“Art Weekend” çərçivəsində daha bir sərgi “Əcdadlar”


Kriminal 31 Okt 2025 00:40:00 95 0

“Art Weekend” çərçivəsində daha bir sərgi  “Əcdadlar”

Oktyabrın 30-da İçərişəhərdəki "Q Gallery"də "Əcdadlar" sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtda keçirilən "Art Weekend"ə daxil edilən ekspozisiyalardandır.

Son.az bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva sərgi ilə tanış olublar.

Burada Azərbaycan sənətinin müasir nümayəndələri - Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışır.

AZƏRTAC-a müsahibəsində rəssam Rəşad Ələkbərov həmkarlarının fərqli üslubda işlədiklərini bildirib. Öz əsərlərində daha çox kölgə effektindən istifadə etdiyini qeyd edən fırça ustası həmkarları ilə birgə sərgi təşkil etmək fikrinə gəldiklərini deyib: "15 il əvvəl birgə layihəmiz olub. Lakin zaman keçib, biz dəyişmişik, düşüncələrimiz dəyişib. Qərara gəldik ki, indiki sərginin mövzusu əcdadlarımız haqqında olsun. Düşündük ki, insanlar üçün köklərimiz, əcdadlarımız barədə fərqli bilgi almaq maraqlı olar". Sərgidə üç əsərinin nümayiş olunduğunu bildirən Rəşad Ələkbərov hər birinin atalar sözündən ilhamlanaraq ərsəyə gəldiyini, rəsmlərdə onlara olan baxış bucağının əks olunduğunu diqqətə çatdırıb.

AZƏRTAC-la həmsöhbət olan rəssam Fərid Rəsulov əsərlərində yağlı və sulu boyalardan istifadə etdiyini bildirib. İşlərində əcdadlarımızın kultu olan qoyun haqqında danışan rəssam bütün dövrlərdə bu heyvanların bizim yaşam tərzimizin bir hissəsi olduğunu qeyd edib. "Köçəri olan, dağlarda yaşayan vaxtlarda bizim əcdadlarımız hər zaman qoyunçuluqla məşğul olublar. Ona görə bizim üçün qoyun bir növ totemdir. Qoyunlar bir çox mədəni abidələrimizdə də təsvir olunub", - deyə o əlavə edib.

Qoruyub saxladığımız hər bir adət, ötürdüyümüz hər bir hekayə, hətta üz cizgilərimizdə əks olunan xüsusiyyətlər bizdən əvvəl yaşamış, xəyal qurmuş və yaratmış saysız-hesabsız nəsillərin mirasıdır. Evimiz adlandırdığımız torpaq həm həyatın beşiyi, həm də bizi biz edənlərin izlərini səssizcə qoruyub saxlayan bir məkandır. Güclü və fərqli bədii ifadələr vasitəsilə "Əcdadlar" ziyarətçiləri yaddaş, ənənə və mədəni irs qatlarından keçən düşüncəyə dəvət edir. Bu sərgi bizi bu davamlı silsilə içindəki yerimiz barədə düşünməyə, həmçinin bir gün bizim də gələcək nəsillərin formalaşmasında zəncirin bir halqasına çevriləcəyimizi xatırlamağa çağırır.

Faiq Əhməd "Əcdadlar" sərgisində təqdim etdiyi əsərləri daha çox minimal formada işləyib. Sənətçinin yaratdığı insan portretləri zahirən sadə olsa da, tamaşaçını öz daxili hisslərini görməyə vadar edir.

Rəşad Ələkbərov sərgidə "Atalar sözləri" konsepti üzərində işləyir. O, xalqın dərin hikmətini əks etdirən sözləri vizual sənət vasitəsilə təqdim edir. Sənətçi əmindir ki, bəzi atalar sözləri yalnız müəyyən zaman üçün deyil, gələcək nəsillər üçün də aktual qalır, illər sonra belə mənasını itirməyəcək hikmətləri daşıyır.

Fərid Rəsulov müəllifi olduğu işlərdə əsas mövzu kimi qoyunları təsvir edir. Onun fikrincə, qoyunlar bir totem rəmzidir. Qoyun və quzu qədim zamanlardan bizim həyatımızın bir parçası olub və sərgidə əsas məqsədi məhz bu əlaqəni - əcdadlarımızdan günümüzə gələn həyat və simvolizmi göstərməkdir.

Orxan Hüseynov tamaşaçını gündəlik həyatda çoxlarının artıq diqqət yetirmədiyi detalların içindən tarixə aparır. Əsərlərində Vətən mənzərəsi, doğma diyar, torpaq, göl və insanların yaşadığı, öyrəşdiyi ərazilər canlanır. Coğrafiya və məkanlar bir zamanlar əcdadlarımızın yaşadığı, izlər qoyduğu yerlər kimi təqdim olunur, indi isə biz həmin yerlərdə yaşayır, onları yenidən kəşf edirik.

"Əcdadlar" sərgisi hər bir fərdin mənsub olduğu nəsillər zəncirindəki yerini dərk etməyə, gələcək nəsillərin formalaşmasında da iz buraxacağımızı xatırlamağa çağırır. Eyni zamanda, sərgi məkanın - yəni, torpağın - təkcə həyat beşiyi deyil, həm də sükutla əcdadlarımızın izlərini qoruyan bir yaddaş daşıyıcısı olduğunu vurğulayır. Son.az

Aysel itə əziyyət verən şəxsi paylaşdı like
  • 31 Okt 00:33  
Şou-biznes Aysel itə əziyyət verən şəxsi paylaşdı

Müğənni Aysel Əlizadə bir şəxsin itə əziyyət verməsi ilə bağlı gö

arrow Ətraflı
Goranboyda məktəbdə it xadiməyə hücum etdi like
  • 31 Okt 00:25  
Digərləri Goranboyda məktəbdə it xadiməyə hücum etdi

Goranboyun Qaradağlı kənd məktəbində ev itinin hücumu nəticəsində xadi

arrow Ətraflı
Tofiq Cavadovun “Yarımçıq qalmış ömür” sərgisi açılıb like
  • 31 Okt 00:23  
Kriminal Tofiq Cavadovun “Yarımçıq qalmış ömür” sərgisi açılıb

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərb

arrow Ətraflı
Günün qoroskopu: İkili əlaqələr maliyyə sahəsinə təsir edə bilər like
  • 31 Okt 00:01  
Digərləri Günün qoroskopu: İkili əlaqələr maliyyə sahəsinə təsir edə bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Rusiya bu azərbaycanlı qadını beynəlxalq axtarışa verdi like
  • 30 Okt 23:54  
Digərləri Rusiya bu azərbaycanlı qadını beynəlxalq axtarışa verdi

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarı�

arrow Ətraflı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub like
  • 30 Okt 23:41  
Kriminal Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə M�

arrow Ətraflı
Səhər yeməyində etdiyi sadə dəyişikliklə 71 kilodan 64 kiloya düşdü like
  • 30 Okt 23:39  
Digərləri Səhər yeməyində etdiyi sadə dəyişikliklə 71 kilodan 64 kiloya düşdü

Bir qadın yalnız səhər yeməyində etdiyi kiçik bir dəyişiklik sayəsind�

arrow Ətraflı
"Erkən yaşdan siqaretə başlamaq impotensiya yaradır" like
  • 30 Okt 23:12  
Digərləri "Erkən yaşdan siqaretə başlamaq impotensiya yaradır"

Siqaret çəkməyə erkən yaşda başlamaq 30 yaşında impotensiya riskini art

arrow Ətraflı
"Eşref Rüya"nın aktrisası yeni serialda like
  • 30 Okt 23:00  
Şou-biznes "Eşref Rüya"nın aktrisası yeni serialda

Kanal D-nin serialı "Eşref Rüya" yüksək reytinqləri ilə ikinci

arrow Ətraflı
Bugün saxlanılan icra başçısının son GÖRÜNTÜLƏRİ like
  • 30 Okt 22:48  
Digərləri Bugün saxlanılan icra başçısının son GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayo

arrow Ətraflı
Efirdə qaz limitinə şeir dedilər like
  • 30 Okt 22:40  
Digərləri Efirdə qaz limitinə şeir dedilər

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov qaz limitinə şeir həsr edi

arrow Ətraflı
Ən etibarlı hibrid avtomobillər: Onlar sizi təqaüdə qədər aparar like
  • 30 Okt 22:26  
Digərləri Ən etibarlı hibrid avtomobillər: Onlar sizi təqaüdə qədər aparar

Hibrid avtomobillər həm daxiliyanma mühərriklərinin gücünü, həm də ele

arrow Ətraflı
Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları  SİYAHI like
  • 30 Okt 22:13  
Digərləri Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları SİYAHI

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təş

arrow Ətraflı
“Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi like
  • 30 Okt 21:59  
Kriminal “Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi

"Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" (F

arrow Ətraflı