"Prius" sürücüsü ad gününə gedən qadını qarət etdi Abşerondakı cinayətin TƏFƏRRÜATI
Digərləri 04 Noy 2025 15:09:00 84 0
Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət edilib.
Bu xəbəri də oxu: Bu məktəbin bufetində qadağan olunmuş məhsullar satılır
Son.az-ın məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.
Abşeron rayon sakini Rafiq Əzizov (adı və soyadı şərtidir) "Toyota Prius" markalı avtomobillə Bakıda, metronun "20 Yanvar" stansiyasının qarşısında taksi fəaliyyəti ilə məşğul olarkən ona bir xanım yaxınlaşaraq, Sumqayıta, rəfiqəsinin ad gününə getmək istədiyini bildirib. Rafiq xanımı avtomobilə əyləşdirərək, Sumqayıt istiqamətinə hərəkət edib və onu ünvana aparacağını bildirib. Onlar Ceyranbatan qəsəbəsi ərazisinə daxil olarkən, müştəri xanım ondan mağazalardan birinin yanında saxlamasını və su almaq istədiyini deyib. Rafiq qadına bildirib ki, suyu o alacaq və avtomobildən düşüb, mağazadan iki ədəd tərkibində spirt olan enerji içkisi alıb, xanıma verib. Müştəri həmin suyu içdikdən sonra özünü pis hiss edib və avtomobili saxlamağı xahiş edib. Rafiq həmin vaxt cibindən bıçaq çıxararaq, qadından üzərində olan pulları tələb edib. Məcburiyyət qarşısında qalan xanım çantasında olan 640 manatı taksi sürücüsünə verib. Rafiq bundan sonra qadının əlindəki mobil telefonu da alıb, onu avtomobildən düşürüb, hadisə yerindən qaçıb. Rafiq qadının telefonunu Sumqayıt şəhərində tanışına 50 manata satıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən R.Əzizovun yeri müəyyənləşdirilib və o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə R.Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib./oxu.az
1992-ci ildə ABŞ dövlət katibi Sayrus Vens Azərbaycana gəldi. Onu helikopt
Son günlər "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz gi
"3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli
"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi. Hansı arqu
Son.az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:
Paytaxtın Xətai rayonu Gəncə prospektində çoxmərtəbəli binaların bəzi
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdar
Xankəndidə küçələrdən birinə Osmanlı imperiyasının tanınmış sərk�
"WhatsApp"ın çoxdan gözlənilən "istifadəçi adı" funk
Bu gün, saat 05:50-də Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yo
Xəbər verdiyimiz kimi, bir müddətdir narkotik aludəçiliyindən əziyyət �
Türkiyədə yaşlı bir qadının Prezident Rəcəb Tayyib Ərdoğana etdiyi s�
