Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı: Qaynından iş adamına qarşı ağır


Digərləri 01 Noy 2025 19:24:00 84 0

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı: Qaynından iş adamına qarşı ağır

Dövlətə xəyanətdə təqsirləndirilərək, barəsində ev dustaqlığı qərarı verilən Ramiz Mehdiyevin "qara kassası" üzə çıxıb.

Bu barədə Oxu.Az-a Bakı şəhər sakini Oqtay İbrahimov məlumat verib. O bildirib ki, Ramiz Mehdiyevin biznesini milyonçu iş adamı Şahəddin Məmməd oğlu Abdullayev idarə edir.

Ramiz Mehdiyev barədə cinayət işi başlanandan sonra isə Şahəddin Abdullayev biznesini xaricə köçürməyə başlayıb: "O, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə xarici kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına sızmasında, icra başçılarının, nazirlərin, komitə sədrlərinin təyin olunub çıxarılmasında, deputat seçkilərinə müdaxilədə, ölkədən çirkli pulların qanunsuz yollarla daşınmasında, hakimiyyəti zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdəarxası fəaliyyətlərində ona hərtərəfli dəstək olub. Bunun qarşılığında 25 ilə yaxın müddət ərzində Ukraynanın Mariupol Metallurgiya Zavodundan vaqonlarla dəmir məmulatları gətirərək, Azərbaycanda bu sahədə monopoliyasını ələ keçirərək, inanılmaz sərvətə sahib olub. Ramiz Mehdiyevin Şahəddin Abdullayevlə qohumluq əlaqəsinin olmamasına baxmayaraq, qızı Şahinə Abdullayevanın 2008-ci ildə "Sərin", oğlu Şamxal Abdullayevin 05.10.2013-cü il tarixdə "Buta" şadlıq saraylarında keçirilən toylarında Ramiz Mehdiyev şəxsən özü və ailəsi ilə birlikdə iştirak ediblər. Bu da onların bir-birinə sıx bağlılığından, isti münasibətlərindən xəbər verir. Şahəddin Abdullayev S.Vurğun küçəsində "Zabitlər bağı" ilə üz-üzə yaşayış kompleksini (qırmızı bina) inşa etdirdikdən sonra oğlu Şamxal Abdullayevə hədiyyə etdiyi mənzillə üzbəüz Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə də ev hədiyyə edib. Şahəddin Abdullayev Ramiz Mehdiyevin hakimiyyətdə mövqeyinin zəiflədiyi vaxt "Bu dövlətə etibar yoxdur. Sabah bilmək olmaz nə olar, nə olmaz" deyərək, siyasi motivlərlə və qanunsuz yollarla Türkiyənin İstanbul şəhərində 5 000 000 dollar Eurobond istiqrazları yerləşdirdi, İstanbuldakı "Burhan" banka 500 000 dollar əmanət qoydu. İstanbulun mərkəzi olan Nişantaşında 2 ədəd daşınmaz əmlak aldı".

Oqtay İbrahimov daha sonra deyib: "Şahəddin Abdullayevin şəxsən öz adına olan 30 ədəd daşınmaz əmlak, müəssisə, qeyri-yaşayış sahələri, xarici maşın kolleksiyaları saymaqla bitməz.

Oğlunun, xüsusən qızının və həyat yoldaşının, qanunsuz qızının, nəvələrinin adına olanlardan hələ danışmırıq. Bu gün onun nəticəsidir ki, Şahəddin Abdullayevin dövlət orqanlarında dayaqları və himayədarları qalmaqda davam edir. İki ilə yaxındır ki, etdiyimiz müraciətlərdə Şahəddin Abdullayevin təsisçisi olduğu və oğlu Şamxal Abdullayevin direktor olduğu "Güzdək Metal" və "Roofs" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini pozaraq, dövlət büdcəsindən külli miqdarda mənimsəmələr edilməsinə dair göstərdiyimiz faktlar bu günə qədər araşdırılmayaraq açıq qalıb. Bunun nəticəsidir ki, hər 2 müəssisənin rəhbərləri uzun müddətdir ki, "qara mühasibatlıqla" işləyərək dövlət büdcəsindən milyonlarla manat mənimsəmələr etmələrinə baxmayaraq, əl-qollarını sallayaraq sərbəst gəzib dolaşırlar".

O.İbrahimov deyib ki, Mehdiyevin "qara kassa"sı rolunu oynayanlar həmin müəssisələrdən birində əmək müqaviləsiz, formal olaraq 500 manat əmək haqqı müqabilində işləyən oğlu Həsən İbrahimovu dolaşdıraraq həbs etdirməyə nail olublar, yoxa çıxardıqları pulların bütün məsuliyyətini onun üzərinə yönəltməyə çalışırlar: "Maraqlar müqabilində, qərəzli şəkildə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə cinayət işi başlanıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Oktyabrın 1-də keçirilən məhkəmədə ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzləndi".

O.İbrahimov bildirib ki, bu iddia üzrə cinayət işinə dair ilkin araşdırma bir il yeddi ay davam etsə də, ortada heç bir fakt və sübut yoxdur: "Lakin qəbul olunmuş məhkəmə qərarı bir daha sübut etdi ki, Şahəddin Abdullayevin bu gün də dövlət orqanlarında güclü dayaqları var. Oğlum cəmiyyət üçün heç bir təhlükə törətmədiyi halda Şahəddin Abdullayev oğlumu həbsə aldırmağa nail olub.

Ailəmiz dörd ilə yaxındır bu şəxsin əlindən əziyyət çəkir. Şahəddin Abdullayev ailəmizdən əl çəkmir, milyonlarına və ona himayədarlıq edən bəzi məmurlara arxalanaraq ailəmizi hədələyir, övladımızın həyatını məhv ediləcəyi haqqında bizə məlumatlar göndərir. Oğlu Şamxal Şahəddin oğlu Abdullayev müəssisənin direktoru olduğu halda məhkəmədə şahid qismində ifadə verir. Halbuki direktor müəssisənin fəaliyyətindən dolayı bir nömrəli cavabdeh şəxsdir. Bu gün də Şahəddin Abdullayev ağsaqqalı Ramiz Mehdiyevdən təlimat və tapşırıqlar alır, maraqlar müqabilində təsir edərək planladığı işləri pillə-pillə həyata keçirir. Şahəddin Abdullayevin "Qurd Qapısı" restoranı istirahət, əyləncə məkanından daha çox "siyasi söhbətlər" məkanı kimi ad çıxardıb. Axşamlar narazılar burada toplaşıb "siyasi nağıllar" danışırlar, gələcək planlar qururlar. Bu gün Şahəddin Abdullayevin var-dövləti 100 milyonlarla ölçülür".

Bir maraqlı fakt da odur ki, Şahəddin Abdullayev şikayətçi Oqtay İbrahimovun bacısının həyat yoldaşıdır.

Barəsində səslənən ittihamlarla bağlı Ş.Abdullayevə zəng etdik. Lakin o, zənglərə cavab vermədi.

Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. Son.az  

Kanadanın baş naziri Trampdan üzr istədi like
  • 01 Noy 19:22  
Dünya Kanadanın baş naziri Trampdan üzr istədi

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampdan üzr istədiyi

arrow Ətraflı
Tramp Orbanın bu xahişini rədd etdi like
  • 01 Noy 19:06  
Dünya Tramp Orbanın bu xahişini rədd etdi

ABŞ Prezidenti Donald Tramp Macarıstan Baş naziri Viktor Orbanın şəxsi mü

arrow Ətraflı
İsmayıllıda zəlzələ oldu like
  • 01 Noy 19:00  
Digərləri İsmayıllıda zəlzələ oldu

İsmayıllıda 3.4 bal zəlzələ olub.

arrow Ətraflı
Məhkəmə Dəniz Uğurun əkizləri ilə bağlı qərar verdi like
  • 01 Noy 18:49  
Şou-biznes Məhkəmə Dəniz Uğurun əkizləri ilə bağlı qərar verdi

Aktrisa Deniz Uğur jurnalist Reha Muhtar əleyhinə əkiz uşaqlarının qəyy

arrow Ətraflı
Ermənistanın viza möhürlərindən bu təsvir çıxarıldı like
  • 01 Noy 18:48  
Digərləri Ermənistanın viza möhürlərindən bu təsvir çıxarıldı

Bu gündən Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlar

arrow Ətraflı
Bakıda azyaşlı qızının çılpaq videosunu yayan psixoloq qadına hökm oxundu like
  • 01 Noy 18:37  
Kriminal Bakıda azyaşlı qızının çılpaq videosunu yayan psixoloq qadına hökm oxundu

Bakıda azyaşlı qızının çılpaq videolarını yaymaqda təqsirləndirilən

arrow Ətraflı
Şahnaz Haşımovanın vəziyyəti açıqlandı like
  • 01 Noy 18:35  
Şou-biznes Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

Xalq artisti Şahnaz Haşımova səhhətindən danışıb.

arrow Ətraflı
Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası danışdı like
  • 01 Noy 18:27  
Digərləri Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası danışdı

Bakıda meyit donordan ürək köçürülən 21 yaşlı Rəşad Məmmədəliyev

arrow Ətraflı
C vitamininin payızda like
  • 01 Noy 18:15  
Digərləri C vitamininin payızda

"Payızda C vitamini və digər qida əlavələrinin nəzarətsiz şəkild�

arrow Ətraflı
“Biz öləndən sonra sevgimiz dillərə dastan olacaq, bizə HEYKƏL qoyacaqlar” like
  • 01 Noy 18:00  
Şou-biznes “Biz öləndən sonra sevgimiz dillərə dastan olacaq, bizə HEYKƏL qoyacaqlar”

Müğənni Təranə Qumral "Öz aramızda" verilişində həyat yolda�

arrow Ətraflı
"TikTok" videoları niyə silir? like
  • 01 Noy 17:47  
Digərləri "TikTok" videoları niyə silir?

Qısa videolar üzrə aparıcı platforma olan "TikTok" Azərbaycan ü

arrow Ətraflı
Atanın qızının məzarında qarşılaşdığı qəribə mənzərə KÖVRƏLTDİ like
  • 01 Noy 17:32  
Digərləri Atanın qızının məzarında qarşılaşdığı qəribə mənzərə KÖVRƏLTDİ

Sosial şəbəkədə yayılan bir video izləyiciləri kövrəldib.

arrow Ətraflı
"Boybuxun, yaraşığım var, özümdən razıyam" like
  • 01 Noy 17:17  
Şou-biznes "Boybuxun, yaraşığım var, özümdən razıyam"

"Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu "Çərç

arrow Ətraflı
Milyarder evinin tavanından “Bugatti” asdırdı – Lüks malikanədən like
  • 01 Noy 17:04  
Digərləri Milyarder evinin tavanından “Bugatti” asdırdı – Lüks malikanədən

Dubayda yaşayan bir milyarderin dəbdəbəli zövqü sosial mediada gündəm ya

arrow Ətraflı
"Dostlarım var ki, görüntülü yığır, kartıma pul atırlar” like
  • 01 Noy 16:51  
Şou-biznes "Dostlarım var ki, görüntülü yığır, kartıma pul atırlar”

Müğənni və model Müjgan Ayxandan maraqlı etiraf edib.

arrow Ətraflı