Xalq artisti Ağasəlim Abdullayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib FOTO
Kriminal 10 Noy 2025 17:47:00 68 0
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü, professor Ağasəlim Abdullayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə tarzənin sənət dostları iştirak edib.
Bu xəbəri də oxu: 37 minlik dələduzluq edən TUTULDU
Yubilyarı təbrik edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə Ağasəlim Abdullayevin ustad tarzən kimi klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub yaşatdığını, bənzərsiz ifaları ilə muğamlarımıza yeni həyat verərək xalqımızın dərin məhəbbətini qazandığını qeyd edib. Bildirib ki, muğamlarımızı klassik, ən düzgün yol ilə ifa edən, tar ifaçılığının klassik üslub və ənənələrini qoruyub yaşadaraq gələcək nəslə ötürən sənətkarın özünəməxsus dəst-xətti, məktəbi var. Muğam sənətimizdə iz qoyan görkəmli sənətkarlarla çalışaraq həm ansambl rəhbəri kimi həm də trio şəklində dünyanın bir çox ölkələrində muğam sənətimizi layiqincə təbliğ edib. Vurğulayıb ki, Ağasəlim müəllimin solo ifaları dinləyicilər tərəfindən həmişə hərarətlə qarşılanır. Çünki ifa zamanı hissin-düşüncənin təsvirinə və muğamın dinləyicilər tərəfindən dərkinə çalışır. Simləri öz dəst-xəttinə tabe etdirməklə bərabər, incə çalğı texnikası ilə tar ifaçılığının qədim ənənələrini qoruyub saxlaya bilir.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, AMK nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, Xalq artistləri Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Firuz Əliyev, Fəxrəddin Dadaşov, Möhlət Müslümov , Elçin Haşımov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Arif Əsədullayev, Əməkdar artistlər Mirnazim Əsədullayev, Valeh Rəhimov və digər qonaqlar diqqətə çatdırıblar ki, musiqi mədəniyyətimizi istər vətənimizdə, istərsə ölkəmizdən uzaqlarda təmsil edən, sevdirən sənətkarlar cərgəsində onun özünəməxsus yeri var, rəhbərlik etdiyi ansambl həmişə fəallığı ilə seçilib.
Tarzən 60 ilə yaxındır ki, fasiləsiz olaraq pedaqoji iş aparır, gənclərə musiqinin, tar ifaçılığının sirlərini öyrədir. Qayğıkeşliyi, diqqətcilliyi, mehribanlığı onu sənətinin zirvəsinə qaldırmışdır.
Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin mə
"Bu gün Azərbaycan mədəniyyəti üçün nələrsə edə biləcəyim hal
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçiril
Təsadüfən tanış olub evlənən cütlüyün maraqlı paylaşımı diqqət ç
Paytaxtda bağlı qapı arxasında iki nəfərin meyiti tapılıb.
Sosial mediada heyvana qarşı rəhmsiz davranışı əks etdirən kadrlar geni�
Ukrayna Prezidenti Volodimir Zelenskinin Milad bayramınadək ya öldürüləcə
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliye
Bakının Nərimanov rayonu ərazisində yerləşən restoranların birində bir
Müğənni Musa Musayev efirə idman corablarında çıxması ilə sosial şəb�
Moskvadakı "Taqanskaya" metro stansiyasında yaşlı qadın 13 yaş
Artan yağış və ev daxilində yaranan buxarın səbəb olduğu kif problemi d
Xalq artisti Aygün Kazımova yenidən sosial medianın gündəminə çevrilib.
Siyəzən rayonunun Yenikənd kəndində keçmiş məhkumun meyiti tapılıb.
