Çindən avtomobil ixracı çətinləşdi Yeni QAYDA
Digərləri 16 Noy 2025 16:36:00 65 0
14 noyabr tarixində Çinin bir neçə nazirliyi paralel avtomobil ixracı ilə bağlı qaydaları sərtləşdirən birgə bildiriş yayıb.
Bu xəbəri də oxu: Türkiyədə zəlzələ oldu
Milli.az məsələni təhlil edərək dəyişikliklərin nə dərəcədə ciddi olacağını araşdırıb.
Son vaxtlar bir çox Çin avtomobil istehsalçıları daxili bazar üçün nəzərdə tutulan, lakin "sıfır yürüşlü ikinci əl" kimi xaricə çıxarılan avtomobillərin artan ixrac kanallarından narahatlıqlarını bildirirdilər. Söhbət belə bir sxemdən gedir: bəzi şirkətlər yeni avtomobilləri alır, onları Çində qeydiyyata salır, dərhal da qeydiyyatı ləğv edərək avtomobili ölkə xaricinə göndərirlər.
Yeni qaydalara əsasən, qeydiyyata alındıqdan sonra 6 aydan az müddət keçmiş istifadə olunmuş avtomobillərin ixracı üçün şirkətlər gömrük orqanlarına xüsusi sənəd təqdim etməlidirlər. Bu sənəd "Satışdan sonrakı xidmət üzrə təsdiq" adlanır. Əslində bu, avtomobil istehsalçısının rəsmi möhürü ilə təsdiqlənmiş məktubdur. Burada ixrac olunan ölkə, avtomobilin məlumatları və həmin ölkədə avtomobilin servis xidməti göstərilə biləcək məntəqələrin siyahısı qeyd olunmalıdır.
Qaydaların digər hissəsi avtomobillərin texniki xüsusiyyətləri və sertifikatları barədə məlumatların daha ciddi şəkildə toplanmasına və yoxlanmasına aiddir. Əsas dəyişiklik isə 6 aydan az qeydiyyatda olan istənilən ikinci əl modelin ixracı üçün artıq istehsalçının faktiki icazəsinin tələb olunmasıdır.
Bu qərarın yayımlanması ilə paralel idxal kanalları ilə işləyən şirkətlər arasında dərhal reaksiyalar formalaşıb: "Almaq lazımdır - indi!" Çünki bundan sonra proses uzanacaq: avtomobil 180 gün gözləməli olacaq ki, istehsalçı təsdiqi olmadan sadələşdirilmiş qaydada ixrac edilə bilsin. Bu isə həm vaxtı, həm də qiymətləri artıracaq. Biznes nümayəndələri artıq indidən belə modellərin bahalaşacağını gözləyirlər.
Tanınmış aktyor və komediya ustası Fərda Xudaverdiyev anasının vəfatın
Almaniyadan Türkiyəyə səfər edən dördnəfərlik ailənin İstanbulda baş
Böyük Britaniya, artan anti-immiqrantlara qarşı münasibət və sağçı par
Müğənni Qumralın makiyajsız görüntüsü marağa səbəb olub.
"WhatsApp" mesenceri istifadəçilərə şübhəli mesajı müəyyən
Xalq artisti Alim Qasımov IX "Muğam" Televiziya Müsabiqəsinin fina
Rusiyada çox təhlükəli hadisə baş verib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən t�
İllər öncə ağır əməliyyat keçirərək ölümdən döndüyünü açıqla
