"ZƏFƏR" – 44 adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı FOTO
Kriminal 08 Noy 2025 18:04:00 47 0
Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xidmət, həmçinin, vətən parçasını düşmən işğalından azad etməyin necə ülvi hiss olduğunu təbliğ etmək məqsədi ilə Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı tarixi Zəfərin 5-ci il dönümünə həsr olunmu "ZƏFƏR - 44" adlı yaradıcılıq müsabiqəsinin yekun Xətai Sənət Mərkəzində açıldı.
Bu xəbəri də oxu: Bakıda doğulan musiqi: Dmitri Sitkovetski atasının xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış etdi
Tədbiri giriş sözü ilə Xətai İcra Hakimiyyəti Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açaraq, tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan seçim heyəti üzvləri - Abşeron Buzovna art studionun rəssam - pedaqoqu Fərqanə Muradlı, Bakı Şəhəri V.Mustafazadə adına 2 № Uşaq İncəsənət Məktəbinin şöbə müdiri, rəssam - pedaqoq İlham İsmayılov, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının rəssam-pedaqoqu, AY Studionun rəhbəri Akif Yarışov, Xətai Sənət Mərkəzinin baş müəllimi - rəssam Gündüz Həbibov öz ürək sözlərini bölüşdülər. Tədbir Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə baş tutdu. Nəzərinizə çatdıraq ki,müsabiqəyə ölkəmizim müxtəlif bölgələrindən 800-dən çox məktub daxil olmuş və təsviri sənət qabiliyyətli yeniyetmə və gəncimiz torpaqlarımızın işğal şəraitindəki vəziyyəti, qələbədən sonrakı quruculuq işləri, qələbənin yaratdığı əhval-ruhiyyə, ordumuzun rəşadəti, xalqımızın döyüş ruhu, həmçinin, xalq və ordu həmrəyliyini hiss etdirən təsviri sənət nümunələri təqdim etmişdilər. Təqdim olunmuş əsərlər arasından seçilən 44 əsər sərgiləndi. Tədbirin gəncliyimizin vətənpərvər ruhda yetişməsinə xidmət edəcəyinə inanırıq. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordum
Bu gün Bakıda keçirilən hərbi paradda Silahlı Qüvvələrimizin istifadəs
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiy
G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyin�
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri
Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşova aktrisa bacısı Səd
Əfqanıstan və Pakistan arasındakı danışıqlar dayandırılıb, lakin atə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü ilə ba�
8 Noyabr - Zəfər Gününün 5 illiyi Cəbrayıl şəhərində təntənəli ş�
Ermənistanın keçmiş müdafiə naziri Mikael Harutyunyana yenidən ittiham ir
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətil
Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik
