Dövlətə xəyanətdə təqsirləndirilənin işi başladı Bakı Hərbi Məhkəməsində
Digərləri 04 Noy 2025 17:19:00 81 0
Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan Şöhrət Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu xəbəri də oxu: Özəl sektorda fiziki şəxslərdən gəlir vergisində yeni güzəştlərin tətbiqinə mərhələli keçid
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr olub.
Tərəflərin razılığı ilə cinayət işinin baxışa verilməsi qərara alınıb.
Məhkəmənin ilk baxış iclası 14 noyabra təyin edilib. Həmin gün təqsirləndirilən şəxsin ittihamları tək-tək elan ediləcək.
Qeyd edək ki, Şöhrət Məmmədov bu ilin mart ayında DTX əməliyyatçıları tərəfindən saxlanılıb. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə təqsirləndirilir.
Ş.Məmmədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə verilmiş ittiham sübuta yetirilərsə, o, 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Ç
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin
Bir ekosisteminin e-ticarət platforması olan Birmarket, ölkədə biznes mühi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyev
Bir çox tanınmış musiqiçi, aktyor və idmançı ağır xəstəliklərlə ü
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Zəfər Günü m
İran bayrağı altında üzən balıqçı gəmisi Somali sahillərində naməlu
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Zəfər G�
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş və istirahət g�
Azərbaycanda "Məhkəmə Ekspertizası" informasiya sistemi yaradıl�
Əmək Məcəlləsinə əsasən, işəgötürən müəyyən hallarda işçini m�
Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökumə
"Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri
Filippin Hərbi Hava Qüvvələri Mindanao adasında helikopter qəzaya uğray�
