"Nə qədər sayta girirsinizsə, hamısını birbir izləyirlər" Ekspert
Digərləri 13 Noy 2025 11:30:00 68 0
"Nə qədər sayta girirsinizsə, hamısını bir-bir izləyirlər"
Bu xəbəri də oxu: Aristocrat İş Adamları Klubu və Hazel firması iş adamları və medianı bir araya gətirdi
Son.az xəbər verir ki, bunu, texnologiya eksperti, Rusiya Texnoloji Universitetinin süni intellekt laboratoriyasının rəhbəri Yuri Silaev deyib.
"Bir çox internet istifadəçisi qeydiyyatsız və ya "inkoqnito" rejimində saytlara daxil olmağın tam anonimlik təmin etdiyini düşünür. Lakin bu, yanlış təsəvvürdür.
18+ məzmunlu saytlar da daxil olmaqla, bütün internet resursları istifadəçinin rəqəmsal izini formalaşdırır, hətta hesab yaradılmadıqda belə. "Müasir analiz sistemləri yalnız IP ünvanını deyil, həm də davranış detallarını, hansı bölmələrin daha çox maraq doğurduğunu, baxış müddətini və istifadəçinin eyni kontentə neçə dəfə qayıtdığını qeydə alır. Bu məlumatlar birləşdirilərək maraqların tam profili yaradılır" - deyə mütəxəssis bildirib.
Silaevin sözlərinə görə, rəqəmsal barmaq izi texnologiyası hesab və ya kuki faylları olmadan da istifadəçini tanımağa imkan verir. "Hər bir cihazın özünəməxsus texniki göstəriciləri var - əməliyyat sisteminin versiyası, quraşdırılmış proqramlar, ekran parametrləri və digər xüsusiyyətlər. Bu məlumatların birləşməsi cihaz üçün unikal identifikator yaradır və beləliklə, istifadəçi fərqli saytlarda və sessiyalarda izlənilə bilir" - deyə o qeyd edib.
Toplanan məlumatlar süni intellekt sistemləri vasitəsilə analiz olunur. Alqoritmlər istifadəçinin psixoloji portretini formalaşdıraraq reklam təkliflərinin fərdiləşdirilməsində istifadə edir. "Tədqiqatlara görə, davranış məlumatlarına əsaslanan reklam seçiminin dəqiqliyi 70-80 faiz səviyyəsində ola bilər", - deyə Silaev vurğulayıb.
Ekspert xəbərdarlıq edib ki, bu məlumatların sızması fırıldaqçılar üçün ciddi fürsət yaradır. "Əgər məlumatlar kənara çıxarsa, dələduzlar istifadəçinin maraqları və vərdişləri haqqında tam təsəvvür əldə edirlər. Bu da saxta onlayn mağazalar və ya maliyyə təşkilatları adından hədəfli fırıldaq sxemləri qurmağa imkan verir", - deyə ekspert qeyd edib.
Mütəxəssis məlumatların qorunması üçün bir neçə əsas addım atmağı tövsiyə edib. Onun sözlərinə görə, izləməyə qarşı funksiyaları olan brauzerlərdən istifadə etmək, VPN xidmətlərini aktivləşdirmək və mütəmadi olaraq müvəqqəti faylları təmizləmək məxfilik səviyyəsini xeyli artırır.
İsmayıl Son.az
Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəy�
Türkiyəli sosial media fenomeni Yasemin Arı paylaşdığı video ilə müzaki
Bakıda ilk dəfə "China Visitors Summit" keçiriləcək.
Riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasın�
12 noyabr tarixində saat 19:00-da Hazel restoranında təşkil edilən görüş
Gələn ildən "Vergi Məcələsində" nəzərdə tutulan dəyişiklik
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı və Sumqayıt şəhərləri aras
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatın�
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsind
Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından biri
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məx
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin
Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "
Dünyanın ən çox istifadə edilən mesajlaşma platformalarından biri olan &
Tanınmış müğənni Afət Fərmanqızı şəxsi həyatı ilə bağlı maraql�
