Tramp bu ölkə liderini “narkobaron” adlandırdı
Dünya 19 Okt 2025 20:17:00 62 0
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronu "qanunsuz narkotik lideri" kimi təqdim edərək, bu ölkəyə göstərilən bütün maliyyə yardımının dayandırıldığını açıqlayıb. Tramp həmçinin Kolumbiyada narkotik istehsalını nəzərdə tutaraq sərt xəbərdarlıq edib: "Petro bu ölüm tarlalarını dərhal bağlamalıdır, yoxsa Amerika bunu onun əvəzinə edəcək - və bu, nəzakətlə olmayacaq."
Bu xəbəri də oxu: Yerin ən böyük adası ilə bağlı mühüm kəşf: Qrenlandiya hərəkət edir və formasını dəyişir
Son.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında yaydığı bəyanatda Petro hökumətini "böyük və kiçik miqyaslı narkotik istehsalını təşviq etməkdə" günahlandırıb və narkotik istehsalının artıq ölkənin "ən böyük sənayesinə" çevrildiyini iddia edib.
Tramp bildirib ki, bu gündən etibarən Kolumbiyaya heç bir ödəniş və ya subsidiyanın verilməsi planlaşdırılmır.
Kolumbiya Prezidenti Gustavo Petro yaxın günlərdə Karay dənizində ABŞ tərəfindən vurulan narkotik daşıdığı iddia edilən gəminin Kolumbiya bayrağı daşıdığını açıqlamışdı.
ABŞ sentyabr ayında Kolumbiyanı narkotiklə mübarizədə uğursuz ölkələr siyahısına salmış, lakin buna baxmayaraq yardımları davam etdirmişdi.
ABŞ Dövlət Departamentinin son hesabatında bildirilir ki, Petro hakimiyyətə gəldikdən sonra Kolumbiyada koka əkini və kokain istehsalı rekord səviyyəyə çatıb.
Bu açıqlamalar Vaşinqton-Boqota xəttində gərginliyi daha da artırıb. Kolumbiya hökuməti Trampın bu bəyanatına hələ rəsmi reaksiya verməyib. Lalə Qüdrətova Son.az
İsrail ordusu Həmasın atəşkəsi pozduğunu əsas gətirərək Qəzza zolağ

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində səsvermə başa

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Mu

Qış aylarında evlərdə ən çox şikayət edilən problemlərdən biri olan

İmmunitetinizi qorumaq üçün payızda spirtdən imtina etməyiniz məsləhət

Çin Dövlət Təhlükəsizlik Nazirliyi ABŞ kəşfiyyatının məxfi məlumatl

"İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik qüvvələrinə Q�

"Qayınanamın yanında olmaq arzusunda olmuşam. Türkiyədə yaşadığı

Türkiyəli məşhur aktrisa Yağmur Yüksəl tətilini Bakıda keçirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

Türkiyədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Oktyabrın 19-u səhər saatlarında İranşəhr şəhərində etnik bəluc olan

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
