"Hərə bir sinəsi açıq qızı çıxarıb guya reklam edir" Sosial şəbəkələrdə qeyrietik tendensiya yayılıb


Digərləri 05 Noy 2025 17:00:00 75 0

"Hərə bir sinəsi açıq qızı çıxarıb guya reklam edir"  Sosial şəbəkələrdə qeyrietik tendensiya yayılıb

Əvvəllər sosial şəbəkələrdə, xüsusilə də Tiktokda sadəcə qadın paltarları reklamlarında qadınların açıq-saçıq geyimləri ilə diqqət cəlb etməyə çalışırdılar. İndi isə restoranlar da, xüsusilə də, pivəxanalar bu yola ət atırlar.

Artıq bir çox kafe, restoran, geyim mağazası və ya gözəllik studiyası diqqət çəkmək üçün açıq-saçıq geyinmiş qızlardan istifadə edir. Guya bu, müştəri cəlb etməyin "müasir" yoludur. Amma əslində bu, cəmiyyətin zövqsüzlüyünün, mədəni səviyyəsinin və mənəvi boşluğunun açıq göstəricisidir.

Paltarsız paltar reklamı - Sosial şəbəkələrdə nəyi təbliğ edirlər?!

Qadın sadəcə "müştəri cəlb edən vasitə" kimi təqdim olunur. Qadının işi, davranışı, zövqü və savadı qiymətləndirilməli olduğu halda, bəzi sahibkarlar onu reklam alətinə çevirirlər. Bu, həm qadına, həm də cəmiyyətə hörmətsizlikdir. Həm insan ləyaqətinə, həm də peşə etikasına ziddir.

Əgər bir sahibkar öz işini bədən nümayişi ilə deyil, xidmət keyfiyyəti, səliqə, dürüstlük və mədəni münasibətlə tanıtdıra bilmirsə, deməli, onun biznesində dəyərlər yox, sadəcə görüntü var.

Qadın bədənindən reklam vasitəsi kimi istifadə etmək nə yenilikdir, nə də "azadlıq". Bu, sadəcə ucuz diqqət qazanmaq cəhdidir. Belə yerlər qısamüddətli maraq yaratsa da, uzunmüddətli etibar qazana bilmir.

Bu hal təkcə qadınlara deyil, kişilərə də təsir edir. Cəmiyyətin zövqü dəyişir, normal olan təbii davranışlar arxa plana keçir. Gənclər öyrənirlər ki, diqqət çəkməyin yolu əxlaq və bacarıqdan yox, cəlbedici geyimdən keçir. Bu, təhlükəli tendensiyadır.

Cəmiyyət o vaxt inkişaf edir ki, dəyər bədəndə yox, beyində, bacarıqda, davranışda ölçülür. Əks halda, hər parıltının arxasında boşluq gizlənəcək.

Mirzə Son.az

22 yaşı var, bütün orqanlarını bağışlaycaq  sümüklərə kimi like
  • 05 Noy 16:55  
Digərləri 22 yaşı var, bütün orqanlarını bağışlaycaq sümüklərə kimi

22 yaşlı gənc qız Aytac Hacıyeva ölümündən sonra bütün orqanlarını

arrow Ətraflı
"Xırdalan dairəsini sökmək istəyirlər" like
  • 05 Noy 16:45  
Digərləri "Xırdalan dairəsini sökmək istəyirlər"

Bu yaxınlarda Xırdalan istiqamətində hərəkət edənlər tıxacdan şikayə

arrow Ətraflı
Lalə Azərtaşın bənzəri ortaya çıxdı like
  • 05 Noy 16:39  
Şou-biznes Lalə Azərtaşın bənzəri ortaya çıxdı

Tanınmış aparıcı Lalə Azərtaş sosial mediada yayılan görüntülərlə

arrow Ətraflı
Azərbaycan vasitəsilə Ermənistana buğda daşınır like
  • 05 Noy 16:37  
Siyasət Azərbaycan vasitəsilə Ermənistana buğda daşınır

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına ba

arrow Ətraflı
AYNAnın avtoparkı borca düşdü like
  • 05 Noy 16:35  
Digərləri AYNAnın avtoparkı borca düşdü

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxus "Albalılıq Avtopark�

arrow Ətraflı
Demirtaş azadlığa buraxılacaq? Ərdoğan açıqladı  FOTO like
  • 05 Noy 16:32  
Digərləri Demirtaş azadlığa buraxılacaq? Ərdoğan açıqladı FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Hüquqları Məhkəm

arrow Ətraflı
Yağışda avtobus gözləyən sərnişinlərə  AYNAdan CAVAB like
  • 05 Noy 16:24  
Digərləri Yağışda avtobus gözləyən sərnişinlərə AYNAdan CAVAB

"Metronun "20 Yanvar" stansiyasının qarşısından Sumqayıt,

arrow Ətraflı
Sürət həddi endirilmişdi, bərpa edildi like
  • 05 Noy 15:50  
Digərləri Sürət həddi endirilmişdi, bərpa edildi

Zığ dairəsində yağışlı endirilən sürət həddi bərpa edilib.

arrow Ətraflı
Metrodakı ödəniş üsulu avtobuslara nə vaxt gələcək?  RƏSMİ CAVAB like
  • 05 Noy 15:48  
Digərləri Metrodakı ödəniş üsulu avtobuslara nə vaxt gələcək? RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində sərnişinlər artıq gedişhaq

arrow Ətraflı
“Regionlarda peşəkar teatr dərsləri” Füzuli Dövlət Dram Teatrında  FOTO like
  • 05 Noy 15:42  
Kriminal “Regionlarda peşəkar teatr dərsləri” Füzuli Dövlət Dram Teatrında FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Meto

arrow Ətraflı
"Afət Fərmanqızı ölkəyə girə bilməz, saxlanılacaq” like
  • 05 Noy 15:20  
Şou-biznes "Afət Fərmanqızı ölkəyə girə bilməz, saxlanılacaq”

Müğənni Vəfa Şərifova həmkarı Afət Fərmanqızı ilə bağlı səslənd

arrow Ətraflı
Meyitdən ürək köçürülən şəxsin vəziyyəti AÇIQLANDI like
  • 05 Noy 15:16  
Digərləri Meyitdən ürək köçürülən şəxsin vəziyyəti AÇIQLANDI

Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürək transplan

arrow Ətraflı