Azərbaycanda "halal faizsiz kredit"lər olacaq Bəs necə veriləcək? AÇIQLAMA


Digərləri 15 Okt 2025 12:05:00 74 0

Azərbaycanda "halal faizsiz kredit"lər olacaq  Bəs necə veriləcək?  AÇIQLAMA

Azərbaycanda şəriət normalarına uyğun fəaliyyət göstərən İslam banklarının yaradılması istiqamətində mühüm addımlar atılır. Bu, ölkədə faizsiz maliyyə sisteminin inkişafına ciddi təkan verəcək və maliyyə sektorunda yeni imkanlar açacaq.

İqtisadçı ekspert Sədrəddin Ağcayev açıqlamasında bildirib ki, hazırda Azərbaycanda tamamilə İslam prinsiplərinə uyğun işləyən bank və ya 'İslam pəncərəsi' xidməti təklif edən bank yoxdur.

"Lakin əhalinin böyük hissəsinin İslam dininə etiqad etdiyini nəzərə alsaq, bu istiqamətdə marağın yüksək olacağı gözləniləndir", - deyə qeyd edib.

Onun sözlərinə görə, dövlət qurumları İslam maliyyə sisteminin inkişafı üçün tənzimləyici tədbirlər hazırlayır.

"Bu tədbirlər Mülki Məcəllə, "Banklar haqqında" qanun və Vergi Məcəlləsinə dəyişiklikləri əhatə edəcək. Əsas təkliflərdən biri İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir ki, bu da yeni maliyyə məhsullarının rəqabət qabiliyyətini artıracaq. Sədrəddin Ağcayev qeyd edib: 

Normativ baza formalaşdıqdan sonra ənənəvi banklar 'İslam pəncərələri' vasitəsilə şəriət prinsiplərinə uyğun xidmətlər təklif edə biləcəklər. Bu pəncərələr müştərilərə faizsiz maliyyə məhsulları, məsələn, murabaha (satış) və icara (icarə) modelləri üzrə maliyyələşmə imkanları təqdim edəcək", - deyə bildirib.

İslam bankçılığı banklara və iqtisadiyyata nə vəd edir?

Planlaşdırılan "İslam pəncərələri" banklar üçün yeni gəlir mənbələri yaradacaq, eyni zamanda maliyyə sisteminə şəffaflıq, sosial məsuliyyət və etik dəyərlər gətirəcək. Ekspertin fikrincə, bu model iqtisadiyyatın müxtəlif seqmentləri üçün əlçatan maliyyə xidmətləri təmin edərək, inklüzivliyi artıracaq.İslam bankçılığı necə qazanc əldə edir?

İslam bankçılığında bankların gəliri faizdən deyil, real ticarət əməliyyatlarından formalaşır. Sədrəddin Ağcayev bunu sadə bir nümunə ilə izah edir: 

"Müştəri, məsələn, avtomobil almaq istəyir. Bank həmin avtomobili satıcıdan alır və müştəriyə müəyyən mənfəətlə, tutaq ki, 10% qazanc əlavə edərək satır. Müştəri isə bu məbləği banka hissə-hissə ödəyir. Beləliklə, bank real ticarət əməliyyatından qazanc əldə edir."

İslam bankçılığının potensialı

Ekspert hesab edir ki, Azərbaycanda İslam maliyyə məhsulları təklif edən bankın aktivlərinin ümumi portfeli, məsələn, 500 milyon AZN olarsa, aktivlərin gəlirliliyi (ROA) təxminən 5% səviyyəsində olarsa, bu, illik 25 milyon AZN mənfəət deməkdir (xərclər çıxıldıqdan sonra). 

"Bazar şərtləri, risklər, əməliyyat xərcləri və tənzimləyici mühit əlverişli olarsa, İslam kreditləşməsi əsasında gəlirlilik yüksək ola bilər", - Ağcayev vurğuladı.

Azərbaycanda İslam bankçılığının inkişafı maliyyə sektoruna yeni nəfəs gətirəcək, həm banklar, həm də müştərilər üçün alternativ və etik maliyyə həlləri təqdim edəcək. Bu addımlar həm yerli bazarda, həm də beynəlxalq səviyyədə ölkənin maliyyə sektorunun cəlbediciliyini artıracaq.

Bakıda "göydən taxta yağdı”, maşınlar zədələndi like
  • 15 Okt 12:02  
Digərləri Bakıda "göydən taxta yağdı”, maşınlar zədələndi

Bakının Nəsimi rayonunda baş verən hadisə sürücüləri çətin vəziyyə

arrow Ətraflı
Müasir qida əlavələrinin Qadın sağlamlığında rolu like
  • 15 Okt 12:00  
Digərləri Müasir qida əlavələrinin Qadın sağlamlığında rolu

Parlaq yaşamaq istəyən hər kəs üçün qapılarını açan və qadın sağl

arrow Ətraflı
Mehdiyevlərin bankı yalan məlumat yayıb  Gizlətməyə çalışırlar? like
  • 15 Okt 11:55  
Digərləri Mehdiyevlərin bankı yalan məlumat yayıb Gizlətməyə çalışırlar?

Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 3-cü rübü üçün

arrow Ətraflı
Rusiyada palma yağının istifadəsi qadağan edilir like
  • 15 Okt 11:50  
Dünya Rusiyada palma yağının istifadəsi qadağan edilir

Rusiyada palma yağının istifadəsinə məhdudiyyət qoyula bilər.

arrow Ətraflı
Toxunulmaz şəxs yoxdur!  Deputatlar Mehdiyevin həbsindən danışdı like
  • 15 Okt 11:42  
Digərləri Toxunulmaz şəxs yoxdur! Deputatlar Mehdiyevin həbsindən danışdı

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, aka

arrow Ətraflı
Erməni kilsəsində qalmaqal  Daha bir keşiş saxlanıldı like
  • 15 Okt 11:41  
Dünya Erməni kilsəsində qalmaqal Daha bir keşiş saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanları daha bir din xadimi, Priest Pareni sa

arrow Ətraflı
"300 min ziyan vurulub bizə"  Sədərəkdə nə baş verir? like
  • 15 Okt 11:39  
Digərləri "300 min ziyan vurulub bizə" Sədərəkdə nə baş verir?

Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin ətrafınd

arrow Ətraflı
Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR – DETALLAR like
  • 15 Okt 11:36  
Digərləri Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR – DETALLAR

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin yerləşdirildiyi xidm�

arrow Ətraflı
Yeni tikilən məktəbdən oğurluq edildi like
  • 15 Okt 11:33  
Digərləri Yeni tikilən məktəbdən oğurluq edildi

Babək rayonunda tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanıl�

arrow Ətraflı
İsrail həmin sərhədkeçid məntəqəsini açır like
  • 15 Okt 11:30  
Dünya İsrail həmin sərhədkeçid məntəqəsini açır

HƏMAS-ın dörd israilli məhbusun cəsədlərini təhvil verməsindən sonra �

arrow Ətraflı
Ən çox əməkhaqqını onlar alır  SİYAHI like
  • 15 Okt 11:18  
Digərləri Ən çox əməkhaqqını onlar alır SİYAHI

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan

arrow Ətraflı
Aytəkin Fatiməyə "əsəbiləşdi": "Sən gedən yolları gedirəm" like
  • 15 Okt 11:12  
Şou-biznes Aytəkin Fatiməyə "əsəbiləşdi": "Sən gedən yolları gedirəm"

Aparıcı Aytəkin Mərdanova rəqqasə Fatimə Fətəliyeva ilə birgə paylaş

arrow Ətraflı
Xankəndi şəhərində III Milli Şəhərsalma Forumu öz işinə başlayıb  FOTO like
  • 15 Okt 11:01  
Digərləri Xankəndi şəhərində III Milli Şəhərsalma Forumu öz işinə başlayıb FOTO

Bu gün Xankəndi şəhərində III Milli Şəhərsalma Forumu öz işinə başl

arrow Ətraflı
9cu sinif şagirdi nənəsinin ərindən uşaq dünyaya gətirdi like
  • 15 Okt 11:00  
Dünya 9cu sinif şagirdi nənəsinin ərindən uşaq dünyaya gətirdi

Qazaxıstanın qərb bölgəsində şok hadisə baş verib.

arrow Ətraflı
Sinif bağlandı, şagirdlər təhsildən kənarda qaldı like
  • 15 Okt 10:50  
Digərləri Sinif bağlandı, şagirdlər təhsildən kənarda qaldı

Yardımlı rayonunun Şıxlar kənd orta məktəbində bir sinfin fəaliyyətin�

arrow Ətraflı