Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı Ailəsindən açıqlama


Digərləri 06 Noy 2025 10:50:00 72 0

Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı  Ailəsindən açıqlama

"Oğlum Amin Elşən oğlu Əliyev Türkiyənin Eskişehir Osmangazi Universitetinin İqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. O, internet üzərindən pul dəyişdirmək istəyərkən dələduzların toruna düşüb və Antalyanın Döşəməaltı "L" Tipi Cəzaevində saxlanılır".

Bu şikayətlə "qafqazinfo"ya Amin Əliyevin atası Elşən Əliyev müraciət edib.

Onun sözlərinə görə, Türkiyədə təhsil alan oğlu günahsız yerə həbs edilib: "Oğlumun heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub. Biz Azərbaycandan onların kartına manatla pul göndəririk. Oğlum da universitetin illiyini ödəmək üçün internet üzərindən həmişə pul dəyişdirir, manatı dollara, dolları da lirəyə çevirir. Türkiyədə bu, leqaldır və xüsusi tətbiq üzərindən həyata keçirilir. Həmin tətbiqin sahibi Pakize Öz adlı xanımın 650 000 lirəsi (26 260 AZN) ələ keçirilib. Pakize xanım da polisə şikayət edib. Oktyabrın 10-u oğlum da daxil olmaqla həmin tətbiq vasitəsilə pul dəyişdirən 8-9 nəfəri saxlayıblar".

Elşən Əliyev iddia edib ki, hadisədən sonra həmin xarici vətəndaş - Connatan adlı şəxs qaçıb: "Oğlumun əlində qəbzlər var, lakin həmin kağızlar, mobil telefon və bank kartları hamısı prokurorluqdadır. Pakize xanımı tapdım, onunla da danışdım. Dedi ki, oğlunuzu tanımıram, ondan şikayətçi də deyiləm. Ərizə yazdı, şikayətini geri götürdü, amma Amini buraxmırlar, deyirlər ki, araşdırma aparılır. Mənim uşağımın günahı olsa, heç məsələni ictimailəşdirmərəm, deyərəm ki, gedib cəzasını çəksin. Bütün qurumlarla əlaqə saxlamışam, lakin hələ səs-soraq yoxdur".

O bildirib ki, övladlarının hər ikisi Eskişehirdə təhsil alır: "Amin həmçinin Türkiyədəki Azərbaycanlılar Dərnəyinin fəal üzvü olub. O, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Vətən müharibəsi ilə bağlı bir sıra tədbirlərin təşkili və keçirilməsində könüllü şəkildə iştirak edib. Oğlumun bu fəaliyyəti onun həm vətəninə, həm də cəmiyyətə bağlılığını göstərir. Aminin imtahanları başlayır, prosesdə iştirak edə bilmir. Hazırda o, noyabr ayında keçiriləcək imtahanlara hazırlaşmalı idi. Onun həbsdə uzunmüddətli saxlanılması təhsil həyatının və gələcəyinin məhv olması ilə nəticələnə bilər. Heç olmasa oğlumu həbs etməsinlər, təhsilinə davam etsin".

Elşən Əliyev onu da qeyd edib ki, tələbə yoldaşları Aminin saxlanılmasına etiraz edərək, dəstək məqsədilə videomüraciət ediblər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

İnam Kərimov Naxçıvan Ali Məhkəməsinin sədrini təqaüdə göndərdi like
  • 06 Noy 10:48  
Digərləri İnam Kərimov Naxçıvan Ali Məhkəməsinin sədrini təqaüdə göndərdi

Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. 

arrow Ətraflı
Bakıda avtobusla minik avtomobili toqquşub  FOTO like
  • 06 Noy 09:58  
Digərləri Bakıda avtobusla minik avtomobili toqquşub FOTO

Bakıda 8 Noyabr prospektində, 38 saylı poliklinikanın qarşısında yol qəz

arrow Ətraflı
Mahsun Kırmızıgül “Qarabağ”ı paylaşdı like
  • 06 Noy 09:21  
Şou-biznes Mahsun Kırmızıgül “Qarabağ”ı paylaşdı

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül "Qarabağ"ı p

arrow Ətraflı
“Yaşım az idi, məni aldadıb efirə çağırırdılar” like
  • 06 Noy 08:41  
Şou-biznes “Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”

Müğənni Üzeyir Mehdizadə üzünə gülüb, dalınca danışanlarla necə m�

arrow Ətraflı
İlin avtomobili açıqlandı: BMW, Porsche və Mercedes deyil like
  • 06 Noy 08:23  
Digərləri İlin avtomobili açıqlandı: BMW, Porsche və Mercedes deyil

Avtomobil həvəskarlarının maraqla izlədiyi MotorTrend "İlin Avtomobil

arrow Ətraflı
“Məndən ötrü darıxırdı, ürəyi partlayırdı” like
  • 06 Noy 08:08  
Şou-biznes “Məndən ötrü darıxırdı, ürəyi partlayırdı”

Küsülü olan müğənnilər Mətanət Əsədova və Manaf Ağayev birgə efir�

arrow Ətraflı
Çayı şirin edənlərin nəzərinə  bu xəstəliyə səbəb olurmuş like
  • 06 Noy 07:35  
Digərləri Çayı şirin edənlərin nəzərinə bu xəstəliyə səbəb olurmuş

Çaya şirin qatmaq zərərsiz görünə bilər, amma uzun müddət istifadə ol

arrow Ətraflı
Uzun illər problemsiz işləyən ən etibarlı ikinci əl avtomobillər açıqlandı like
  • 06 Noy 07:07  
Digərləri Uzun illər problemsiz işləyən ən etibarlı ikinci əl avtomobillər açıqlandı

Avtomobil mütəxəssisləri ikinci əl bazarında uzunömürlüyü və dayanıq

arrow Ətraflı
Cins şalvarınızı yuymazdan əvvəl bunu edin – illərlə yeni kimi qalsın! like
  • 06 Noy 06:36  
Digərləri Cins şalvarınızı yuymazdan əvvəl bunu edin – illərlə yeni kimi qalsın!

Yeni aldığınız cins şalvarın bir neçə yuyulmadan sonra solub sərtləşm

arrow Ətraflı
Gecə tualetə qalxmağın arxasında bu səbəb dayanır  Həkimdən maraqlı açıqlama like
  • 06 Noy 06:06  
Digərləri Gecə tualetə qalxmağın arxasında bu səbəb dayanır Həkimdən maraqlı açıqlama

Gecə tez-tez oyanıb tualetə getməyinizin səbəbini yaşlanma ilə əlaqəl

arrow Ətraflı
Cinsiyyət dəyişdirmişdi, sevgilisi ilə paylaşımı diqqət çəkdi like
  • 06 Noy 05:05  
Şou-biznes Cinsiyyət dəyişdirmişdi, sevgilisi ilə paylaşımı diqqət çəkdi

"İşte Benim Stilim" yarışması ilə tanınan və daha sonra cinsiy

arrow Ətraflı
Bu 5 qidanı uşaqlara vermək olmaz! like
  • 06 Noy 04:04  
Digərləri Bu 5 qidanı uşaqlara vermək olmaz!

Uşaqların immun sistemi və həzm orqanları hələ tam inkişaf etmədiyi ü�

arrow Ətraflı
Pendiri düzgün saxlama üsulu  Kifin qarşısını alın like
  • 06 Noy 03:03  
Digərləri Pendiri düzgün saxlama üsulu Kifin qarşısını alın

Pendirin dadını və keyfiyyətini uzun müddət qorumaq üçün onu düzgün �

arrow Ətraflı
"Təzyiqiniz qalxıbsa, oturun, oturmusunuzsa, uzanın" like
  • 06 Noy 02:02  
Digərləri "Təzyiqiniz qalxıbsa, oturun, oturmusunuzsa, uzanın"

"Təzyiqin yüksəlməsi halında ilk növbədə, onu artıran amillər ara

arrow Ətraflı
Türkiyədə karxana çöküb  Ölən var like
  • 06 Noy 01:18  
Digərləri Türkiyədə karxana çöküb Ölən var

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda yerləşən daş karxanasında �

arrow Ətraflı