“Yeddi Gözəl” baleti “Balet günləri” layihəsinə yekun vurdu FOTO
Kriminal 13 Noy 2025 15:40:00 71 0
Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında görkəmli bəstəkar Qara Qarayevin üçpərdəli "Yeddi Gözəl" baleti nümayiş olunub. Tamaşa ilə genişmiqyaslı "Balet günləri" layihəsinə yekun vurulub.
Bu xəbəri də oxu: “Kamera musiqisi axşamı” adlı möhtəşəm konsert keçirilib – FOTO
Baleti orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.
Libretto Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında Y. Slonimski, Rəfiqə Axundova və Maqsud Məmmədov tərəfindən yazılıb. Əsərdə qədim şah Bəhram Gurun yeddi gözəl vasitəsilə həyatın mənasını, insan ruhunun dərinliklərini dərk etməsi, həm eşqin, həm də hakimiyyətin sınaqlarından keçməsi təsvir olunur. Gecənin əsas rollarında Timur Oduşev (Bəhram) və Yuliya Ferştandt (Ayşə) çıxış ediblər. Onların səhnə dueti sevginin saflığını, itkinin ağrısını və insanın mənəvi oyanışını musiqi və hərəkətin dili ilə tamaşaçılara çatdırıb. Makar Ferştandt (Vəzir) isə qəhrəmanın qaranlıq tərəfini təcəssüm etdirərək, səhnədə gərginlik və daxili qarşıdurma atmosferi yaradıb.
Yeddi gözəlin rollarını Ayan Eyvazova (Gözəllər gözəli), Məryam Şabakayeva (Hind gözəli), Səbinə Məmmədova (Bizans gözəli), Nigar Əliyeva (Xarəzm gözəli), Liana Praqa (Slavyan gözəli), Əməkdar artist Elmira Süleymanova (Məğrib gözəli) və Zəhra Tanrıverdiyeva (Çin gözəli) ifa ediblər. Rəqqasələrin plastikası və milli üslub elementləri tamaşaya rəngarəng emosional çalarlar qatıb.
Quruluşçu baletmeysterlər - Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov əsəri həm milli, həm də bəşəri duyğularla zəngin bir şəkildə təqdim ediblər. Repetitorlar Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, Əməkdar artistlər Fərid İbrahimov və Yuriy Lobaçev olub.
Baletin səhnə tərtibatı da tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Quruluşçu rəssamlar - SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev əsərin simvolikasını rəngarəng və poetik səhnə həlli ilə canlandırıblar.
Qeyd edək ki, 15 oktyabr - 11 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən "Balet Günləri" layihəsi çərçivəsində klassik və müasir balet sənətinin nümunələri tamaşaçılara təqdim olunub. Layihədə həm yerli, həm də xarici xoreoqrafların əsərləri nümayiş etdirilib, gənc ifaçılarla yanaşı, balet səhnəsinin tanınmış ustaları da çıxış ediblər.
Gəncədə kafedə azyaşlıya qarşı zorakılıq etmiş Nizami Məmmədov və
KOB Model Müəssisə 2025-ci ilin ötən dövrü ərzində sahibkarlara istehsa
Rusiyanın Tümen şəhərində yaşayan kişi illərlə uşaq dəstəyi (alimen
Xətai rayonunun Şirin Mirzəyev küçəsində yaşayan Serqey Pronin bir neç�
"Muğam" televiziya müsabiqəsinin qalibi, tanınmış xanəndə Gün
Mərmərə dənizinin Silivri sahillərində 3,4 bal gücündə zəlzələ baş
"İxtisarla bağlı deyə bilərəm ki, bu yəqin ki, davam edəcək. Burad
Yunan gözəllik prinsiplərinə əsaslanan "qızıl nisbət" tədqiqa
Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbay
İngiltərənin Lids şəhərindən olan gəlin Emi Qolyok toy günü başqa bir
Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının r
Azərbaycan-Gürcüstan sərhədində 20 hərbçinin şəhid olduğu C-130 tipl
"Ukraynaya oxumağa gedən 34 azərbaycanlı tələbə Moldovada saxlanıl�
Ermənistanda "İmnemnimi" podkastının aparıcıları Narek Samson
Bu il 60 ədəd istilik sayğacı alınıb.
