Rimas Tuminasa məxsus “Anna Karenina” Bakını valeh etdi: Tolstoyun dünya şah əsəri BİAF 2025 səhnəsində canlandı
Kriminal 15 Noy 2025 23:20:00 72 0
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrətli "Geşer" teatrının (İsrail) Fransanın Les Gemeaux teatrı ilə birgə iki il əvvəl yaratdığı "Anna Karenina" tamaşası böyük uğurla nümayiş etdirildi. 2024-cü il 6 mart tarixində vəfat edən əfsanəvi litvalı rejissor Rimas Tuminasa məxsus bu tamaşa Bakı İncəsənət Festivalı BIAF 2025 çərçivəsində təqdim olundu. Tamaşa tam dolu zalda baş tutdu və festivalın mədəni proqramının əsas hadisələrindən birinə çevrildi. İzləyicilər Lev Tolstoyun klassik romanının dərin və qeyri-adi yozumunun şahidi oldular. Tuminasa məxsus müəllif dəst-xətti - özünəməxsus qroteskin zərif psixologizm ilə qovuşması - əsərə güclü, çağdaş və müasir nəfəs verdi. Rus klassikasının ən mühüm teatr təfsirçilərindən olan Tuminasa bu tamaşası ilə 2021-ci ildə Moskvanın E.Vaxtanqov adına Dövlət Akademik Teatrında səhnələşdirdiyi, hələ də əldə edilməsi çətin olan beş saatlıq epik "Müharibə və Sülh" premyerasından sonra Tolstoyla sənət dialoqunu davam etdirdi. Moskva ictimaiyyəti tərəfindən ehtiramla qarşılanan həmin əsər bu gün də şəhərin ən çox arzu olunan tamaşalarındandır. "Anna Karenina" da "Müharibə və Sülh" kimi musiqi-plastik refrenlər üzərində qurulub; hər qəhrəmanın özünəməxsus vizual və intonasiya xətti var. Səhnə tərtibatı minimalizmi ilə seçilir: hadisələr yığcam qara-ağ məkanda cərəyan edir. "Geşer" teatrının baş direktoru Lena Kreyndlina kollektiv üçün bu işin xüsusi dəyərini vurğuladı: "Bu gətirdiyimiz tamaşa bizim üçün çox dəyərlidir, çünki bu, Rimas Tuminasa məxsus tamaşadır. O, bizdə cəmi iki il çalışdı, təəssüf ki, yalnız iki il... və bizə belə bir irs qoyub getdi. Birdən anladım ki, bu gün bizim ən vacib tamaşamız məhz budur. Çünki o... İnsan..."
Bu xəbəri də oxu: Bakıda sevgilisi ilə hotelə gedən kişi yeməyə görə həbs olundu
Aleksey Karenin rolunu ifa edən aktyor İsraël Demidov isə səhnə əsərinin fəlsəfi qatına toxundu:
15 noyabr 2025-ci il, saat 21:29-da Egey Dənizində, Çanakkalə sahillərinin
Türkiyənin Beşiktaş ərazisində metro tikintisi zamanı çökmə baş veri
Müğənni Rüfət Axundov bu gün vəfat edən dayısı Xalq artisti Yaşar Nu
İmişlidə yerləşən çınqıl karxanasında bədbəxt hadisə baş verib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 15-də Daşkənddə Mərkə
"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlə
Ədliyyə Nazirliyinin Akademiyasında prorektor vəzifəsində işləmiş hüqu
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Zaqataladan olan jurnalist, araşdırmaçı-tarixçi Məhəmməd Şabanoğlu uzu
Norveç uzun və sərt qışları ilə tanınır. Ölkədə soyuqlar 7 aya qəd�
"Bacım gecə saat 4-ün yarısı mənə zəng edib, "özümü çox pi
"Cəmiyyətdə çox vaxt keyfiyyət və təhlükəsizliklə əlaqələndiri
Aktyor Nicat Rəhimov bu gün vəfat edən dayısı Xalq artisti Yaşar Nurinin
Artıq demək olar ki, bütün smartfonlarda USB-C girişi standart halına gəl
