Dövlət Uşaq Filarmoniyası Zəfər gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib FOTO
Kriminal 09 Noy 2025 17:00:00 70 0
8 Noyabr - xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür! Bu əlamətdar tarix münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfərimizin 5-ci il dönümünə həsr olunmuş möhtəşəm tədbir keçirib.
Bu xəbəri də oxu: Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş
Konsertdə Dövlət Uşaq Filarmoniyasının nəfəsli alətlər ansamblı (bədii rəhbər Mehdizadə Sərvan), "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər (bədii rəhbər Mehdiyeva Qönçə, müəllim Niftəliyev Elbrus), "Səda" uşaq xoru (bədii rəhbər Mehdizadə Aysel), Vokal sinifi (müəllim Aslanova Leyla), Folklor Rəqs Ansamblı (bədii rəhbərlər Zeynalova Nigar, Quliyev Məhəmməd, müəllimlər Təhməzova Günel, Cigərxanov Zeynal),Avropa-Azərbaycan məktəbinin xor kollektivi (bədii rəhbər Əlizadə Kəmalə), solistlər Əsgərova Mələkxanım (xanəndə), Əhmədli Gülay (xanəndə), Məmmədova Ayan (xanəndə), Qədimov Tunar (xanəndə), Dadaşlı Eynulla (xanəndə), Məmmədov Şamil (saz), Zeynallı Mikayıl (kamança), Qarayev Teymur (vokal), Tapdıqova Fəridə (Violançel), Heybətzadə Fazil (qarmon), Bayramlı Ayan (vokal), Terequlova Əminə (violin), Məmmədli Əsmanın(violin) ifasında vətənpərvərlik mövzusunda, muğam və rənglərdən, xalq mahnılarından ibarət kompozisiyalar təqdim olunub. Konsertdən əvvəl "Bacarıqlı əllər" rəsm dərnəyinin balaca rəssamlarının əl işlərindən ibarət "Zəfər" sərgisi də nümayiş olunub (müəllimlər Qarayeva Günay, Teymurova Səriyyə, Mirzəliyeva Nərminə). Zəfərin 5-ci ildönümü münasibəti ilə konsertdə çıxış edən bütün iştirakçılara sertifikarlar təqdim olunub.
Konserti izləyənlər arasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Avropa Azərbaycan məktəbinin direktoru Françesko Bançini və digər qonaqlar var idi.
Musiqi, söz və duyğuların birləşdiyi bu proqram həm iştirakçılara, həm də izləyicilərə unudulmaz anlar yaşadıb. Bu tədbir bir daha göstərdi ki, Zəfərin sevinci və Vətən sevgisi yeni nəsillərin qəlbində daim yaşayacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində Qəl
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq 2022-ci ilin fevralında Ukrayna
Gəlin toyda masaya çıxaraq "oyun çıxardı" -
Kanada və ABŞ-da yaşayan bir neçə ailə süni intellektlə bağlı rezonans
Rusiyalı kriptobiznesmen Aleksey Dolqix Moskvada baş verən ağır yol-nəqliy
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4.5 bal gücündə z�
Kulalı adasının sahillərində 70-dən çox ölü suiti aşkar edildikdən so
"İkinci Qarabağ müharibəsindən sonra ən vacib məqam ATƏT-in Minsk q
"Dünən 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri
Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron şəkildə
Öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq et
"TRT1"də yayımlanan məşhur "Gönül Dağı" serialının
Ölümündən 33 il sonra Milli Qəhrəman adı verilən baş leytenant Vaqif Qu
"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəb�
