Növbəti beş ildə Azərbaycanda bu peşə sahibləri qaz vurub qazan dolduracaq
Digərləri 01 Noy 2025 23:16:00 97 0
Azərbaycan şirkətləri yaxın beş ildə tikinti və xammal sektorunun, o cümlədən nəqliyyat və logistika sahələrinin daha çox böyüyəcəyini proqnozlaşdırırlar. Bu barədə "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatın doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib. Sorğunun nəticələrinə görə, şirkətlər yaxın beş ildə Azərbaycanda ən sürətli inkişafın tikinti və xammal sektorunda (20%), eləcə də nəqliyyat və logistika sahələrində (20%) olacağını proqnozlaşdırırlar. Bu proqnozlar real iqtisadi trendlərlə nə dərəcədə üst-üstə düşür? Növbəti beş ildə ölkədə daha çox hansı sahələrin inkişaf edəcəyi gözlənilir?
Bu xəbəri də oxu: Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ
Son.az "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:
"Emaledici qida sənayesi və yüngül sənaye inkişaf edəcək"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, növbəti beş ildə əsas hədəflər idxalın əvəzlənməsi ilə bağlı olacaq: "Çünki məqsəd yerli istehsalın genişləndirilməsidir. Bu, həm qiymətlərin optimallaşdırılması, həm də valyutanın ölkədə qalması baxımından vacibdir. Emaledici qida sənayesinin daha da inkişaf etdiriləcəyi gözlənilir. Yüngül sənayedə də üstünlüklər mövcuddur. Bu sahələr növbəti beş ildə əsas prioritetlər siyahısındadır".
Nəqliyyat-logistika sahəsində gəlirlər artacaq
V.Bayramovun fikrincə, növbəti beş ildə inkişaf edəcək sektrolardan biri də nəqliyyat-logistikadır: "Çünki bir tərəfdən Orta dəhlizin imkanları genişlənir, digər tərəfdən Azərbaycan və Qazaxıstan bu istiqamətdə kifayət qədər geniş miqyaslı əməkdaşlıq nümayiş etdirirlər. Bu da nəqliyyat və logistikanın inkişafına ciddi şərait yaradacaq. Ona görə gözlənilir ki, Azərbaycan növbəti beş ildə nəqliyyat və logistika sahəsindən daha çox gəlir əldə etmək imkanı qazanacaq. Bu da iqtisadi artıma təsirsiz ötüşməyəcək. İqtisadiyyatı inkişaf etdirən digər amillər infrastrukturun inkişaf etdirilməsi, elektronlaşmadır. Bütün bunlarla yanaşı geosiyasi vəziyyət və regiondakı yeni düzən də Azərbaycan üçün yeni imkanlar yaradır. Qarabağ münaqişəsinin həlli regiona daha çox sərmayənin cəlb edilməsi, daha çox yüklərin daşınması baxımından da vacibdir. Dövlət siyasəti islahatların dərinləşməsi istiqamətindədir. Nəqliyyat və logistika, qeyri-neft sektorunun inkişafı üçün daha çox sərmayənin cəlb olunması üçün işlər növbəti beş ildə daha da artacaq. Qeyri-neft sektorunun inkişafı əsas hədəflərdəndir".
Yaşıl enerji sahəsi də diqqətdədir
Bir müddət əvvəl ABŞ tərəfindən "terrorçu" elan edilən və b
Yevlaxın Salahlı kəndində yerləşən orta məktəb qəzalı vəziyyətdədi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ R
Qış aylarının gəlməsi ilə birlikdə qaz və elektrik xərclərinin artmas
Bakının mərkəzində küçədə təbii ehtiyacını ödəyən gənc oğlan c�
YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gə
Yaşıl çayı içmək üçün ən doğru vaxt hansıdır və gündə nə qədə
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül Rusiyanın paytaxtı Moskv
ABŞ-nin Nyu-York şəhərində yerləşən "LaGuardia" hava limanınd
İsrailin təhlükəsizlik və analitik məsələləri üzrə ixtisaslaşmış �
Palçıq Vulkanları Turizm Kompleksindəki vulkanlardan biri hər üç dəqiqə
Binəqədi rayonu Sulutəpə qəsəbəsi 328 saylı uşaq bağçasında yüksək
Bakıda qadın evinin qarşısında döyülüb.
