Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ
Digərləri 15 Noy 2025 17:56:00 64 0
Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrildiyini qeyd edərək bunu təqdirəlayiq hesab edib. Lakin deputat burada müəyyən problemlərin yarandığını da qeyd edib. O, lazımlı ştatların da ləğv olunduğuna diqqət çəkib.
Bu xəbəri də oxu: Qadınlar niyə kişilərlə müqayisədə daha teztez insult keçirir?
Son.az xəbər verir ki, modern.az-a açıqlama verən Tahir Rzayev bildirib ki, lazımsız ştatların ləğvinə münasibəti müsbət olsa da bir çox vacib ştatlar da ləğv olunur:
"Onların ləğv olunması məqsədə uyğun deyil və bunu bildirdim".
Deputat ləğv olunan önəmli ştatlar haqqında da danışıb:
"Rayonlarda mədəniyyət şöbələrində sürücü ştatları, müəyyən texniki ştatları, xadimə və digər ştatlar ləğv olunub. Belə bir sual yaranır: bəs bu sənət adamları hansısa hərbi hissəyə və ya başqa tədbirlərə gedirsə nədən istifadə etməlidir? Yaxud rayonlarda fəaliyyət göstərən təhsil sektorları var. 70 məntəqəsi olan bir rayonun təhsil sektorunda 3-4 nəfərlik ştat saxlayıblar. Bu mütəxəssislər bu qədər məktəbi əhatə edə bilərlər? Təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı müəyyən tapşırıqları verə bilərlərr? Yerlərə gedə bilərlərr? Mümkün deyil. Sektor müdirinin maşını yoxdur, sürücüsü yoxdur. Hətta oradakı gözətçi də, xadimə ştatları da ləğv olunub. Bu məktəbləri, bağçaları, bağları kim qorumalıdır? Kim yaşatmalıdır? Ya bu otaqları kim təmizləməlidir?"
"Elə nazir var bir neçə müşavir götürüb, elə komitə sədri var özünə ayrı-ayrı köməkçilər, məsləhətçilər, nələr-nələr götürüb yüksək əməkhaqqı verirlər. Amma yerlərdə, məktəblərdə bu texniki ştatlarının ləğv olunması, müəyyən sayda azaldılması heç də yerinə deyil"- qeyd edən deputat bu qədər vəzifənin lazım olmadığını qeyd edib.
Bu gün ölkə rəhbəri qarşıya bir vəzifə qoyur ki, kənddən insanlar şəhərə axın etməsin, rayonlarda yaxşı şərait yaradılsın. Yerlərdə iş yeri açılsın, adamlar məşğul olsun. Ancaq kitabxanalar, klublar, mədəniyyət evləri, oralarda olan ştatlar, əksəriyyəti ləğv olunub, yoxdur:
Dünyanın ən təhlükəli silahlarından sayılan atom və ümumilikdə nüvə
Beynəlxalq festival çərçivəsində Azərbaycanda -Xətai Xənət Mərkəzind
Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəzər dənizində suyun səviyyəsi son dövrlər daha da aşağı düşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Tə
Ölmüş yaxınlarımızın süni intellekt avatarlarını yaratmağa imkan ver�
Bakıda yollarda yaranan çuxurlar sürücələri ziyana salır.
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə evli olan azərbaycanlı
Qadınların kişilərlə müqayisədə daha tez-tez insult keçirməsinin səb�
2025-ci ilin ən güclü Günəş partlayışlarından biri nəticəsində forma
"Hazırda həyatım həbs kimidir. Özümü ev dustaqlığında hiss edirə
Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızını
Azərbaycanda tanınmış meyxanaçı qəzaya düşüb.
