Pendirin beyinə faydası
Digərləri 11 Noy 2025 05:05:00 80 0
Müntəzəm olaraq pendir yemək demensiyanın (ağıl zəifləməsinin) inkişaf ehtimalını azalda bilər.
Bu xəbəri də oxu: 5 il fərqlə yenidən bir arada gündəm olan
Son.az xəbər verir ki, bu nəticə "Nutrients" jurnalında dərc olunan yeni elmi araşdırmada göstərilib.
Tədqiqat 65 yaşdan yuxarı 7900-dən çox yapon sakininin sağlamlıq göstəricilərinə əsaslanıb. Onlar 2019-2022-ci illərdə həyata keçirilən milli layihə çərçivəsində müşahidə olunublar. Alimlər pendiri ən azı həftədə bir dəfə yeyən iştirakçıları bu məhsulu qida rasionuna daxil etməyənlərlə müqayisə ediblər.
Nəticələrə görə, pendir yeyənlər arasında demensiya 3,4% hallarda qeydə alınıb, pendir yeməyənlərdə isə bu göstərici 4,5% təşkil edib. Cins, yaş, gəlir səviyyəsi, təhsil və ümumi sağlamlıq nəzərə alındıqdan sonra məlum olub ki, pendir yeyənlərin idrak pozğunluğu riski 24% aşağıdır.
Alimlərin fikrincə, pendirin bu müsbət təsiri onun tərkibindəki K2 vitamini, antioksidantlar, zülallar və probiotiklərlə əlaqəli ola bilər. Bu maddələr bağırsaq mikroflorasını gücləndirir, orqanizmdəki iltihabı azaldır və damar sağlamlığını yaxşılaşdırır və bütün bunlar demensiya riskini azaltmağa kömək edir.
Tədqiqatçılar qeyd edirlər ki, Yaponiyada pendirin qoruyucu effekti xüsusilə nəzərə çarpır, çünki ölkədə ümumilikdə süd məhsullarının istehlakı aşağıdır. /Axşam.az
Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə diqqət çəkib.
Sosial mediada 94 yaşlı qadının 81 il sevdiyi kişi ilə vidalaşma anların
Müğənni Ziba Osmanlının canlı ifası sosial mediada geniş müzakirələr�
Paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər cidd
Son.az 11 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Müğənni Şəbnəm Tovuzlu Türkiyədə səhnəyə çıxıb. konsert verib.
Səyahət üzrə ekspert Tariyel Gajiyenko qış mövsümündə istirahət üç
ABŞ-də beynin böyük hissəsi olmadan doğulan qadın 20 il yaşayıb və hə
Abşeron və Sumqayıt ərazisində bir qrup şəxs özlərini Dövlət Vergi Xi
Bakıda 12 ailənin yaşadığı ikimərtəbəli binada hər an qəza, yanğın
Uroloq Rodriqo Braz kişilərdə erektil disfunksiya ilə əlaqəli xəstəlikl�
"WhatsApp" istifadəçilərinin təhlükəsizliyini artırmaq məqsəd
Alimlər nəhəng təbii qızıl yatağı aşkar ediblər.
