Müəllimlər nə vaxtdan tamştat işləyəcək? Emin Əmrullayevdən açıqlama


Digərləri 17 Noy 2025 13:30:00 89 0

Müəllimlər nə vaxtdan tamştat işləyəcək?  Emin Əmrullayevdən açıqlama

Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərə "tam ştatlı müəllim" modelinin gətirilməsi üzərində iş aparılır.

Son.az xəbər verir ki, onun sözlərinə görə məqsəd müəllimin məktəb mühitində daha stabil mövqeyə sahib olması və özünü kollektivin əsas üzvü kimi hiss etməsidir. Nazir əlavə edib ki, yaxın günlərdə bu mexanizmin mahiyyəti ilə bağlı geniş ictimai izah veriləcək.

Emin Əmrullayev tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcəyini açıqlayıb.

Nazir deyib: "Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın".

Onun sözlərinə görə, əməkhaqqı ilə bağlı mövcud problemlər sadə deyil və yeni yanaşma müəllimlərin real gəlir səviyyəsini daha düzgün əks etdirməlidir. Nazir vurğulayıb ki, "tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır". Hazırkı rəqəmlərin müəllimlərin az dərs yükü ilə aldığı maaşlara əsaslandığını bildirdiyi üçün bunun yanlış təsəvvür yaratdığını qeyd edib.

Emin Əmrullayev onu da bildirib ki, müəllimin maaşının yüksəlməsi yalnız əlavə dərs saatı götürməkdən asılı olmamalıdır və bu yanaşma dəyişdirilməlidir. O, prosesin tələskənliklə həyata keçirilməyəcəyini vurğulayıb və əlavə edib: "Bir daha qeyd edirəm ki, bu məsələlərlə bağlı elm və təhsil nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır. Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın".

Xalq artistinin mərhum qızı ilə FOTOsunu paylaşdı like
  • 17 Noy 13:26  
Şou-biznes Xalq artistinin mərhum qızı ilə FOTOsunu paylaşdı

Müğənni Rüfət Axundov Xalq artisti Yaşar Nurinin vəfat edən qızı Ülvi

arrow Ətraflı
Zaur azadlığa çıxdı like
  • 17 Noy 13:20  
Kriminal Zaur azadlığa çıxdı

Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra 

arrow Ətraflı
Türkiyəli deputat ailəsi ilə birgə ağır qəzaya düşdü like
  • 17 Noy 13:13  
Digərləri Türkiyəli deputat ailəsi ilə birgə ağır qəzaya düşdü

Türkiyə parlamentinin hakim partiyadan olan deputatı Selman Oğuzhan Eser h

arrow Ətraflı
ANAMA əməkdaşı Qazaxda minaya düşdü like
  • 17 Noy 13:12  
Digərləri ANAMA əməkdaşı Qazaxda minaya düşdü

Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kə

arrow Ətraflı
"Onun kimi nisyə qızıl taxmıram" like
  • 17 Noy 13:00  
Şou-biznes "Onun kimi nisyə qızıl taxmıram"

Müğənni Mənzurə Musayeva atmacası ilə diqqət çəkib.

arrow Ətraflı
Həmin "qara qutu"nun analizi nə vaxt tamamlanacaq? like
  • 17 Noy 12:53  
Digərləri Həmin "qara qutu"nun analizi nə vaxt tamamlanacaq?

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük t

arrow Ətraflı
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı  FOTO like
  • 17 Noy 12:48  
Kriminal İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit

arrow Ətraflı
ABŞ rəsmisi Ermənistanda səfərdədir like
  • 17 Noy 12:44  
Dünya ABŞ rəsmisi Ermənistanda səfərdədir

ABŞ dövlət katibinin müavini Alison Huker Ermənistana səfər edib.

arrow Ətraflı
Ana oğlunu öldürüb, bədənini parçalara ayırdı  Rusiya bu qətldən danışır  FOTO like
  • 17 Noy 12:38  
Dünya Ana oğlunu öldürüb, bədənini parçalara ayırdı Rusiya bu qətldən danışır FOTO

Moskvanın şərqindəki Qolyanovski gölündə altı yaşlı uşağın kəsilmi

arrow Ətraflı
Mərkəzi Asiyada yeni ittifaq xətti: Azərbaycan prosesin mərkəzinə keçir like
  • 17 Noy 12:25  
Siyasət Mərkəzi Asiyada yeni ittifaq xətti: Azərbaycan prosesin mərkəzinə keçir

Mərkəzi Asiya ölkələri liderlərinin Daşkənd sammitinin əsas hadisəsi A

arrow Ətraflı
Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir?  AÇIQLAMA  FOTO like
  • 17 Noy 12:19  
Digərləri Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir? AÇIQLAMA FOTO

Azərbaycanda son günlər ərzində sosial şəbəkələrdə "9990" v

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 17 Noy 12:13  
Digərləri Sabah Bakıda yağış yağacaq

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı