Azərbaycanlı avtoritet zərərsizləşdirildi


Digərləri 05 Noy 2025 11:50:00 68 0

Azərbaycanlı avtoritet zərərsizləşdirildi

Gürcüstanda kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əməliyyatda polis əməkdaşı yaralanıb.

Son.az xəbər verir ki, beş cinayət işi üzrə aparılan genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslərə qarşı "cinayətkarlar aləminə üzv olmaq", "kriminal aləmin fəaliyyətinə dəstək vermək" və "cinayətkar aləmin üzvünə müraciət etmək" ittihamları irəli sürülüb.

Onlardan bir neçəsinə qiyabi ittiham elan olunub.

Əməliyyat zamanı Laqodexi rayonunun Kəbəli kəndində saxlanılmağa cəhd edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyev polisə silahlı müqavimət göstərib. O, xüsusi təyinatlılara atəş açıb, nəticədə əməkdaşlardan biri döş qəfəsindən ağır yaralanıb. Polis cavab atəşi ilə Mirzə Əliyevi zərərsizləşdirib.

Nazirliyin açıqlamasında bildirilib ki, saxlanılan şəxslər uzun müddətdir "qanuni oğrular"la əlaqə saxlayır, onlardan təlimat alır və maliyyə mübahisələrinə müdaxilə edərək təhdid və zor tətbiq ediblər. Eyni zamanda, cinayətkar qruplaşma üzvləri tərəfindən "oğru söhbətləri" təşkil olunub, şərtlərə əməl etməyən şəxslər cərimələnib və ölüm ilə hədələnib.

Məlumata görə, əməliyyat zamanı kriminal avtoritet kimi tanınan Elmuraz Məmmədov da saxlanılanlar arasında olub və prosesdə mühüm rol oynayıb. Axtarışlar zamanı şübhəlilərin evlərindən komputer və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb.

İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır.

DİN rəhbərliyinin açıqlamasında qeyd olunub ki, əməliyyatlar nəticəsində bir neçə il öncə qeydə alınmış qanunsuz silah dövriyyəsi faktı da ifşa edilib və şübhəlilərdən Davit Çubinidze həbs olunub, Davit Mikadze barəsində isə qiyabi ittiham veriləcək.

"Gürcüstan DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirir və ölkədə cinayət səviyyəsinin tarixi minimuma endirilməsi istiqamətində fəaliyyət göstərəcək", - deyə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib./Report

Xəzərdə zəlzələ oldu like
  • 05 Noy 11:44  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Qriqoryan Azərbaycana təşəkkür etdi  FOTO like
  • 05 Noy 11:44  
Siyasət Qriqoryan Azərbaycana təşəkkür etdi FOTO

Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisin

arrow Ətraflı
“Yaşa görə orta aylıq pensiya 629 manat olacaq” like
  • 05 Noy 11:40  
Digərləri “Yaşa görə orta aylıq pensiya 629 manat olacaq”

"Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 m

arrow Ətraflı
Süni intellekt bunu da etdi 19 ildən sonra uşaq sahibi oldular like
  • 05 Noy 11:40  
Dünya Süni intellekt bunu da etdi 19 ildən sonra uşaq sahibi oldular

ABŞ-da 19 ildir uşaq sahibi ola bilməyən cütlük Kolumbiya Universitetinin

arrow Ətraflı
Ramil Usubov Rusiyaya səfər etdi like
  • 05 Noy 11:37  
Siyasət Ramil Usubov Rusiyaya səfər etdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər e

arrow Ətraflı
"TikTok"dakı maşın alverinin qaranlıq tərəfləri  Aldadıla bilərsiz  AÇIQLAMA like
  • 05 Noy 11:30  
Digərləri "TikTok"dakı maşın alverinin qaranlıq tərəfləri Aldadıla bilərsiz AÇIQLAMA

Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlar

arrow Ətraflı
Dövlət Vergi Xidmətinin saytında problem yarandı  VİDEO like
  • 05 Noy 11:29  
Digərləri Dövlət Vergi Xidmətinin saytında problem yarandı VİDEO

Dövlət Vergi Xidmətinin saytında problem yaranıb.

arrow Ətraflı
Gələn il orta aylıq əməkhaqqı nə qədər artırılacaq?  AÇIQLANDI like
  • 05 Noy 11:27  
Digərləri Gələn il orta aylıq əməkhaqqı nə qədər artırılacaq? AÇIQLANDI

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real

arrow Ətraflı
Azərbaycanda yeni peşələr yaradılır like
  • 05 Noy 11:22  
Digərləri Azərbaycanda yeni peşələr yaradılır

Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyo

arrow Ətraflı
Pensiyalar artırlır  MƏBLƏĞ like
  • 05 Noy 11:16  
Digərləri Pensiyalar artırlır MƏBLƏĞ

Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dö

arrow Ətraflı
Ramil Usubov Moskvada Şoyqu ilə görüşəcək like
  • 05 Noy 11:12  
Dünya Ramil Usubov Moskvada Şoyqu ilə görüşəcək

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu no

arrow Ətraflı
İş axtaranlara sevindirici xəbər  1 milyon manat ayrıldı like
  • 05 Noy 11:08  
Digərləri İş axtaranlara sevindirici xəbər 1 milyon manat ayrıldı

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik �

arrow Ətraflı
16 yaşlı oğlan enerji içkisindən öldü  FOTO like
  • 05 Noy 11:07  
Digərləri 16 yaşlı oğlan enerji içkisindən öldü FOTO

Türkiyədə yeniyetmə enerji içkisindən ölüb.

arrow Ətraflı