Bakıda sürüşmə zonasında yerləşən ev qəzalı vəziyyətə düşdü
Digərləri 30 Okt 2025 15:27:00 61 0
Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli 2 ünvanında - sürüşmə zonasında yerləşən fərdi yaşayış ev qəzalı vəziyyətə düşüb.
Bu xəbəri də oxu: Bakıda bu məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər FOTOFAKT
Son.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a həmin evin sahibi Famil Xudiyev məlumat verib.
Onun sözlərinə görə, evinin aktiv sürüşmə zonasında yerləşməsi ailə üçün təhlükəyə çevrilib. F.Xudiyev deyir ki, bütün sənədləri qaydasında olan evində son bir ildə çatlar əmələ gəlib.
Evdə yaşlı valideynlərinin, körpə övladının, eləcə də himayəsind əlil uşağın yaşadığını deyən mülk sahibi sözügedən problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Amma buna baxmayaraq, praktiki olaraq heç bir müsbət addım atılmayıb.
F.Xudiyev söyləyib ki, eyni səbəbdən qonşusunun qəzalı vəziyyətə düşən evinin sökülməsi ilə bağlı qərar verilib və kompensasiya ödənilib. O, ancaq eyni səbəbdən evinin qəzalı vəziyyətə düşməsinə rəğmən Suraxanı Rayon İcra Hakimiyyətinə etdiyi müraciətinə baxılmadığını iddia edir:
"Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər gəlib əraziyə baxış keçiriblər, evin söküntüsü ilə bağlı rəy veriblər və söküntü işlərinin icrasını icra hakimiyyətinə yönləndiriblər. Amma buna baxmayaraq, Suraxanı Rayon İcra Hakimiyyəti bizim müraciətlərimizə baxmaqdan imtina edir".
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə, eləcə də RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva ilə əlaqə saxlmağa çalışsaq da, o, çoxsyalı zənglərimizə cavab verməyib.
Günel Ələkbərova canlı yayımda ağladı - "Anamı itirmək qorxusu m�
Xaricdə mühacir kimi yerləşərək, Azərbaycana qarşı informasiya savaşı
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri, hazırda həbsdə olan Sa
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov müşavi
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Balaxan oğlu Quliyevin q
Oğurlanmış və ya tamamilə sıradan çıxmış avtomobillərin şassi, müh�
Uzun illər sənətdən uzaq qalan "Avroviziya" təmsilçimiz Aysel Te
Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.
Türkiyənin məşhur geyim markası "DeFacto" Azərbaycandakı fəali
Heydər Əliyev Sarayının direktoru və aktyor İlham Qasımov paylaşımı il
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan
Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs
Rio-de-Janeyro - okeanla dağlar arasındakı xəttin təkcə təbiətin sərhə
Rusiya polisi toy karvanında atəş açmaqda şübhəli bilinən şəxsləri sa
