Mənim övladım da hərbçidir, həmin təyyarədə olmuşdu Hərbi ekspert qəzadan danışdı
Digərləri 12 Noy 2025 12:50:00 73 0
"Türkiyə Silahlı Qüvvələrinin təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması böyük faciədir".
Bunu Son.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Ekspertin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin tarixində çoxsaylı hadisələr baş verib və bu kimi faciələr təəssüf ki, qaçılmazdır:
"Türkiyə böyük dövlətdir, müharibə aparır və qarşıda yerinə yetirməli çox vəzifələri var. Ona görə də belə hadisələr baş verir. Bu, həyatda hər şeyin mümkün olduğunu bir daha göstərir".
Üzeyir Cəfərov qeyd edib ki, qəza baş verən C-130 hərbi təyyarəsi 50 ildən çoxdur istismardadır.
"Hər bir texnikanın müəyyən istismar müddəti var. Bu təyyarələr də dövri olaraq əsaslı və cari təmirdən keçirilir. Son məlumatlara görə, həmin təyyarə 2020-ci ildə təmirdən çıxıb. Türkiyə bu məsələlərdə çox ciddi davranır. Texniki baxışlar və təmir prosedurları yüksək səviyyədə həyata keçirilir. Ancaq texnika riskdən sığortalanmayıb. Türkiyədə bu kimi məsələlərə bizdən fərqli olaraq daha sərt və geniş şəkildə yanaşılır",- ekspert bildirib.
Cəfərov hesab edir ki, baş verən hadisədən sonra C-130 tipli təyyarələrin istismar vəziyyəti yenidən dəyərləndiriləcək:
"Bu təyyarələr uzun illərdir uğurla xidmət edir, lakin bazanın yenilənməsi vacibdir. Hər texnika müəyyən dövr yaşayır".
Ekspert əlavə edib ki, ötən illərdə Azərbaycan hərbçiləri də qardaş Türkiyənin eyni tip təyyarələrindən təlimlər zamanı istifadə ediblər:
"Mənim övladım da hərbçidir. Konyada keçirilən təlimlərdə iştirak edəndə həmin təyyarədən istifadə olunmuşdu. Biz Azərbaycan və Türkiyə olaraq bir çox məsələləri müştərək qaydada həyata keçiririk".
Noyabrın 10-u Qubada toy karvanındakı qəzada ölən 23 yaşlı Şahbala Mehd
Son dövrlər sosial şəbəkələrdə yeni dələduzluq növü yaranıb. Bu kib
Bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən
Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azər
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövlət
Prezident İlham Əliyev "Konstitusiya və qanunun aliliyi müasir hüquqi
Braziliyanın Amazon bölgəsində yerləşən Belem şəhərində keçirilən B
Tanınmış şoumen Mehmet Ali Erbil son günlər yenidən şəxsi həyatı ilə
Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni v�
"Təsir Dairəsi" verilişinin canlı efirində gözlənilməz anlar y
Birbank-ın onlayn nağd pul krediti ilə hədəfləriniz və arzularınız indi
ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ermənistana səfərini ləğv ed
Xəbər verdiyimiz kimi, Gürcüstanın Siqnaxi rayonunda Gəncədən havaya qal
Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil ed
