Şəhid jurnalistlərin yad edilməsi bizə böyük təsəllidir Məhərrəm İbrahimovun həyat yoldaşı


Digərləri 16 Okt 2025 10:56:00 97 0

Şəhid jurnalistlərin yad edilməsi bizə böyük təsəllidir  Məhərrəm İbrahimovun həyat yoldaşı

"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbərliyi şəhid jurnalist Məhərrəm İbrahimovun ailə üzvlərinə baş çəkib.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində terror qurbanı olmuş şəhid jurnalistlərin xatirəsinə həsr olunan layihə çərçivəsində Məhhərəm İbrahimovun ailə üzvləri ilə birgə xatirəsi anılıb.

İctimai Birliyin rəhbəri Elçin Ağacanov bildirib ki, şəhid jurnalistləri yad etmək üçün bir sıra layihələr həyata keçirilib və proses gələcəkdə də davam etdiriləcək: "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Baku Network" Analitik Mərkəzi tərəfindən icra olunan "Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində bu ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində şəhid jurnalistlərin xatirəsinə həsr edilən tədbir keçirilib, sərgi təşkil edilib. Fransanın nüfuzlu siyasətçiləri, ictimai xadimlər, Avropanın aparıcı media qurumlarının nümayəndələri və digər tanınmış şəxslərin iştirakı ilə keçirilən tədbirdə braşurlar da paylanılıb. Məqsədimiz erməni terrorunu bir daha dünyaya tanıtmaq, Azərbaycanın haqq və ədalət savaşını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi".

"Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinin layihə direktoru Sahil Kərimli isə bildirib ki, şəhidlərimizin, xüsusilə də peşə borcunu yerinə yetirərkən erməni terrorunun qurbanı olan media nümyəndələrinin xatirəsi bizim üçün daim əzizdir: "Biz Fransada keçirilən tədbirdə bir daha dünyaya çatdırdıq ki, erməni işğalçıları mülki insanlara qarşı müharibə cinayətləri törədiblər. İstər 1-ci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük Vətən Müharibəsi dövründə erməni terrorçuları mülki şəxsləri, jurnalistlərimizi qətlə yetiriblər. Biz şəhidlərimizin əziz xatirəsini uca tutaraq bu həqiqətləri dünyaya çatdırmaq istədik. Bu gün də, gələcəkdə də bu kimi layihələr davam etdiriləcək".

Şəhid jurnalist Məhərrəm İbrahimovun həyat yoldaşı Bahar İbrahimova qeyd edib ki, Məhərrəm çox vətənpərvər insan, işinin peşəkarı idi: "O, jurnalistika sahəsində 17-18 il fəaliyyət göstərmişdi. Ailəsinə çox bağlı idi, övladlarını çox sevirdi və onlarla dost münasibətləri qurmuşdu. Dəfələrlə cəbhə bölgəsində ezamiyyətdə olmuşdu: Aprel və Tovuz döyüşləri zamanı da bölgəyə ezam edilmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı xidmətini yerinə yetirmək məqsədilə Gəncəyə ezam olunmuşdu. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə ermənilərin dağıtdığı ərazilərdə çəkilişlər aparmaq üçün uzun müddət ezamiyyətdə qaldı. Məhz iş başında olarkən düşmənin mina terrorunun qurbanı oldu. Torpağına və Vətəninə son dərəcə bağlı bir insan idi".

Şəhidin xanımı onu da vurğulayıb ki, Məhərrəmə uşaqların onsuz qalmadığını və onu nə qədər istədiklərini dəfələrlə desə də, o, "bu mənim işimdir, mən işimi icra etməliyəm" deyirdi:

"Dövlət başçımız İlham Əliyevə buradan təşəkkürümü bildirirəm. Bütün şəhid ailələrinə olduğu kimi, bizim ailəmizə də göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Ümumilikdə, şəhid jurnalistlərin tez-tez yad edilməsi bizi sevindirir və bizə təsəlli verir. İstəyirik ki, Məhərrəm və Siracın qanı yerdə qalmasın. Onlar jurnalist idilər və toxunulmaz sayılırdılar. Bu haqsızlığı bütün dünya görməlidir. Arzu edərdim ki, bütün dünya belə şəhid jurnalistlərin varlığından xəbərdar olsun".

Yol polisindən sürücülərə xəbərdarlıq like
  • 16 Okt 10:23  
Digərləri Yol polisindən sürücülərə xəbərdarlıq

Sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən b

arrow Ətraflı
“28 May”a gedişgəliş belə tənzimlənəcək like
  • 16 Okt 10:13  
Digərləri “28 May”a gedişgəliş belə tənzimlənəcək

Metronun "Cəfər Cabbarlı" stansiyası istiqamətində iki tunel tik

arrow Ətraflı
Ramiz Mehdiyevin halı pisləşdi like
  • 16 Okt 10:12  
Digərləri Ramiz Mehdiyevin halı pisləşdi

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Admi

arrow Ətraflı
Bu aylarda doğulan insanları like
  • 16 Okt 10:03  
Digərləri Bu aylarda doğulan insanları

Astroloqların və ruhani mütəxəssislərin fikrincə, ilin bəzi aylarında d

arrow Ətraflı
Bu şəxslər üçün yeni evlər tikiləcək like
  • 16 Okt 09:55  
Digərləri Bu şəxslər üçün yeni evlər tikiləcək

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında qəzalı vəziyyətə düşmüş

arrow Ətraflı
Qızılın qiyməti ilk dəfə bu qədər ARTDI like
  • 16 Okt 09:51  
Digərləri Qızılın qiyməti ilk dəfə bu qədər ARTDI

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci

arrow Ətraflı
Fatma Hüseynova vəfat etdi like
  • 16 Okt 09:46  
Digərləri Fatma Hüseynova vəfat etdi

Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı Fatma Rza qızı Hüsey

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 16 Okt 09:45  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Aralıq dənizində 4,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Bakıda silahlı insident: İki nəfər güllələndi like
  • 16 Okt 09:41  
Kriminal Bakıda silahlı insident: İki nəfər güllələndi

Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

arrow Ətraflı
Ailəsi Röyanın keçmiş əri ilə ailə qurmasını istəmir like
  • 16 Okt 09:40  
Şou-biznes Ailəsi Röyanın keçmiş əri ilə ailə qurmasını istəmir

Müğənni Nərmin Əhməd haqqında Anar Cəlilovla evlənəcəyi barədə yay�

arrow Ətraflı
Azərbaycanda bu valyutalar BAHALAŞDI like
  • 16 Okt 09:30  
Digərləri Azərbaycanda bu valyutalar BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinəə ayrılacaq vəsait AÇIQLANDI like
  • 16 Okt 09:21  
Digərləri Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinəə ayrılacaq vəsait AÇIQLANDI

Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə proqnozlaşd�

arrow Ətraflı
Pensiya ilə bağlı vacib like
  • 16 Okt 09:10  
Digərləri Pensiya ilə bağlı vacib

Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin t�

arrow Ətraflı
Bu ərazilər işıqsız qalacaq like
  • 16 Okt 09:00  
Digərləri Bu ərazilər işıqsız qalacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması

arrow Ətraflı
Səhər oyananda bu əlamətlərdən biri varsa, xərçəng ola bilərsiniz like
  • 16 Okt 08:41  
Digərləri Səhər oyananda bu əlamətlərdən biri varsa, xərçəng ola bilərsiniz

Səhər oyandıqdan sonra hiss edilən bəzi əlamətlər bəzən sadə yorğunl

arrow Ətraflı