Əməkdar artist vəfat etdi FOTO
Kriminal 25 Okt 2025 23:50:00 92 0
İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdar artisti, İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev vəfat edib.
Bu xəbəri də oxu: "Art Weekend" çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Püstə ağacı: yaddaşın kökləri” adlı multidissiplinar layihə təqdim olunacaq VİDEO FOTO
Son.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, o, Milandakı "Aida" və "Orizon" Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək İtaliyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycanın mədəniyyətinin Avropada təbliği istiqamətində mühüm işlər görüb.
Soydaşımız uzun illər Azərbaycan xalq rəqslərini dünya səhnələrinə daşıyıb, peşəkar fəaliyyəti ilə zəngin mədəni irsimizi, tariximizi, milli dəyərlərimizi İtaliyada və başqa ölkələrdə layiqincə tanıdıb, mədəni diplomatiyaya böyük töhfələr verib. Onun yorulmaz tədris fəaliyyəti sayəsində xeyli gənc xoreoqraf yetişərək ölkəmizin mədəni irisini beynəlxalq aləmdə daha geniş auditoriyaya çatdırıb.
Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün daha da möhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə dostlar qazandırıb.
Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əməkdar artist fəxri adı alıb, həmçinin "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub. Son.az
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzai
Xəbər verdiyimiz kimi, Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzai
Bu gündən heyvan bazarları bağlanır.
Xalq artisti Ağadadaş Ağayev "Təpədən dırnağa" verilişində q
Yaş artdıqca insanların çoxu eyni hissi yaşayır: "Zaman getdikcə dah
Müğənni Sevda Yahyayeva "Həftənin qonağı" verilişində həyat
Son dönəmlərdə xərçəng xəstələrinin internetdə ən çox axtarış etd
Rusiyanın Xalq artisti Qriqori Leps Vladivostokda baş tutan qalmaqallı konser
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağa
Alman mətbəxinin ən vacib hissələrindən biri çörəkdir - və bu, yalnız
Remzi bəzi restoranların əvvəlki gündən qalan ərzaqları yenidən istifad
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub.
Gəncə şəhər polis idarəsində aparılan istintaqla Zabil Qəhrəmanova xul
Çoxsaylı çay növləri arasında orqanizmə son dərəcə mənfi təsir göst
