Leyla və Arzu Əliyevalar arıçılıq məhsullarının sərgisatış yarmarkasını ziyarət ediblər


Digərləri 05 Noy 2025 18:43:00 92 0

Leyla və Arzu Əliyevalar arıçılıq məhsullarının sərgisatış yarmarkasını ziyarət ediblər

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 "Gənc arıçı" ailəsi tərəfindən ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.

Xocalı rayonunda fəaliyyət göstərən "Güllü Yaylaq" arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı - Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda "Güllü Yaylaq" kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.

Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş "Kəlbəcər bal festivalı 2025"in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.

Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb. Son.az 

Evini kirayə verənlər üçün yeni qaydalar  Qiymətlər artacaq?  AÇIQLAMA like
  • 05 Noy 18:39  
Digərləri Evini kirayə verənlər üçün yeni qaydalar Qiymətlər artacaq? AÇIQLAMA

Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət bü

arrow Ətraflı
Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanıldı like
  • 05 Noy 18:24  
Digərləri Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanıldı

Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qa

arrow Ətraflı
“10 ildən çoxdur ki, əziyyət çəkirəm...”  Rasim Balayev xəstəliyindən danışdı like
  • 05 Noy 18:23  
Şou-biznes “10 ildən çoxdur ki, əziyyət çəkirəm...” Rasim Balayev xəstəliyindən danışdı

"10 ildən çoxdur ki, ayağımda əzələ boşalması yaranıb. Bu da mən

arrow Ətraflı
Onun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur like
  • 05 Noy 18:18  
Digərləri Onun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur

Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmm

arrow Ətraflı
Türkiyədə qəssab dükanında ATIŞMA: iki nəfər öldü like
  • 05 Noy 18:11  
Digərləri Türkiyədə qəssab dükanında ATIŞMA: iki nəfər öldü

Türkiyənin Diyarbəkir şəhərindəki qəssab dükanında silahlı insident b

arrow Ətraflı
Prezident onları təltif etdi like
  • 05 Noy 18:04  
Siyasət Prezident onları təltif etdi

Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslər təltif edilib.

arrow Ətraflı
Bakıda məşhur binaları tikən şirkətin 10 mln. manat vergi borcu üzə çıxıb like
  • 05 Noy 18:01  
Digərləri Bakıda məşhur binaları tikən şirkətin 10 mln. manat vergi borcu üzə çıxıb

"Şahinlər" MMC-nin yüksək məbləğdə vergi borcu olduğu üzə �

arrow Ətraflı
Meteohəssas insanlar üçün sabahın PROQNOZU like
  • 05 Noy 17:59  
Digərləri Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Noyabrın 6-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
İki vəkil yeni vəzifəyə təyin olundu like
  • 05 Noy 17:54  
Digərləri İki vəkil yeni vəzifəyə təyin olundu

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkib

arrow Ətraflı
Sərxoş kişi Meksika prezidentini küçədə öpmək istədi  VİDEO  FOTO like
  • 05 Noy 17:49  
Dünya Sərxoş kişi Meksika prezidentini küçədə öpmək istədi VİDEO FOTO

Meksikada prezident Klaudiya Şeynbaumun küçədə qarşılaşdığı hadisə �

arrow Ətraflı
Fatimədən əvvəl evli olub, 1 oğlu da varmış... like
  • 05 Noy 17:42  
Şou-biznes Fatimədən əvvəl evli olub, 1 oğlu da varmış...

Müğənni Ülvi Nadiroğlu ilk dəfə dəfə bloqer Fatimə Əhmədova ilə ev

arrow Ətraflı
Dolunay bu iki bürcün həyatını dəyişəcək like
  • 05 Noy 17:32  
Digərləri Dolunay bu iki bürcün həyatını dəyişəcək

Bu gün səmanın ən parlaq hadisələrindən biri - Buğa bürcündə Doluna

arrow Ətraflı
Çin ABŞ mallarına tətbiq etdiyi 24 faizlik rüsumları dayandırır like
  • 05 Noy 17:21  
Digərləri Çin ABŞ mallarına tətbiq etdiyi 24 faizlik rüsumları dayandırır

Çin ABŞ-dən idxal olunan mallara tətbiq edilən əlavə 24 faizlik rüsumlar

arrow Ətraflı
Digər alman markaları çöksə də, BMW "pul kəsir" like
  • 05 Noy 17:10  
Digərləri Digər alman markaları çöksə də, BMW "pul kəsir"

Almaniyanın avtomobil nəhəngi BMW 2025-ci ilin üçüncü rübündə rekord g

arrow Ətraflı