təxminən 4 min ton maye qaz (LPG) daşıyan "Orind
Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyi
Ermənistan Antikorrupsiya Məhkəməsi bu gün keçirilən iclasda erməniəsil
COP29-un Baş Danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Y
BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalı məşhur Yang Liping Cont
2026-ı qarşılamağımıza az qalıb. İndidən hər kəs Yeni il gecəsi üç
