Bu cümə qısaldılmış iş günü olacaq
Digərləri 03 Noy 2025 10:45:00 73 0
Zəfər Günü münasibətilə ardıcıl 4 gün iş olmayacaq.
Bu xəbəri də oxu: Pezeşkiandan məktəblilərə jest
Son.az xəbər verir ki, bu həftəsonundan etibarən Azərbaycanda vətəndaşlar ardıcıl dörd gün istirahət edəcəklər.
Məlum olduğu kimi, 8 noyabr - Zəfər Günü, 9 noyabr - Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, 10 və 11 noyabr da qeyri-iş günü olacaq.
Beləliklə, vətəndaşlar 8, 9, 10 və 11 noyabrda istirahət edəcək, 12 noyabr - Konstitusiya Günü isə iş günü kimi qeyd olunacaq.
Milli Dirçəliş Günü (17 noyabr) də bu il iş günü hesab olunur.
Bundan əlavə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır. Beləliklə, 7 noyabr bayramqabağı gün hesab edilir və bu səbəbdən həmin gün iş saatı bir saat az olacaq.
Binəqədi rayonu, Binəqədi şosesindəki təmir işləri 5 aydır ki, yekunla
Bu ilin 2 avqustunda rekord həddə - 37 trilyon dollar səviyyəsinə çatan AB
Son günlər Azərbaycanın bazarını bürüyən Monqolustandan gətirilən qoy
Rusiyanın Kamçatka yarımadasında 5,6 bal gücündə zəlzələ qeydə alın�
Nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 Yanvar dairəsinin Yasamal
ABŞ ordusu Karib dənizində uzun illər tərk edilmiş keçmiş Soyuq Müharib
Pirəkəşkül və Ağdərədə köhnə döyüş sursatları məhv ediləcək.
Bu ilin oktyabr ayında Azərbaycan istifadəçilərinin "İnstagram"
"Komedixana"nın baş tutan növbəti buraxılışında maraqlı anlar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti
Qax rayonununda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evl�
Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət bü
Nazirliyin məlumatında bildirilir ki, texnologiyanın inkişafı ilə dələdu
Əfsanəvi tenor Plasido Dominqonun Bakı konsertinin proqramı açıqlanıb. No
