Nazirlikdən Xalq artistinin ölümü ilə bağlı nekroloq
Kriminal 15 Okt 2025 10:48:00 91 0
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edib.
Bu xəbəri də oxu: Toyda DAVA: 2 nəfər həbs olundu
Son.az xəbər verir ki, Mədəniyyət Nazirliyi aktyorun ölümü ilə bağlı nekroloq yayıb:
"Ramiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1960-cı ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib. 1964 -1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1963-1974-cü illərdə Ağdam və Bakıda musiqi məktəblərində müəllim işləyib. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllimlikdən professorluğa kimi yüksəlib. Ustad tarzən 1990-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 2004-cü ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika" elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb.
Ramiz Quliyev pedaqoji fəaliyyətlə yanaşı, tar ifaçılığı sənətinə dair sanballı kitab və dərs vəsaitlərinin müəllifidir. Müxtəlif illərdə nəşr olunan "Azərbaycan bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmələri", "Xarici bəstəkarların əsərlərinin tar və fortepiano üçün işləmələri" dərs vəsaitləri, eləcə də "Azərbaycan və xarici bəstəkarların əsərlərinin iki tar və fortepiano üçün köçürmə və işləmələri" adlı ikicildlik kitabı böyük maraqla qarşılanıb və bu gün də təhsil ocaqlarında geniş tədris olunur.
Ramiz Quliyev eyni zamanda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən yerli və beynəlxalq incəsənət layihələrində yaxından iştirak edib, bir sıra müsabiqələrdə, festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərib.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın xalq artisti, görkəmli tarz�

Rusiyada məşhurlaşmış azərbaycanlı bloger Hüseyn Həsənov təxminən ik

Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, q

ABŞ prezidenti Donald Trump sağçı şərhçi Çarli Kirkə ölümündən sonr

Plastik tərkibli maddələrin ürək fəaliyyətinə təsiri aşkarlanıb.

Tovuz rayonunda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində 2025-ci ilin deka

Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA "

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Bi

Bu gün səhər saatlarında metronun "Elmlər Akademiyası" və "

Müğənni Kəmalə Qaramollayeva son günlər yeni imici ilə gündəmə gəlib

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Pis qayınana deyildi. Amma ayrılmağımın səbəbkarı o oldu. Dedi ki,

Mütəxəssislər bildirir ki, qan damarlarını açan və qan axınını sür�

Fransada son illərdə Türkcə adlara maraq sürətlə artır. Artıq bu adlar
