Bakı Beynəlxalq İncəsənət Festivalının möhtəşəm yekun konserti baş tutub FOTO
Kriminal 17 Noy 2025 18:11:00 93 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Beynəlxalq İncəsənət Festivalının möhtəşəm yekun konserti baş tutub. Axşam boyu səslənən əsərlər musiqisevərlərə incəsənətin dərinliyini və emosional zənginliyini bəxş edib.
Bu xəbəri də oxu: "Əlimyandı" qiymətə maşın "satan"lar saxlanıldı
Birinci hissə Dmitri Şostakoviçin violin və piano üçün dörd prelüdü ilə başlayıb. Əsərin Dmitri Sıqanov tərəfindən işlənməsi dünya şöhrətli ifaçılar Dmitri Sitkovetski (violin, Böyük Britaniya) və Bakı Musiqi Akademiyasının rektoru, professor, Fərhad Bədəlbəylinin (piano) təqdimatında səslənib. Ardınca görkəmli bəstəkar Qara Qarayevin violin və piano üçün yazdığı dördhissəli sonata və məşhur "Yeddi gözəl" baletindən "Adajio" və "Vals" ifa olunub.
İkinci hissədə Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Polad Bülbüloğlunun "Qızların rəqsi", "Şərq rəqsi" və "Yallı" kimi simfonik rəqsləri milli musiqi ruhunu dinləyicilərə aşılayıb. Daha sonra bəstəkarın violin və orkestr üçün üçhissəli konsertini solist Dmitri Sitkovetski böyük peşəkarlıqla təqdim edib.
Konsert festivalın ən yaddaqalan anlarından biri kimi qeyd olunub və sənətsevərlərin gur alqışları ilə başa çatıb. Bu musiqi axşamı həm
Azərbaycan, həm də dünya musiqi irsinin möhtəşəm sintezini əks etdirərək,festivalın incəsənət tarixində özünəməxsus iz qoyub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və daxili işlər naziri Əsədu
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Bir dəfə
Müğənni Nüşabə Musayeva yenidən xəyanət mövzusuna toxunaraq diqqətç�
"Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi" t
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi
Sosial şəbəkələrdə narkotik asılılığından əziyyət çəkən bir anan
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (ADY) H
Müğənni Xatirə İslamın açıqlaması müzakirə yaradıb.
Müğənni Elit Star Cəmilənin açıqlaması marağa səbəb olub.
Azərbaycanda qida və aqrar sektorunda fəaliyyət göstərən "Aznar"
"Birinci illə müqayisədə STEAM layihəsinə cəlb edilən məktəblilə
2026-cı il yanvarın 1-dən özəl sektorda gəlir vergisi ilə bağlı mövcud
Bir neçə ay əvvəl bağlanan "Azadlıq" partiyasının sədri Əhm
Amerikalı aktyor Tom Kruz "Oscar" mükafatını qazanıb.
