“Bu şəhərdə”nin üzvləri Qurbanovla bağlı səhnəcikdən danışdı VİDEO
Şou-biznes 17 Noy 2025 16:12:00 67 0
"Bu Şəhərdə"nin "Ev Dar" adlı konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: Xalq artistinin qızı yanında
Belə ki, Rafael İsgəndərov və Coşqun Rəhimovun 15 noyabrda Heydər Əliyev Sarayında səhnələşdirdiyi parodiyada Qurbanovun yığmanın dünya çempionu olması fikrinə verdiyi reaksiya bir çoxları tərəfindən tənqid olunub.
Son.az xəbər verir ki, metbuat.az mövzuya münasibət öyrənmək üçün "Bu şəhərdə"nin üzvləri ilə əlaqə saxlayıb.
Əməkdar artist, aktyor Rafael İsgəndərov məsələ ilə bağlı danışmaq istəmədiyini bildirsə də, sonda "Qurban Qurbanov bilər, biz bilərik", - deyə qeyd edib.
"Biz işimizi bilən insanlarıq. Səhnədə heç kimi təhqir eləmirik, tənqid eləmirik, o ki qaldı Qurban Qurbanova. Tənqid fikirləşən insanlar gəlib o səhnəciyə baxardılar və düzgün reaksiya verərdilər. Ayıb olsun onlara. Səhnəciyi görməmiş reaksiya vermək, reytinq qazanmaq ayıb bir işdir. Yeri gələndə bir çoxları ilə də münasibətimiz var, amma elə bu axırıncı yoldur ki, onlar edirlər. Səhnəciyə baxıb düzgün reaksiya versəydilər, biz belə reaksiya verməzdik. Əgər belə bir fikirdə olublarsa, ayıb olsun onlara. Bu 25 ildə heç kimi tənqid eləməmişik. Sadəcə olaraq haqla danışmaq lazımdır. İnsanlar yavaş-yavaş deyəsən haqqı itirirlər, pulu önəmsəyirlər".
"Onlar haqqımıza girirlər. Ümumiyyətlə, o zaldan kimsə çəkib hansısa bir hissəni qoyursa, o da haqqımıza girib. Çünki çəkiliş qadağandır. Yəni biz özümüz çəkirik, montaj edirik, sonra yerləşdiririk. Çəkən də, paylaşan da səhv edir, götürür onu yerləşdirir öz səhifəsində və heç nə bilmədən ağzına gələni danışır. Şər atırlar, ajiotaj yaradırlar. "Bu Şəhərdə" bunu edib, yaxşı, bəs məntiqli olmazdı ki, gözləmək, bunun tam versiyası "Youtube"a yerləşdiriləndən sonra, efirdə göstəriləndən sonra, Qurban Qurbanov da özü bunun tam versiyasını görəndən sonra, Qurban Qurbanovdan soruşmaq ki, ay Qurban müəllim, sizin fikrinizcə, bu təbliğdir, tənqiddir, təqliddir, tərifdir, parodiyadır? O da desin ki, əla idi, xoşuma gəldi, ya xoşuma gəlmədi, məni təhqir eləyiblər və sairə. Yaxud Azərbaycan yığmasının baş məşqçisindən soruşmaq? Yəni sənətdən başı çıxan insanlardan. Bizim sosial şəbəkədə "zibilimiz" çoxdur. Bir bağçaya girəndə hər yerdə alaqlar da olur, gül-çiçək də. İndi yaxşı insan alaqları, zibili təmizləyib tullayır, gül-çiçək qalır. Mənim fikrimcə, yaxşı olar ki, tam versiya hazır olsun, Qurban Qurbanov ona baxsın, ondan sonra Qurban Qurbanovdan soruşun ki, xoşuna gəldi, ya gəlmədi, vəssalam".
Türkiyəli məşhur aktyor Şahan Gökbakar ona böyük uğur gətirən "R
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi so
Bu prosesə nəzarətin artırılması nəticəsində normadan artıq yüklənə
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü region ölkə
Xalq artisti Natiq Şirinovun qızı Sevil atası ilə bağlı paylaşım edi
Qaxın Qorağan kəndində baş vermiş insident zamanı ər arvadını döyüb.
Türkiyənin Trabzon şəhərində toy mərasimi zamanı kütləvi qida zəhərl
Eyni universitetin beş tələbəsinin fərqli məkanlarda ölümü narahatlıq
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşan
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin Gürcüstanda
Azərbaycan Hava Yolları (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyat
Xəstəxanada həyat uğrunda mübarizə aparan Fatih Ürek haqqında yayılan &
Bakıda qeydə alınan klassik avtomobil görüntüsü sosial şəbəkələrdə
Qarşıdakı dövr bəzi bürclər üçün həm emosional, həm də karyera sah�
