Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı beynəlxalq tədbir keçirilib FOTOlar


Kriminal 20 Okt 2025 17:55:00 83 0

Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı beynəlxalq tədbir keçirilib  FOTOlar

VI. Turizmdə Memarlıq və Mədəni İrs Konqresi çərçivəsində 17 oktyabr saat 19:00-da Çanakkale Barış Korosu və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə iştirakı ilə unudulmaz musiqi axşamı baş tutdu.

İki qardaş ölkənin mədəni və dostluq münasibətlərinin yaxınlığını əks etdirən belə bir konsertə Dövlət Uşaq Filarmoniyası ilk dəfə ev sahibliyi edib. Bu birliyin uzunömürlü olması məqsədi ilə konsertdən öncə Dövlət Uşaq Filarmoniyası və Türkiye Polifonik Sanat ve Korolar Derneği arasında əməkdaşlıq memorandumu imzalandı. Bu sənəd gələcək birgə layihələr, konsertlər və yaradıcılıq proqramlarının reallaşması üçün yeni imkanlar açır. Eyni zamanda tərəflər ustad dərslərinin və yaradıcılıq layihələrinin təşkili istiqamətində əməkdaşlıq etməyi planlaşdırırlar. Türkiyədən gələn Çanakkale Barış Xoru, "Keçmişin Çocukları" şüarı ilə Azərbaycan dinləyicilərinin qəlbinə yol tapdı. 

Fəaliyyətinin 11-ci ilini qeyd edən Çanakkale Barış Korosu Dövlət Uşaq Filarmoniyasının birləşmiş xor kollektivləri və Vokal sinfi ilə eyni səhnəni bölüşüb. Xorun üzvləri - müxtəlif peşə sahələrindən olan insanlar - səhnədə uşaqlıq arzularını, musiqiyə olan sevgilərini və sülh mesajlarını bölüşdülər. Onların ifasında səslənən "Tavşan", "Uşaqların Dünyası", "Mutluluk", "Barış" və uşaqlar üçün digər sevimli əsərlər zalı sevinc və ümid dolu bir ab-havaya bürüdü. 

Konsertin ən təsirli məqamlarından biri Çanakkale Barış Xoru ilə Dövlət Uşaq Filarmoniyasının xor kollektivinin birgə çıxışı oldu. "Keçmişin uşaqları" ilə bu günün uşaqlarının eyni səhnədə sülh və dostluq mahnıları səsləndirməsi tamaşaçılara duyğulu anlar yaşatdı. Uşaqlar üçün bu konsertdə iştirak onların gələcək yaradıcılıq həyatında mühüm hadisə kimi yadda qalacaq.

Səhnədə qurulan bu musiqi körpüsü bir daha göstərdi ki, musiqi yaşı tanımır, nəsilləri birləşdirir və uşaqlıq ruhunu daim yaşadır.

Barış Korosunun bədii rəhbəri Mete Gökçe, xorun dirijoru Seval Yıldız, xormeyster Sarp Küçükler, Dövlət Uşaq Filarmoniyasının Xor kollektivlərinin bədii rəhbərləri Leyla Muradzadə və Aysel Mehdizadə, vokal sinfinin müəllimi Leyla Aslanovadır. Solistlər Mələkxanım Əsgərova, Yusif Sadıxov və Teymur Qarayev, konsertmeysterlər Şahin Yəhyazadə və Elmira Hümbətova idilər. Proqramda səslənən əsərlər iki dost ölkənin ortaq dəyərlərini, dostluq, sülh və birlik ideyalarını təcəssüm etdirib. Xor kollektivləri birlikdə Rəna Qədimovanın "Yüksəl, ey Azərbaycan", Zeki Üngörün "Cumhuriyet marşı", İlteriş Sunun "Bahar gelince" əsərlərini birlikdə ifa edib.

Konsertin sonunda 6. Turizmde Mimarlık ve Kültürel Miras Kongresi Başkanlığı adından professor Çingiz Abdullayevə, Çanakkale Onsekiz Mart Üniversitesi və  Karabük Üniversitesi adından professor Dr. Vedat Çalışkan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadəyə, Çanakkale Barış Korosu adından isə  Çiler Bakır ADUF-un direktor müavini və uşaq xorunun bədii rəhbəri Leyla Muradzadəyə təşəkkürnamələr və hədiyyələr təqdim edib.

Oxşar formatlı qarşılıqlı konsertlərin hər iki ölkənin mədəni münasibətlərinin inkişafı məqsədi ilə  davamlı olması planlaşdırılır.

Alqışlarla qarşılanan konsert həm böyüklərin, həm də uşaqların üzündə xoşbəxtlik izləri qoyaraq sülh və dostluq mesajı ilə yadda qaldı.


Xəbərə aid fotolar

Sertifikasiya imtahanının müsahibə mərhələsinin nəticələri AÇIQLANDI like
  • 20 Okt 17:51  
Digərləri Sertifikasiya imtahanının müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Sertifikasiya prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə

arrow Ətraflı
“Cəfər CabbarlıXətai” sahəsində interval 5 dəqiqə azaldıldı like
  • 20 Okt 17:48  
Digərləri “Cəfər CabbarlıXətai” sahəsində interval 5 dəqiqə azaldıldı

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərə

arrow Ətraflı
"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi  FOTO like
  • 20 Okt 17:41  
Şou-biznes "Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi FOTO

Türkiyənin tanınmış aktyoru, "Kurtlar Vadisi" serialında canland

arrow Ətraflı
Rusiya bu ərazilərdə irəlilədi like
  • 20 Okt 17:40  
Digərləri Rusiya bu ərazilərdə irəlilədi

Rusiyanın "Mərkəz" qoşun qruplaşması Donetsk vilayətində yerl�

arrow Ətraflı
Məşhur cütlük boşandı like
  • 20 Okt 17:33  
Şou-biznes Məşhur cütlük boşandı

Türkiyəli aktrisa İpek Filiz Yazıcı müğənni Ufuk Beydemirlə boşanıb.

arrow Ətraflı
Tramp Hindistanı hədələdi like
  • 20 Okt 17:24  
Digərləri Tramp Hindistanı hədələdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan Rusiyadan neft idxalını da

arrow Ətraflı
Sabah güclü külək əsəcək  XƏBƏRDARLIQ like
  • 20 Okt 17:17  
Digərləri Sabah güclü külək əsəcək XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabr�

arrow Ətraflı
"iPhone 17 Pro Max"da rəng solması problemi var: İstifadəçilər narazıdır like
  • 20 Okt 17:10  
Digərləri "iPhone 17 Pro Max"da rəng solması problemi var: İstifadəçilər narazıdır

"Apple"in yeni iPhone 17 Pro Max modellərində rəng dəyişikliyi pr

arrow Ətraflı
Zərərli olduğu deyilən bu ikili miqreni azaldırmış like
  • 20 Okt 17:00  
Digərləri Zərərli olduğu deyilən bu ikili miqreni azaldırmış

Kola və qızardılmış kartof migreni yüngülləşdirə bilər.

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində incəsənət həftəsonunda caz konserti keçiriləcək  VİDEO  FOTO like
  • 20 Okt 16:53  
Kriminal Heydər Əliyev Mərkəzində incəsənət həftəsonunda caz konserti keçiriləcək VİDEO FOTO

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "Bakıya Uçuş. İncəsən

arrow Ətraflı
İlham Haqverdiyev onlardan rüşvət alıb  FOTO like
  • 20 Okt 16:52  
Digərləri İlham Haqverdiyev onlardan rüşvət alıb FOTO

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin həbsi ilə

arrow Ətraflı
Azərbaycanlı müğənni 700 min manatlıq ev ALDI like
  • 20 Okt 16:40  
Şou-biznes Azərbaycanlı müğənni 700 min manatlıq ev ALDI

Müğənni Elit Star Cəmilə maraqlı açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Zemfira Paşinyanın videosundan sonra İrəvana getməkdən imtina etdi  FOTO like
  • 20 Okt 16:25  
Digərləri Zemfira Paşinyanın videosundan sonra İrəvana getməkdən imtina etdi FOTO

Rusiyalı müğənni Zemfira Ramazanova Ermənistana planlaşdırılan konsert t

arrow Ətraflı
“Zelenski gəlsə, ayaqlarını sındıracağam” like
  • 20 Okt 16:24  
Dünya “Zelenski gəlsə, ayaqlarını sındıracağam”

Oktyabrın 19-da Rumıniyadan olan ifrat sağçı deputat Diana Şoşoake Rusiya

arrow Ətraflı
Zemfira Paşinyanın bu VİDEOsundan sonra konsert verməkdən imtina etdi like
  • 20 Okt 16:17  
Dünya Zemfira Paşinyanın bu VİDEOsundan sonra konsert verməkdən imtina etdi

Rusiyalı müğənni Zemfira (əsl adı Zemfira Ramazanova) Ermənistana konsert

arrow Ətraflı