"Məndən 400 min manat, 2 mənzil istədilər" Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmə
Digərləri 20 Okt 2025 13:02:00 68 0
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu xəbəri də oxu: Rusiyada təcili eniş edən AZAL təyyarəsi texniki baxışdan nə vaxt keçib?
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesə onlayn formada qoşulan Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyev baş verən qəza ilə verilən rəy üzrə tərəflərin suallarını cavablandırıb.
Təqsirləndirilən Azər Maqsudovun vəkili Musa Abdinov qeyd edib ki, ekspertlər təqdim etdikləri rəydə müdafiə tərəfinin qoyduğu suallara cavab verməyiblər. Vəkil, ekspertlərin hadisə ilə bağlı verdiyi rəyin yanlış olduğunu bildirib.
Ekspertlər hadisə ilə bağlı verdikləri rəyi izah ediblər. Onlar yanlış rəy vermədiklərini bildiriblər.
Zərərçəkmiş tərəfin vəkilləri ekspertin rəyi ilə razılaşıblar.
Daha sonra məhkəmədə mülki iddia müzakirə olunub.
Təqsirləndirilən Azər Maqsudov mülki iddianı qəbul etməyib: "Biz mərhumun 3, 7, 40 mərasimlərinə getdik. Lakin bizi qovdular, iştirak etməyimizi istəmədilər. Mərhumun qardaşı ilə barışığa getdik. Notariusa getmək üçün vaxt müəyyən etdik. Lakin bir-iki gün sonra bildirdilər ki, mərhumun həyat yoldaşı Şevda xanım barışığa razı deyil və nümayəndəsi danışacaq. Onlar əvvəlcə bizdən Bakı şəhərində 2 ədəd 2 otaqlı mənzil istədilər. Sonra 400 min manat, 250 min manat, sonda isə 125 min manat istədilər. Lakin biz 45 min manat təklif etdik. Mənim himayəmdə 2 azyaşlı var. Həmin azyaşlılardan biri l qrup əlildir. Sonra mülki iddia yenidən 400 min manat oldu. Mən aliməm, stomatoloq, ginekoloq deyiləm. Mediada tez-tez ixtisasımla bağlı çıxış edirəm, deyə tanınıram. Bu mülki iddianı yerinə yetirə bilmirəm".
"CineMastercard" kinoteatrlar şəbəkəsində unikal kinematoqrafik h

21 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən taksi

Son günlər iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi istər �

Xəbər verdiyimiz kimi, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə A

Zaqatala rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsar

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana bu gün başlayacaq dövlə

Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişib.

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə olub.

Statistika sahəsində çalışan işçilər təltif edilib.

Qəzzada silahlar susanda və efirdə "atəşkəs" sözü səslənənd

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycanda bir sıra ali t�

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ehtimalı ilə bağl�

İsrail ordusu fələstinli radikalların atəşinə cavab olaraq Qəzza zolağ�
