"Əlimyandı" qiymətə maşın "satan"lar saxlanıldı
Kriminal 17 Noy 2025 15:55:00 68 0
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə yalan vədlər verərək və şirnikləndirici təkliflər yayaraq vətəndaşları aldadan şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirib.
Bu xəbəri də oxu: Zaur azadlığa çıxdı
Son.az xəbər verir ki, aparılmış tədbirlər zamanı sosial platformalarda saxta elanlar paylaşan və özlərini müxtəlif internet resurslarının təhlükəsizliyinin təminatı ilə məşğul olan mütəxəssislər kimi göstərərək dələduzluq edən bir neçə şəxs saxlanılıb. Onların arasında əvvəllər də oxşar əməllərə görə məhkum olunmuş Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov var.
Araşdırmalar zamanı müəyyən olunub ki, Aqşin Bədəlov və İlkin Niyazov sosial şəbəkələrdə və müxtəlif saytlarda başqa şəxslərin bahalı mobil nömrələrini, avtomobillərini və mənzillərini öz adlarına məxsus kimi göstərərək real dəyərindən çox aşağı qiymətə satışa çıxarıblar. Cəfər Cəfərov isə müxtəlif iaşə obyektləri və müəssisələrlə WhatsApp vasitəsilə əlaqə saxlayıb özünü tanınmış brendlərin ucuz alışında vasitəçi kimi təqdim edib və bu yolla beh göndərən şəxsləri aldadaraq onların pul vəsaitini mənimsəyib.
Tədbirlər zamanı saxlanılan başqa bir şəxs Şahin Rəcəbov isə xarici ölkələrə səfər edib oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə qurub özünü rəsmi saytların və elektron poçt sistemlərinin idarə olunması ilə məşğul olan təşkilatın rəhbəri kimi qələmə verib.
Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.
Bu prosesə nəzarətin artırılması nəticəsində normadan artıq yüklənə
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü region ölkə
Xalq artisti Natiq Şirinovun qızı Sevil atası ilə bağlı paylaşım edi
Qaxın Qorağan kəndində baş vermiş insident zamanı ər arvadını döyüb.
Türkiyənin Trabzon şəhərində toy mərasimi zamanı kütləvi qida zəhərl
Eyni universitetin beş tələbəsinin fərqli məkanlarda ölümü narahatlıq
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşan
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin Gürcüstanda
Azərbaycan Hava Yolları (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyat
Xəstəxanada həyat uğrunda mübarizə aparan Fatih Ürek haqqında yayılan &
Bakıda qeydə alınan klassik avtomobil görüntüsü sosial şəbəkələrdə
Qarşıdakı dövr bəzi bürclər üçün həm emosional, həm də karyera sah�
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbinin III kur
